Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə21/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

117
Yaqub Məğrur
Vətən naminə
İTHAFLAR


ŞAİRLƏR İÇİNDƏ 
... NƏHƏNGSƏN
(Xalq şairi Fikrət Qocanın 80 illiyinə)
Yazarlar yazarı olmusan artıq,
Paxıllar qoy baxıb xar olsun, şair!
Təbin dağ başında verir işartı,
Saçın zirvələrdə qar olsun, şair!
Keçir axtarışda fikrin, xəyalın,                
Haqdır, ədalətdir andın, amalın.                    
Göylərə ucalan ağlın, kamalın,                    
Sonadək ömrünə yar olsun, şair!
Şairlər içində assan, nəhəngsən,                     
Öz əsərlərinlə çox rəngarəngsən.                   
Səni sevən xalqla bir həmahəngsən,             
Xalqı sevməyənə ar olsun, şair! 
Gənclik illərini hayla qoynuna,                    
Heç vaxt qocalığı alma boynuna!             
Sağ yaşa, yüzü də qatla, qoy yana,            
Bütün arzuların bar olsun, şair!
Zaman diqtə edir Tanrı əmrini,                       
Səksən bir bəzəyir şair ömrünü.                   
Dostlar da çıxarsın qoy səs-səmrini,               
Ad günün tarixdə var olsun, şair!   
P.S.
Çatmısan ömrünün müdrik çağına,             
Yazarlar seçirsən, ay Fikrət Qoca!             
Çağır Yaqubu da “SÖZ OCAĞI”na,               
Qoy yüksəlib olsun, nəhayət uca!
118
Yaqub Məğrur
Vətən naminə


119
Yaqub Məğrur
Vətən naminə
USTAD
(Ustad şairimiz Oqtay Rzanın 80 illiyinə)             
Şairlər şairi olmusan indi,      
Sənin şeirlərin gözəldir, ustad!            
Təbim çuşə gəldi, dillənib dindi,        
Sözlər qələmimdən süzüldü, ustad!
Aləmə bəllidir, şöhrətin – şanın,        
Dostlarla doludur, sənin dörd yanın.   
Cahanı dolanır şeir karvanın,              
Fikrində durnalar süzürdü, ustad!
Keçir axtarışda baharın, qışın,              
Şərəflə ucalır, həmişə başın.                     
Budur, dəyişilir yenə də yaşın,                  
İllər bir – birindən üzüldü, ustad!
Qocalığı dur, boynundan at, yaşa,
Kədərini sevincinə qat, yaşa!                  
Sağ – salamat yüz yaşına çat, yaşa,         
Ad günün tarixə yazıldı, ustad!  
Atıq səksən gəlir, şair ömrünə,                  
Ruzi qismət olsun, hər ay – gününə!     
Dostlar təbrik deyir, şan – şərəfinə,        
Arzular şeirə düzüldü, ustad!    
P.S.
“RÜBAİ KARVANI”n məftun eyləyir,                 
Hər bir oxucunu, ay Oqtay Rza!              
Yaqub da ithafən ərzin söyləyir,               
Uca zirvələri say, Oqtay Rza!   


SAĞ OL, HACI!
Əlli yaşı vurdun başa,                                                                                             
Zirvələrin olsun qoşa!
Yaşa qardaş, yüz il yaşa,
Qol-qanadlı tağ ol, Hacı!
Əməllərin gül içində,
Çöhrəndə nur sel içində,
Arzum budur el içində,
Daim üzü ağ ol, Hacı!
Sən Məkkədə Hacı oldun,
Fəqirlərin tacı oldun.
Yetimlər əlacı oldun,
Daim belə tox ol, Hacı!
Müqəddəsdir tutduğun yol,
Sənə alqış deyir sag-sol.
Ruzin olsun həmişə bol,
Bərəkətli bağ ol, Hacı!
Lap qələbə anınadək,
Xan Çinarın yanınadək,
Həyatının sonunadək,
Xalqa arxa-dağ ol, Hacı!
Məğrur səni qardaş saydı,
Dostluğundan şərəf duydu.
Şeirə son belə qoydu:
Daim var ol, sag ol, Hacı!
120
Yaqub Məğrur
Vətən naminə


121
Yaqub Məğrur
Vətən naminə
VÜQARLI OLMUSAN
Səkkiz gözəl qız bacının,                 
Sən həm madər qardaşısan.            
həm onların güvənc yeri,        
Həm də tənha yurd daşısan.
Onlar sənlə qürur duyur,              
Deyirlər ki, buyur, başa!         
O yox qardaş əvəzinə,          
Həm də iki ömür yaşa!
O vaxt Böyük Mərcanlıda,             
İmkanlı, varlı olmusan.                 
Doğma yurd əldən çıxsa da.                
Daha vüqarlı olmusan.
Həm qələmlə, həm də sözlə,      
Davranırsan mahir kimi.                 
Dostlar qiymət verir sənə,    
İddialı şair kimi.
Bu şeiri ad günündə                        
Yazdım Qərib Mərcanlıya.                         
Qoy Yaqubdan təbrik olsun,
Yurd canlıya, mərd canlıya!  


QƏLƏMİNDƏ SÖZ BİŞİR          
Ləhcəsi şipşirindir,          
Biliyi lap dərindir.           
Qazancı afərindir,              
Əli bəy Azərinin.
Məsəli var, zərbi var,          
Öz rütbəsi, hərbi var.                   
Dövlətinin gerbi var,           
Əli bəy Azərinin.
Başı qeylü-qaldadır,     
Yurdu viran haldadır.
Bölgəsi işğaldadır,             
Əli bəy Azərinin.
Qədəmi düşərlidir,    
Sözləri kəsərlidir.     
Qələmi dəyərlidir,      
Əli bəy Azərinin.
Qələmində söz bişir,                  
Əlli yaşda döyüşür.     
Adına təbrik düşür,           
Əli bəy Azərinin.
122
Yaqub Məğrur
Vətən naminə


123
Yaqub Məğrur
Vətən naminə
GEDIB “O DÜNYA”NI
GÖRÜB GƏLMİSƏN  
Sözü şax desən də namərd üzünə,      
İnanan olmayıb doğru sözünə.        
Axtara-axtara ahıl çağında,              
Səbrlə, ümidlə gəldin özünə.
Gedib “o dünya”nı görüb gəlmisən,     
Şərin yuvasına girib gəlmisən.     
Maskalı gədanın satqınlığıyla,           
Nahaqqa “imtahan” verib gəlmisən.
Qarşıdan növbəti gəlir ad günün,   
Həyatda çox olsun belə şad günün. 
Təbrik eyləyirəm səni ürəkdən,  
Qoy əbədi olsun bu azad günün!
RUHUN QANAD ÇALSIN 
DURNA KÖÇÜNDƏ                   
Məlhəmtək dediyin şirin sözlərin,                    
İzini vərəqə salır elə bil!                 
Rəngarəng çalarlı dərin gözlərin,             
Vaxtımı əlimdən alır elə bil!
Adın götürülüb ləldən, daş-qaşdan,  
Riqqətə gətirir dosta xidmətin.        
İstərsən qoy yazım, elə bu başdan,               
Göyərsin qələmlə sözün, söhbətin.  


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə