Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə14/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

Sübh çağı gec oyanana
Divan tutur qayınana.
Gəlin qalır yana-yana,
Səhər onun yarısında.
Qəssab kəsir kök dananı, 
Aşbaz asır tez qazanı. 
Baqqal açır mağazanı,
Səhər onun yarısında.
Qonşu qonşunu izləyir, 
Kimsə avtobus gözləyir.
Fəhlələr yol təmizləyir, 
Səhər onun yarısında...
AL GÖRÜM
Ay dığa “bəy”, bizdən sənə salam var,
Vaxtın varsa bu salamı al görüm!
On sözündə altı-yeddi yalan var,
Gəl özünü doğru yola sal görüm!
Biz tərəfdə ehtiram var, inam var,
Xalq dərdini şəxsi dərdi sanan var.
Millətinin pis gününə yanan var,
Hünərin var el dərdinə qal görüm!
Kollektivin heç bir şeyə tay deyil,
Qələm əhli bildiyin tək xay deyil,
Zəbt etdiyin direktorluq pay deyil,
Çalış, vuruş, yaxşı rəhbər ol görüm!
80
Yaqub Məğrur
Vətən naminə


81
Yaqub Məğrur
Vətən naminə
Yazarlara daim böhtan atırsan,
Halal zəhmətinə zəhər qatırsan.
Kabinetdə yeyib içib yatırsan,
Ayıl, düşün, bir xəyala dal görüm!
Görünmürsən gözlərə cin, hal kimi,
Yaqub isə görür səni xal kimi,
Vermirsən suala cavab lal kimi,
Öz dərdinə barı əlac qıl görüm!
BİR YALTAĞA
Ay yaltaq, neyçün-niyə, bezdirirsən hər kəsi,
Ola bilməz sənin tək bu mərəzin xəstəsi.
Yeri gəldi-gəlmədi daim yaltaqlanırsan,
Başını qoltuqlara soxub qoltuqlanırsan.
Hər kəsi tovlayırsan, “qadan alım” dilində,
Uzunqulaq sayağı gəzdirirsən belində.
Gah it kimi hürürsən, gah quyruq bulayırsan,
Çatmaq üçün niyyətə əl-ayaq yalayırsan.
Maskalanıb keçirsən daim hiyləgərliyə,
Asi düşüb xəyanət eyləyirsən ərliyə.
Nə kişilik, nə qeyrət, nə ar-namus qanırsan,
Hətta lazım gələndə soy kökünü danırsan.
Qadıntək oynadırsan alınmış göz-qaşını,
Niyə alçaq edirsən övladların başını?


82
Yaqub Məğrur
Vətən naminə
Bu dünyadan köçəndə hamı səni söyəcək,
Hətta balaların da sənə lənət deyəcək.
Məsləhətim budur ki, əl çək bu qeylü-qaldan,
Nə qədər ki, gec deyil, dərhal qayıt bu yoldan!
Yaltaqlanma nakəsə, çinovnikə, məmura,
Keşməkeşli həyatda bənzə, Yaqub Məğrura!
POETİK DEYİM
Musiqi şeiriyyatın tar-qavalı, kamanıdı,
Poeziya musiqinin sazlı-sözlü meydanıdı.


83
Yaqub Məğrur
Vətən naminə
POEMALAR


İNSAN
Uca Allah elə dəqiq sistem qurub ənginlikdə,
Hər bir üzvü dayanmadan hey işləyir gərginlikdə.
Planetlər sıra ilə dövr edirlər kəhkəşanda,
Hər tərəfə nur çiləyən al Günəşin ətrafında.
Yaradanım mələklərçün dövran qurub yeddi qatda,
Özəlliklə bu formada yerləşdirib kainatda.
Ol!-əmriylə var eləyib yer üzündə təbiəti,
Bəxş edibdir, canlılara bu həyatı, cəmiyyəti.
İnsanlar da yaranıblar İlahinin istəyiylə,
Tədricən formalaşıblar, zəmanənin dəstəyiylə.
Tanrı verib hər insana yetmiş yeddi adda orqan,
Başdan tutmuş ayağadək calaşdırıb ordan-burdan.
Birinci üzv-baş yerləşir bədənin lap zirvəsində,
Həm görəni, həm yeyəni, eşidəni dövrəsində.
Başın örtük funksiyası oynayan gur saçı da var, 
Çöhrəsinə yaraşıqlı görkəm verən tacı da var.
Alın tale payı üçün meydan olub yarışlara,
Ömür yolu yazılmışdır, hər on illik qırışlara.
Qaş alının alt qatında şaxələnib sola-sağa,
Yaradılıb daim gözü təhlükədən qorumağa.
84
Yaqub Məğrur
Vətən naminə


85
Yaqub Məğrur
Vətən naminə
Gözlər qəlbin təbiətə açılan ön bərəsidir, 
İnsan düşüncələrinin dünyaya pəncərəsdir.
Kipriklər də qoruyucu funksiyası daşıyırlar,
Göz qapağı ətrafında sıralanıb yaşayırlar.
Beyin digər canlılardan fərqləndirir insanları,
Şüur ilə qərar verib bərqləndirir üns anları.
Burun isə adamların qoxu bilmə orqanıdır,
Sanki nəfəs yollarının qoruyucu yorğanıdır.
Ətrafdakı səs-səmirsə eşidilir qulaq ilə,
Beyinə əks-səda verir içindəki zolaq ilə.
Hər insanın iç üzünü göstərən bir sifəti var,
Yanaqlara alma kimi həkk edilmiş afəti var. 
Buğla saqqal zaman-zaman ərənliyin rəmzi olub,
Uzun saçla, uzun tuman zənənliyin rəmzi olub.
Var ağızın özəlliklə münasib çox vəzifəsi, 
Yeyib-içmək, danışmaqdır, alıb-verməkdir nəfəsi.
Dodaq insan çöhrəsinin gül ləçəkli güldanıdır,
Ağzın giriş qapısında mühafizə qalxanıdır. 
Diş ağızın kirkirəli dən üyüdən dəyirmanı,
Qida ilə təmin edir daxildəki hər orqanı.
Damaq dişin ətrafında göstərir öz qayğısını,
Hərtərəfli dayaq olur, çəkir acı ağrısını.


Dil ağızda rəqs eləyən, dad-tam bilən sehir-sirdir,
Səsi, sözü incələyib, xırıd edən bir ünsürdür.
Məlumdur ki, dilin də öz dilçəyi var son ucunda,
Dildən keçən nəsnələri incələyir ovucunda.
Qida gedir udlaq adlı dərin yolun yarısına,
Sanki keçib yoxlamadan, düşür qida borusuna.
Gəmzik ağız boşluğunun dalğavari qapağıdır, 
Sanki örtük funksiyası daşıyan lay duvağıdır.
Sifətin lap cənubunda çənə adlı orqan da var,
Əngi ilə birləşərək ağzı altdan qapayırlar.
Boyun-boğaz hissəsiylə qovuşurlar başla bədən,
Qaməti şux saxlayırlar, həm xaricən, həm daxilən.
Çiyinlər həm oynayırlar, boy-buxuna dayaq rolu, 
Həm də asma körpü kimi daşıyırlar qoşa qolu. 
Çiyinlərin arxasında qərar tutub qoşa kürək,
Təhlükədən qoruyurlar, yuxarıdan söykənərək.
Daim dümdüz saxlamaqçün hər adamın vücudunu,
Ağırlığı daşımağa xidmət edir bel sütunu.
Qamətin dik dayanması asılıdır onurğadan, 
Köks qəfəsi qurulmuşdur neçə-neçə qabırğadan.
Yuxarı yan ətrafları təmsil edir qoşa qollar, 
Ömür boyu orqanizmə xidmət yükü daşıyırlar.
86
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə