Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə5/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   2   3   4   5   6   7   8   9   ...   35

19
Yaqub Məğrur
Vətən naminə
dəftərləri sağ-salamat sənə qaytaracağam.   
Qalib müəllim dəftərləri qəzetə büküb götürdü və
sağollaşıb bizi tərk etdi. 
O, dediyi kimi düz dörd gündən sonra dəftərləri
qaytarıb  gətirdi.  Hələ  üstəlik  yazdığı  altı  səhifəlik
“VƏTƏN HƏSRƏTİNDƏN DOĞULAN ŞAİR” başlıqlı
redaktor sözünü də təqdim edib dedi: 
- Şair qardaş, sənin şeirlərinin 80 % - dən çoxu
çapa hazır vəziyyətdədir. Qalanlarının üzərində də
yüngülvari əl gəzdirsən, onları da çap etdirmək olar.
Odur ki, ilk kitabının redaktorluğunu tam məsuliyyətlə
öz üzərimə götürürəm. Bu da mənim redaktor sözüm,
buyur!   
-  Qalib  müəllim,  doğrudan  da  mənim  kitab
çıxarmaq  fikrim  yox  idi.  Ancaq  bizim  bu  gözəl
xanımlarla birlikdə siz məni ruhlandırdınız. Buna görə
hər  üçünüzə  çox  sağ  olun!  -  deyirəm.  “Redaktor
sözü”nüzə görə isə xüsusi təşəkkür edirəm.   
Beləliklə 
şeirlərimi 
“ARAZ” 
nəşriyyatında
yığılmağa  verdim  və  2006-cı  ilin  yanvar  ayında
“ÖZÜMÜ AXTARIRAM” adlı ilk şeirlər kitabım çapdan
çıxdı.   
Sevincimin həddi-hüdudu yox idi. Üstəlik qələm
dostlarım  ilk  kitabım  barədə  qəzetlərdə  məqalələr
dərc etdirdilər. Hətta “AZƏRBAYCAN” nəşriyyatının
iclas zalında kitabımın təqdimatı da keçirildi. Bu, yeni
poeziya nümunələri yaratmaq üçün mənə stimul verdi
və  ədəbi aləmə ikinci qayıdışım oldu. Yeri gəlmişkən,
bu keşməkeşli yolda mənə dəstək verən, yuxarıda
adlarını  qeyd  etdiyim  şəxslərin  hamısına  –  Haqq
dünyasına köçənlərə rəhmət, bu dünyada qalanlara
isə  hörmət və sayğılarımı çatdırıram.    


Həmin  vaxtdan  keçən  on  il  ərzində  altı  kitabım
çapdan çıxıb. “VƏTƏN NAMİNƏ” kitabı isə sevimli
oxucularla  yeddinci  görüşümdür.  Üstəlik  yeddi  al-
manaxda şeirlərim dərc olunub. Hətta bir çox iri şeir
və  poemalarımın  bəndlərinin  sayını  ifadə  edən
rəqəmlərin cəmi də təsadüfən yeddiyə bərabər olur.
Çapdan çıxmış kitablarım yeddi fəxri diploma layiq
görülüb.  Müxtəlif  mənbələrdə  müqəddəs  hesab
edilən 7 rəqəminin taleyimdə belə rol oynaması, artıq
onu mənim simvolik rəqəmimə çevirib.
Bir  azdan  qədəm  qoyacağım  yeddinci  ömür
onilliyimdə  də  oxucularla  daim  təmasda  olmaq
arzusuyla ”hələlik!”– deyir və inanıram ki, “VƏTƏN
NAMİNƏ” də onların stolüstü kitabına çevriləcək.  
Sonda isə xatirəyə çevrilmiş kövrək duyğularımı
yeni yazdığım “QƏLƏM” şeirinin üç bəndi ilə bitiri -
rəm:  
...Mənim sadiq dostum qələmdir, bilin!  
Yazır tarixini hər ayın, ilin.     
Bağlı qapıları kükrəyən selin 
Coşqun dalğası tək açandır qələm, 
Zülmətə gur işıq saçandır qələm.   
Təblə xəyallarda süzən bir kəsəm,
Sözləri sıraya düzən bir kəsəm,   
Bəzən tək özüməm, bəzən hər kəsəm. 
Hər kiməm, xalqımın mahir oğluyam, 
Qələmlə yol gedən şair oğluyam...
20
Yaqub Məğrur
Vətən naminə


21
Yaqub Məğrur
Vətən naminə
...Daim fəxr edirəm, doğma elimlə,     
Canımdan da əziz Ana dilimlə.   
Şeir yaza – yaza “QIZIL QƏLƏM”lə 
Yaqub Məğrur söz dünyası qurmuşam,   
Keşiyində alnı açıq durmuşam.  
MÜƏLLİF 


LİRİKA
22
Yaqub Məğrur
Vətən naminə


23
Yaqub Məğrur
Vətən naminə
SALAM
(yeni variantda)  
Uca Yaradanın vardır yüz adı,  
Həmin o adlardan biridir Salam.    
Onunla başlayır, hər toy büsatı,
İlahi sehridir, sirridir Salam.
İstər məclislərdə, istər yürüşdə,   
Vacibdir ilk salam vermək görüşdə.   
İstər həm çıxışda, həm də girişdə, 
Sözlərin mehrabı, zəridir Salam.
Kiçiyə salam ver, görüş anında,    
Özünü kiçik tut, böyük yanında!    
Çünki sultanın da, bəyin-xanın da,    
Dilinin ilk sözü, səridir Salam.
Gedirəm Vətənin hər bir elinə,
Salam ərz edirəm məclis əhlinə.
Təbrik söyləyirəm bəylə gəlinə,
Tanrı məhəbbəti, mehridir Salam.
Yaqub, seç sözləri, sıra ilə düz,   
Ərz elə, boylanıb oxusun hər göz! 
Salamın ardınca deyilir hər söz, 
Çünki SÖZ OCAĞI, piridir Salam!  


ANA
(yeni variantda)
Oğul-qız yolunda çəkirsən cəfa,
Çətin günlərini görürəm, ana!
Çəkdiyin zillətin əvəzində mən, 
Sənə söz çələngi hörürəm, ana!
Gözümün nurusan, başımın tacı,
Canımın canısan, həm də əlacı.
Sənsiz hər bir anım acıdan acı,
Yoluna gül-çiçək sərirəm, ana!
Sevinsən, mənim də qəlbim çağlıyar,
Kədərə əyilsən, köksüm ağrıyar. 
Məni tənha qoysan, könlüm ağlıyar,
Dərdinə sinəmi gərərəm, ana!
İstəsən canımı verərəm, ana!
MÜƏLLİM
(yeni variantda)
Məni insan kimi formalaşdırıb,
Ülvi arzulara çulğalaşdırıb, 
Əlifba öyrədib, yollar aşdırıb,
Müstəqil, düz yola salıb müəllim.
Mələk çöhrəsiylə, nurlu üzüylə, 
İnci saflığıyla, zərli gözüylə,
Şirin ləhcəsiylə, dürlü sözüylə,
Əbədi qəlbimdə qalıb müəllim. 
24
Yaqub Məğrur
Vətən naminə


25
Yaqub Məğrur
Vətən naminə
QƏLƏM
İllərdir yurdumdan köçkün düşmüşəm,
Bəxtsiz taleyimdən küskün düşmüşəm,
Səmadan torpağa çiskin düşmüşəm.
Tez-tez çarpışmışam dərdlə, ələmlə, 
Təskinlik tapmışam yalnız qələmlə.
Mənim sadiq dostum qələmdir, bilin!
Yazır tarixini hər ayın, ilin.
Bağlı qapıları, kükrəyən selin 
Coşqun dalğası tək açandır qələm,
Zülmətə gur işıq saçandır qələm. 
Təblə xəyallarda süzən bir kəsəm,
Sözləri sıraya düzən bir kəsəm,
Bəzən tək özüməm, bəzən hər kəsəm.
Hər kiməm, xalqımın mahir oğluyam, 
Qələmlə yol gedən şair oğluyam. 
Kəlmələr birbəbir verilir Haqdan, 
Şeirlər süzülüb gəlir uzaqdan.
Qələmin ucuyla keçib yazmaqdan
Vərəqlər içində “yatab” olurlar,
İrili-xırdalı kitab olurlar.
Daim fəxr edirəm doğma elimlə, 
Canımdan da əziz Ana dilimlə.
Şeir yaza-yaza “Qızıl qələm”lə
Yaqub Məğrur söz dünyası qurmuşam,
Keşiyində alnı açıq durmuşam. 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə