Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə17/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

99
Yaqub Məğrur
Vətən naminə
Ömrümdə ilk dəfəydi ki, rahat hiss elədim canı,
Çünki gördüm, vəzifəli iki qohum-əqrabanı.
Gizlin əta eylədilər bəxşeyişlər, hədiyyələr, 
Ünvanıma söylədilər inanılmaz mədhiyyələr.
Soruşdular, təki, sənin bu gəlişin xeyir ola,
Haradaydın, nə oldu ki, qəfil çıxdın bizim yola?
Dedim, “timsah tutub boğur, çaydan üzüb keçənləri,
Hətta tez-tez parçalayır, əyilib su içənləri”.
Dedilər ki, “timsah nədir, sizə divan tutsun belə? 
Onu tutub məhv edərik, çayda qurub çoxlu tələ.
Sizə kömək eyləyərik, qorxusuz su içmək üçün,
Hətta körpü düzəldərik, çay üstündən keçmək üçün”...
...Oğurluqdan xəbər tutan padşah verdi öz əmrini,
Çəkdirdi dar ağacına anbardarla keşikçini...
...Nə qədər ki, “sənətkarlar” işi icra eylədilər,
Vəhşi aləm boz ulağa kalan tərif söylədilər.
Elə ki, iş yekunlaşdı, hamı yetdi sağ qalmağa,
Ancaq yazıq uzunqulaq yenə batdı toz-torpağa...


PUBLİSİSTİKA
100
Yaqub Məğrur
Vətən naminə


101
Yaqub Məğrur
Vətən naminə
YARALI  XAN  ÇİNARIM
El içində Azərbaycanın Soçisi kimi şöhrətlənən bir
rayon var idi, Cəbrayıl adlı. Əsasən dünyaca məşhur
yaradıcı ziyalıları, zirvəsi buludlarla bəhsə girən başı
qarlı  Ziyarət  dağı,  yaşı  əsrlərlə  ölçülən  möhtəşəm
Xan  Çinarı,  saf  havası,  yaşıl  ormanları,  sıldırım
qayaları, şır-şır bulaqları və s. ilə məşhur idi bütün
ölkədə. Bura gəzməyə gələn qonaqlar ilk növbədə
Cəbrayıl şəhərinin mərkəzində qərar tutmuş əzəmətli
çinarın qoynuna sığınmış üçmərtəbəli pavilyonun ik-
inci  mərtəbəsində  kabablanar,  sonra  isə  üçüncü
mərtəbəsində  əhaliyə  nümunəvi  xidmət  göstərilən
çayxanaya qalxar, kəklikotu-mixəkli pürrəng çay içə-
içə şəhərin və  ulu çinarın keçmişi ilə maraqlanardılar.    
Yazın gəlişi şəhəri yaşıllığa qərq edərdi. Tavanları
ağ dəmirlə örtülmüş əsasən iki-üç mərtəbəli evlər bu
yaşıllığın  içində  demək  olar  ki,  görünməz  olardı.
Bütün  şəhəri  qoynuna  almış  bu  bağ-bağçanın  bir
hissəsi Ziyarət dağından süzülüb gələn qar suyu ilə,
bir hissəsi isə Xan Çinarın dibindən möcüzəvi şəkildə
şırhaşırla çıxıb kiçik dağ çayına çevrilən göz yaşı kimi
dupduru,  bumbuz  su  ilə  canlanardı.  Boyu  35-40
metrə çatan bu çinarın çadar-çadar olmuş gövdəsi isə
o qədər böyük idi ki, görənləri heyrətə salardı. Yerin
on  metrlərlə  dərinliyinə  quylanmış  çalın-çarpaz  iri
köklər arasından süzülüb gələn diş göynədən  kəhriz
suyunu içdikcə adamın ruhu dincələrdi. El-oba içində
ona  “Çinar  kəhrizi”  deyilərdi.  Gecələr  çinarın  yaşıl
yarpaqlarının  pıçıltısı  suyun  şırıltısına  qovuşaraq
həzin bir nəğmə yaradardı. Bu səs körpəsinin beşiyi
başında  duran  ananın  laylasına  bənzəyərdi.


Axşamlar ulduzların parıltısı suyun üzərinə düşərək
bərq vurardı. Sevgililər burada görüşə çıxar, əhd pey-
man  bağlayıb  bir-birinə  sadiq  qalacaqlarına  and
içərdilər. Toy mərasimlərində isə gəlini aparan avto-
mobil karvanı öncə bura gələr, bəylə gəlin üç dəfə
çinarın başına fırlanar, ulu çinarın əzəmətindən və
kəhriz suyunun paklığından xeyir-dua alardılar. Bir
nəfər kəhrizin gözündən bir dolça su götürər və “su
aydınlıqdır”-deyə gəlin maşınının arxasınca atardı.
Çünki çinar həmişə Cəbrayıl elinin inanc yeri, piri,
ocağı olub. 
Yaxşı yadımdadır, o vaxt ömrünün ahıl çağlarını
yaşayan ağbirçək Həvəzə nənə deyirdi ki, “gözümü
açandan  bu  çinarı  belə  görmüşəm.  Onun  min  ilə
yaxın  yaşı var. Bir dəfə çinarın suyu qurumuşdu. Bir
həftə olardı ki, şəhər camaatı susuz qalmışdı. Odur
ki,  bir  yerə  toplaşıb  şəhər  sovetinə  getdik  və
iradlarımızı bildirdik. Onlar da sağ olsunlar ki, tez bir
zamanda  bulağın  tutulmuş  gözünü  təmizlətdirib
kəhrizi  bərpa  etdilər.  Bu  şəfalı  su  yenidən  şəhər
sakinlərinə qaytarıldı. Kəhrizi yenidən qız-gəlinlərin
qəh-qəhələri bürüdü”...   
Ancaq təəssüflər olsun ki, indi bizim ora nə əlimiz
çatır, nə də ünümüz yetir. Bütün bu gözəlliklər yalnız
xatirələrimizdə yaşayır. Çal-çağırdan uzaq düşüb bu
yerlər. Yəqin ki, xain düşmənin “Qrad” qurğusundan
endirdiyi  raket  zərbəsiylə  ən  iri  budaqlarından  biri
qırılıb yerə düşən Xan Çinarım, sanki qolu qırılmış
yaralı  aslan  kimi  inildəyir  undi. Artıq  24-cü  ildir  ki,
bizlərdən kimsə onun yarasına məlhəm qoya bilmir.
Gözü yollarda qalan çinarın yaşıl yarpaqları arasında
yuva  qurmuş  qaranquşlar  da  pərən-pərən  düşüb.
102
Yaqub Məğrur
Vətən naminə


103
Yaqub Məğrur
Vətən naminə
Bülbüllərsə yəqin ki, qəm nəğməsini oxuyurlar. Bu
yerdə mənim də qəlbimdən çözələnən nisgilli bir söz
nəğməsi səsini onların səsinə qatır:
...Unuda bilmirəm Xan Çinarımı,
Suyu diş göynədən bulaqlarımı.
Ziyarət, Dağtumas yaylaqlarımı,
İstərəm bir xəbər alım, Cəbrayıl!..
...Sonu çatacaqmı intizarımın,
Bəxti açılarmı könül tarımın,
Söylə, sağalıbmı Xan Çinarımın,
Raketlə vurulan qolu, Cəbrayıl?!.. 
İndi o bənzərsiz Cəbrayılı, doğma yurd-yuvamı hər
dəfə xatırlayanda içimə axan qanlı göz yaşı qəlbimi
göyür-göyür  göynədir. Artıq  bir  əsrin  dörddə  birinə
yaxındır ki, o yerlərə gedib çata bilmirik ki, bilmirik.
Yurd  itkisi  bizim  üçün  silinməz  ləkədir,  sağalmaz
dərddir.  Uca  Allahdan  rica  edirəm  ki,  gənc
əsgərlərimizin  qəlblərinə  təpər,  qollarına  qüvvət
versin  ki,  müqəddəs  torpaqlarımızı,  girovluqda
sızlayan məzarlıqlarımızı düşmən tapdağından azad
edib,  bu  ləkəni  üstümüzdən  silə  bilsinlər.  Mən  bu
günə  inanıram.  İnanıram  ki,  yadların  əliylə  “Qordi
düyünü”nə  hesablanmış  Qarabağ  düyünü  nəhayət
açılacaq, doğma yurdumun səmasında artıq 24-cü
ildir ki, cövlan edən qara buludlar çəkiləcək və biz də
doğma  Cəbrayılımızı,  müqəddəs  Qarabağımızı,
eləcə  də  itirilmiş  digər  torpaqlarımızı  ziyarət  edə
biləcəyik. İnşallah!.. 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə