Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.

səhifə1/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   35


YAQUB MƏĞRUR
VƏTƏN NAMİNƏ
Bakı 
“Araz” - 2016


Redaktor: Nizami Süleyman
Korrektor: Həqiqət Sönməz
Tərtibatçılıar: Vüsal Ziyadxanoğlu, 
Ülvin Məhəmməd
Yaqub Məğrur (Xudiyev Yaqub Əmirqulu
oğlu) “Vətən naminə” 
Bakı, “Araz” nəşriyyatı, 2016-cı il, 204 səh. 
Oxuculara təqdim edilən “VƏTƏN NAMİNƏ” kitabında Qara -
bağın,  eləcə  də  Cəb rayılın  faciəli  tarixi,  keçmişi  və  bu  günü
barədə müəllifin faktlara söykənən şeirləri, publisistik yazıları və
s. dərc edilmişdir.
On minlərlə insan həyatına son qoymuş bu hadisələrin geniş
təhlilini verən Y. Məğrur qələmini süngüyə çevirərək yaratdığı
əsərlərlə  erməni  vandalizminə  qarşı  mübarizə  yollarına  işıq
salmağa  çalışır  və  xalqımızı  düşmən  tapdağı  altında  inləyən
qədimdən-qədim  dədə-baba  torpaq larımızın  azad  edilməsi
uğrunda birləşməyə çağırır.

“Araz” 2016
c
Y.Xudiyev 2016
Yaqub Məğrur
Vətən naminə
Y
050
2016
4957134516


3
Yaqub Məğrur
Vətən naminə
Yaqub Məğrur 


ÖMÜRNAMƏ
Yaqub Məğrur Əmirqulu oğlu Xudiyev 1956 – cı
ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində
anadan olmuşdur. Dövri mətbuatda 1995 – ci ildən
fəaliyyət göstərir. Biləsuvar rayon İH – nin orqanı olan
“MƏHSUL”  qəzetində  çalışdığı  iki  il  ərzində
“XUDAFƏRİN NƏĞMƏLƏRİ” Ədəbi Birliyi yaradıb.
Hazırda da fəaliyyətdə olan həmin birliyin sədridir.  
Müxtəlif  qəzetlərdə  şöbə  müdiri  və  redaktor
vəzifələrinədək  yüksəlib.  2001  –  2008  –  ci illərdə
“ŞƏHİDLƏR” qəzetinin baş redaktoru işləyib. 2003 –
cü ildə “TƏHQİQAT” ictimai – siyasi, hüquqi qəzetini
təsis edib və hazırda da qəzet onun rəhbərliyi altında
nəşr olunur.     
AJB  –  nin  və  “İTİ  QƏLƏM”  Ədəbi  Birliyinin
üzvüdür. 2006 – cı ildə “QIZIL ƏLLƏR”, 2007 – ci ildə
“PEŞƏKAR  JURNALİST”,  2008  –  ci  ildə  “QIZIL
QƏLƏM” və “MÜQƏDDƏS QƏLƏM”, 2011 – ci ildə
“ƏSRİN ZİYALISI – İLİN PUBLİSİSTİ”, 2012 – ci ildə
“ARAZ”,  2015  –  ci  ildə  “İTİ  QƏLƏM”  və  s.  fəxri
diplomları ilə təltif olunmuşdur.    
“ÖZÜMÜ AXTARIRAM” adlı ilk kitabı 2006 – cı
ildə  işıq  üzü  görmüşdür.  “XEYİRXAH  TANRI
DİLƏKÇİSİ” adlı iri həcmli bədii oçerkdən ibarət kitabı
2007 – ci ildə, “QEYRƏT NƏĞMƏSİ” adlı şeirlər to-
plusu  2008  –  ci  ildə,  “ÖLÜM  DAĞI  -  DAŞBAŞI”
romanı 2010 – cu ildə, “QADIN – SİRLİ TAPMACA”
şeirlər kitabı 2012 – ci ildə və şeirlərdən və publisi-
stikadan ibarət “GƏLİRƏM, QARABAĞ!” adlı kitabı
2014 – cü ildə çapdan çıxmışdır. 
“VƏTƏN  NAMİNƏ”  kitabı  şairin  oxucxularla
yeddinci görüşüdür.
4
Yaqub Məğrur
Vətən naminə


5
Yaqub Məğrur
Vətən naminə
BİR DƏ OXU, YAXŞI TANI!
Can ilə, cismi ilə, varlığı rəğbətdi sözə,      
Bacarır az söz ilə misraya çox məna düzə.  
Fikri sərrast yönəlir, hədəfi birbaşa vurur,                       
İnanmaram qələmi əyri yaza, ya tələsə.
Dolayı yolları heç xoşlamayır ilhamı da,   
Bircə bənddən bilinir, təbi şuxdur yolu kəsə.
Təpədən dırnağacan atmacalar ustasıdı,                 
Tanrıdan nəsiblənib, lütfün alıb hər nə isə.
Ruhunun şairidi, sözlər ona vasitədi,   
Dözə bilməz beləsi, çor deyənə zor deməsə.
Yurdu tapdaqda olan söz əhlinin dərdlərinə,               
İnamım yoxdu qəti, dağlığıyla dağ da dözə.
Çoxu üzdən yaşayır, şair dərindən dərinə, 
Bu səbəbdən çin olur, şair nəyi zənn eləsə.
Şairin sezgiləri, kəraməti, fəhmi olur,    
Şair çox adiləşər, bağlanaraq sözü yesə.
Yaqub Məğrur adını bir də oxu, yaxşı tanı!
Nə badə kimsə gələ, şair olandan nəfəsə.     
* * *
P.S. 
Adı gəlir peyğəmbərdən,
Təxəllüsü özündəndir.       
Biri göydən, biri yerdən,                  
Qədər-qismət üzündəndir.
Nizami Süleyman,                     
Şair-publisist.
Redaktor sözü


KÖVRƏK  XATİRƏLƏR
1974  –  cü  ildə  orta  məktəbi  “TƏRİFNAMƏ”  ilə
bitirərkən,  fikrim  ədəbiyyatçı  olmaq  idi.  Ancaq  bu
məqsədlə sənədlərimi verdiyim Azərbaycan Pedaqoji
İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə
qəbul  imtahanlarında,  o  vaxt  üçün  yüksək  nəticə
sayılan  iyirmi  bal  toplasam  da,  yalnız  iş  stajım
olmadığına görə müsabiqədən keçə bilmədim. Hal-
buki ədəbiyyat müəllimim, şair Çərkəz Məcid başda
olmaqla  mənə  dərs  deyən  orta  məktəb
müəllimlərimin  hamısı  qəbul  imtahanlarından  və
müsabiqədən  maneəsiz  keçəcəyimi  bildirirdilər.
Təəssüf ki, bu, belə olmadı və növbəti ildə məni hərbi
xidmətə çağırdılar.
Sovet ordusu sıralarında istehkamçı - mühəndis
ixtisasına  yiyələndim.  Bu,  mənim  həyatımda  ilk
dönüş nöqtəsi oldu. İki illik hərbi xidmətdən tərxis ol-
unduqdan  sonra  da,  tale  məni  ədəbiyyata  deyil,
texnika sahəsinə yönləndirdi. Mülki həyatda da “Av-
tomobil  nəqliyyatının  istismarı”  üzrə  mühəndis
ixtisasına yiyələnib, uzun müddət bu sahədə müxtəlif
vəzifələrdə çalışdım.
Həm  hərbi  xidmətdə  olarkən,  həm  də  ondan
sonrakı  dövrdə  təbim  hərdən  cuşə  gəlir  və  kiçik
həcmli lirik şeirlər yazırdım. Düşünürdüm ki, bəlkə
bu, orta məktəbdə ədəbiyyat dərsindən 5/5 qiyməti
almağı bacaran yeganə şagird olmağımdan irəli gəlir.
Hətta  ötən  əsrin  doxsanıncı  illərinin  əvvəllərində
doğma yurd yerlərimizdən didərgin salınanda və ilan
mələyən  Muğan  düzünün  şoran  torpaqlarında
məskunlaşanda  da,  heç  ağlıma  gəlməzdi  ki,
6
Yaqub Məğrur
Vətən naminə
ÖN SÖZ ƏVƏZİ




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə