Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə20/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

113
Yaqub Məğrur
Vətən naminə
Körpəsin atarmı halına yanan?                                                                                
Axı böyümüsən bimarla Arif!
Lətifə söyləyib girirsən rola,                                                                                      
Çaş kimi baxırsan gah sağa, sola.                                                                      
Dostlarla girirsən hərdən qol-qola,                                                                   
Səhnədə süzürsən xumarla Arif!
Deyirsən, gülüşün səkkiz növü var,                                                                    
Uğunub gedirlər, sənə baxanlar.                                                                             
Əhsən söyləyirlər, daim fanatlar,                                                                                   
Sürəkli alqışla, nəmərlə Arif!
Şan-şöhrət qazandın, öz zəhmətinlə,                                                                      
Haqqa, ədalətə xoş rəğbətinlə.                                                                                      
Bir heykəl ucaltdın, söz-söhbətinlə,                                                                    
Xalqının qəlbində hünərlə Arif!


TOYUQ-CÜCƏ MAFİYASI                 
(Felyeton)
Bir qonşum var. Adı Əhməddi. Bəzən çox çərənçi
adam  təsiri  bağışlasa  da,  çox  maraqlı  adamdı.
Əslində Əhmədin peşəsi kinorejissordu. Düzdür, əlli
yaşına  çatsa  da,  heç  vaxt  ixtisası  üzrə  işləməyib.
Park  direktorluğundan  tutmuş  futbol  məşqçisinə
qədər  müxtəlif  vəzifələrdə  çalışıb.  Ancaq  bu
yaxınlarda əsas ixtisasına qayıtmaq qərarına gəlib.
Özü də nə az, nə çox, dedektiv kino çəkmək istəyir.
Arvad-uşaq,  dost-tanış  nə  qədər  onu  bu  fikrindən
daşındırmaq istəsələr də, buna nail ola bilməyiblər.          
Nə  isə,  biz  də  sonda  naçar  qalıb  dedik  ki,  “ay
Əhməd,  eybi  yox,  çək  bu  kinonu,  görək  nə  olur!
Ancaq bu işi yerinə yetirmək üçün sponsor lazımdı
axı.” O isə dedi ki, “sponsor var, bu, problem deyil.
Amma kinonu çəkmək üçün əsas məsələ ssenaridi.
Çünki filmin maraqlı süjet xətti olmalıdı”.   Qardaş, o
gündən başladıq ssenari axtarmağa. Təbii ki, tanış
insanlardan - hüquqşünaslardan, təhqiqatçılardan,
müstəntiqlərdən  və  məhkəmə  hakimlərindən
ölkəmizdə olub-keçmiş kriminal hadisələrlə, maraqlı
məhkəmə işləri ilə bağlı məlumatlar əldə etmək üçün
çox çalışdıq. Mövzu üçün elə şeylər topladıq ki, hətta
HOLLİVUD özü də bununçün sino gedər. Məsələn,
ötən əsrin sonlarında Aran bölgələrində toyuq-cücə
mafiyası fəaliyyət göstərib.        Təəccüblənməyin,
mən  silah  mafiyası,  orqan  mafiyası,  narkomafiya
barədə  çox  eşitmişdim.  Amma  toyuq-cücə
mafiyasının  olduğunu  isə  heç  ağlıma  da
gətirməzdim.                    
114
Yaqub Məğrur
Vətən naminə


115
Yaqub Məğrur
Vətən naminə
Deməli,  hadisə  belə  olub.  Səksəninci  illərdə
sözügedən bölgələrin bir cox kəndlərində sakinlərə
məxsus  toyuqlar  kütləvi  surətdə  yoxa  çıxmağa
başlayır.  Əlbəttə,  camaat  elə  bilir  ki,  toyuqları
“soyqırım”a  məruz qoyan ya çaqqaldır, ya da tülkü.
Amma sonra başa düşürlər ki, bu, vəhşi heyvan işinə
oxşamır. Tülkü-çaqqal bir dənə yeyər, beş dənə yeyər
və nəhayət ki, doyar. Bunlar isə nə canlıdırlarsa, doy-
murlar ki, doymurlar. Apardıqları isə izsiz-tozsuz yoxa
çıxır,  sanki  dibi  olmayan  quyuya  düşürlər.  Bu
səbəbdən də şübhələr artmağa başlayır.      
Bu arada camaat görürlər ki, kənddə avara kimi
tanınan qonşular - Qarabala, Şərabqulu, Kəmfürsət,
Dilbilməz, Boynuyoğun və Soğanverdi günü-gündən
kökəlirlər. Yanaqlarından da ki, qan damır. Heç yerdə
işləməyə-işləməyə ciblərində pullar lambada oynayır.
Bir də ki, onların kənd mağazasından qadın corabları,
yəni  kapron  corablar  almaları  da  görənlərin
diqqətindən yayınmır. Sonradan oğurluq baş verən
bir hadisədə təsadüfən işin üstü açılır. Sən demə bu
vələduznalar əməlli-başlı “banda” yaradıbır. İdeyanı
Qarabala verib. Banda üçün nə lazımdırsa, əldə ol-
unub.  Avtomobil,  silah,  tanınmamaq  üçün  başa
keçirilən kapron corab və s.             
Əvvəlcə  “banda”  üzvləri  Qarabalanın  nə
planladığını anlamayıblar. Elə düşünüblər ki, yəqin
kassa-zad  yarmağa  gedəcəklər.  Lakin  Qarabala
nəhayət,  onlara  qandırıb  ki,  gecə  Fərmayıl  kişinin
hininə toyuq-cücə oğurlamağa hazırlaşır.  Bu zaman
Dilbilməz  Qarabalanın  başına  iki  əlli  qapaz  vurub
deyir  ki,  “başın  xarab  olu...b,  toyuq-cücə
oğurlayacağıqsa,  daha  bu  silah-sursatı,  maskanı


neynirik? Fərmayıl kişinin xoruzunu qorxudacağıq?
Hində kimdi bizi tanıyan?”                    
Qarabala  özünü  o  yerə  qoymur  və  hırıldaya-
hırıldaya  deyir  ki,  “qaqa,  nə  fərqi  var  ki,  bankı
yarırsan, ya toyuq-cücə hinini? O da cinayətdi, bu da.
Cinayətkarın isə özünəməxsus vid-fasonu olmalıdı.
Maska və silah bizim imicimizdi.”  
Avara  qonşular  işlərinin  mafiya  qaydası  ilə
getməsi üçün özlərinə ləqəb də seçirlər: Cin Qara-
bala,  Şeytan  Şərabqulu,  Arıq  Kəmfürsət,  Zırpı
Dilbilməz, Dəli Boynuyoğun, Quşbaz Soğanverdi. Bu
altılıq iki yerə bölünüb, uzun müddət kəndlərdə olan
toyuq-cücələrin “analarını ağladırlar”. Ancaq bir gün
kəndlərin birində yaman pis ilişirlər. Kənd camaatı
onları  şil-küt  eləyərək  elə  bir  günə  salırlar  ki,
“bandit”lər  suda  pörşələnmiş  yoluq  toyuq-cücəyə
çevrilirlər. Onların vəziyyətləri o qədər acınacaqlı olur
ki,  hətta  zərər  çəkən  insanların    bu  gicbəsərlərə
yazıqları  gəlir.  Odur  ki,  başıbəlalı  “mafioz”ların
üzlərinə tüpürür və  arxalarına təpik vurub kənddən
qovurlar. 
Əlqərəz, Əhməd bu əhvalatı eşidəndə qəşş eləyib
gülür və deyir ki, ”əşi, film üçün bundan maraqlı süjet
ola bilməz. Bu kino beynəlxalq Kann festivalında bir-
inci yeri tutmasa mənə lənət!”.
İndi artıq kinonun çəkilişləri başlayıb. İlk kadrlar
da hazırdı. Lakin Əhmədi bir fikir götürüb ki, birdən
film  mükafat  alsa  və  şayət  “banda”  üzvləri  kinoda
özlərini  görüb  tanısalar,  görəsən  gəlib  mız
qoymazlarmı?  Hər  halda  necə  olsa  da,  “kişilər
mafiozdular”  axı.  Hətta  yoluq  “xoruz”  olsalar  da
belə...
116
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə