Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə27/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

Notarial qaydada                 
İşə yarıyandı o. 
(Rəşadət Əsgərli)    
* * *
Əvvəl xidmət edirdi, 
Neft-qaz nemətinə.             
İndi rəhbərlik edir,    
Xalqın su sərvətinə.                     
(Qorxmaz Hüseynli)               
* * *
Bir zamanlar olub o,
“Xəbərçi”nin yavəri. 
“Azərsu”da işləyir,   
Mətbuatın rəhbəri.                      
(Anar Cəbrayıllı)     
* * *
Hakim kimi çalışır,
Məhkəmə beşiyində.                       
Sədaqətlə dayanır,
Qanunun keşiyində.                      
(Əli Rüstəmov)                 
* * *
Elm ilə bir çağlayır,   
Onun alim ürəyi.        
Təhsillə də bağlayır,
Öz həmkarlıq köməyin.                 
(İ. e. doktoru,  professor İsa Alıyev) 
* * *
156
Yaqub Məğrur
Vətən naminə


157
Yaqub Məğrur
Vətən naminə
Əvvəl rəhbərlik edib,      
Milli bank şöbəsinə. 
Cəbrayılda yüksəlib,  
Başçı vəzifəsinə.                         
(Kamal Həsənov)   
* * *
O, çoxdandır çalışır,       
Rayon rəhbərliyində.
İlləri bir-bir aşır,               
YAP-ın sədrliyində.                      
(Arif Fərzəliyev)           
* * *
Onun həkim amalı       
Xalqına xidmət olub.
Səhiyyədə kamalı  
Ömrünə qismət olub.                  
(Hüseyn Əhmədov)
* * *     
Tibbi komissiyada 
Xidmət edir xalqına.
Sadiqdir missiyada
Hippokratın andına.
(Ərkinaz Məmmədova)
* * *
Həyatında o, bir-bir        
Keçib vəzifələri.         
İndi isə işləyir, 
“Kapitalbank” müdiri.                  
(Təvəkkül Qarayev)     
* * *


Vardır iç dünyasının                     
Özünəməxsus nuru.
O, baş prokurorluğun      
Şöbə prokuroru. 
(Nuraləm Bayramov)         
* * *
İcra başçısı olub,               
O, öz fərasətiylə.         
El-obası fəxr edir,  
Xalqina xidmətiylə.                     
(Əziz Əzizov)  
* * *
Tədqiqatçı alimtək
Çalışır çoxdan bəri.       
Mətbuat sahəsində      
Vardır xüsusi yeri.                       
(Çapar Kazımlı)               
* * *
Daim qətiyyətlidir,     
Xalqa sədaqətində.             
Müavinlik eyləyir,       
İcra hakimiyyətində.                  
(Faiq Kərimov)            
* * *
Fikirləşdim görəsən,   
Nə yazım mən Cövdətə?               
“Qaçqınkom”da ürəkdən                        
Xidmət edir millətə.                  
(Cövdət Mehtixanlı)
* * *
158
Yaqub Məğrur
Vətən naminə


159
Yaqub Məğrur
Vətən naminə
Ulu şair isminin
Daşıyıcısıdır o.         
Məcburi köçkünlərin    
Başı ucasıdır o.   
(Şəhriyar Əliyev)       
* * *
Pillə-pillə yüksəlir,    
Öz halal əməyiylə.
Xalqına xidmət edir,      
O, sadə ürəyiylə.                         
(Əli Ağakişiyev)              
* * *
“Qaçqın” komitəsində   
Yüksək vəzifəsi var.      
Dövlətə xidmətində 
Xüsusi həvəsi var.                        
(Ələddin Məmmədov)              
* * *
Dosta qalmaz biganə,   
Haqq yolunda oyaqdı.    
O, hər qaçqın-köçkünə,       
Çətin gündə dayaqdı.               
(Bəyverdi Novruzov)  
* * *
Daim dostum, qardaşım    
Söyləyirdi o, mənə.     


Vəzifəsi böyüdü,           
Çevrildi tam tərsinə.                   
(Bəxtiyar Məhərrəmov)                     
* * *
Məmur kimi icrada,  
Məsul işi, çini var.   
İncidiyi insana                  
Səngiməyən kini var.                   
(Bahadur Nurullayev)     
* * *
Sosial müdafiə 
Fondunun rəhbəridi.  
Əhalinin qeydinə              
Qalan saf məhvəridi.                 
(Aqil Füyzullayev)         
* * *
Öz işində yetişib,    
Gənc mütəxəssis kimi.   
Artıq onu tanıyır,      
Bütün təhsil sistemi.                    
(Aydın Bəy İşli)    
* * *
Arxasında durmağa
Dostlar axın-axındı.      
İstədiyi zirvəyə ,       
Çatmağa çox yaxındı.                 
(Adəm Dostuçox)          
160
Yaqub Məğrur
Vətən naminə


161
Yaqub Məğrur
Vətən naminə
* * *
Qoca müəllimlərin,              
Bitib yaş məhdudluğu.             
Ancaq saxta yollarla,        
Davam edir “qulluğu”.                 
(Əli, Vəli, Pirvəli, ...)       
* * *
Direktoru işləyir,        
O, bir orta məktəbin.  
Millətinə eyləyir,      
Pedaqoji xidmətin.                        
(Şəlalə Hüseynova)             
* * *
Sözlə çıxır direktor,                  
Müəllimlə “döyüş”ə       
Çatdıra bilməyəndə, 
Əl atır tez “söyüş”ə.                        
(Şahid Allahsız)             
* * *
Fitnə-fəsad salsa da,                       
Başından tökür xalıq.   
Ancaq müdir olsa da,   
O, nə ətdir, nə balıq.                      
(Vahidə Kəsənzadə)                   
* * *
Xeyir-şərdə çox oldu,              
El-obanın gərəyi.      


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə