Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə23/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

131
Yaqub Məğrur
Vətən naminə
XARAKTERIK 
ATMACALAR


Sözü Haqq kəlməsidi,
İlahi bəndəsidi.                     
Beş hərfli adı var,                   
Allahın elçisidi.        
(Həzrəti Yaqub Peyğəmbər)
* * *
Hörməti var elində,    
Haqq-ədalət dilində.    
Qanunu qorumağa,     
Zopası var əlində.   
(Bayram Xudubəyli)        
* * *
Amalıdı qənaət,             
Ülvi sevgi, hərarət.         
Ömrü boyu göstərib,     
Öz yarına sədaqət.             
(Məlahət İbrahimli)   
* * *
Adının var mənası,        
Rəvayətdi anası.          
Sadiqdi sevgisinə,      
Öz yarının sonası.           
(Əfsanə Məmmədli)
* * *
Ayla, günlə yarışır,          
Axıb çaya qarışır.            
Hərdən rəfiqələrlə,         
Küsüb-sonra barışır.         
(Aygün İskəndərli)              
132
Yaqub Məğrur
Vətən naminə


133
Yaqub Məğrur
Vətən naminə
* * *
Sanki sıyrılmış oxdu,        
Çempionluğu çoxdu.         
Tatami üzərində,            
Ona bərabər yoxdu.        
(Novruz Xudubəyli)              
* * *
Sədaqətdi amalı,        
Göz oxşayır camalı.           
Yara sadiq qalmağa,     
Kifayətdi kamalı.        
(Cəmalə Xudubəyli)          
* * *
Öz ata nənəsinin       
Adıyla yaşayır o.          
Özünü əlaçı tək            
Zirvəyə daşıyır o.          
(Zahidə Məmmədli)                 
* * *
Şirinlik var dilində,        
Bacarıq da əlində.         
Aydan, tacdan ad alıb,          
Ömrünün ilk ilində.          
(Aytac Xudubəyli)                   
* * *
Oğul ata varisi,                         
Həm də ciyərparəsi.    
Çünki vardır adında,
El-obanın çarəsi. 
(Nicat Məmmədli)         


* * *
Məktəbdə əlaçıdı,      
Babanın əlacıdı.
Oturuşu,duruşu,         
Elə bil ki, Hacıdı.     
(Nihat Xudubəyli)             
* * *
Gözü sanki dənizdi,                    
Siması ağ bənizdi.     
Parıldayan çöhrəsi, 
Şüşə kimi təmizdi.          
(Şüşə Zeynəb)            
* * *
Yerə sığmır ədası,            
Çoxdur forsu, cidası.     
Bapbalaca boyu var,        
Göydən gəlir sədası.      
(Elxan İskəndərli)        
* * *
Yerişi çox astadı,             
Yolu avtobusladı.      
Qazanıb el hörməti,     
Dəyərli bir ustadı.      
(Müşfiq Məmmədli)               
* * *
Sözdən dastan qurandı,                
Məclislərə varandı.       
Kim haqsız iş görərsə,   
Səhvi üzə vurandı.           
(Hüseyn Mərcanlı)                
134
Yaqub Məğrur
Vətən naminə


135
Yaqub Məğrur
Vətən naminə
* * *
Atanın tək oğludu,         
Təhsilə də bağlıdı.   
Müəllimlər içində
Tutduğu yol doğrudu.     
(Akif Hüseynoğlu)              
* * *
Nə Şöşüdür, nə Şəmi,        
Odur yuxu qənimi.      
Qulaq batır səsindən,            
Onu cırnadan kimi.     
(Məhəmməd İskəndərli)               
* * *
Kimdən nəsə soruşmur,          
Gözəllərlə yarışmır.        
Xanımlarla məhlədə,     
Heç qaynayıb qarışmır.     
(Gülşən İbrahimli)
* * *
Biri varmış, biri yox,           
Ayıqlıqda yeri yox.    
Özü bir kef əhlidi,            
Ayrı dərdi-səri yox.    
(Şəşə İskəndərli)                   
* * *
Qoy, deyim bir xanımdan,          
Çox istərdim canımdan.


Arxamdan vurdu zərbə,  
Yox oldu məkanımdan.       
(Zeynəb Etibarsız)              
* * *
Həqiqətdir əməli,           
İşləri səmərəli.       
Haqq ilə, ədalətlə,        
Yoğrulmuşdur təməli.          
(Həqiqət Sönməz)
* * *
Yardan yarımadı heç,       
Qoşa qarımadı heç.      
Onun pak sevgisini,       
Əri qorumadı heç.                
(Hamiyə Aldısoy)
* * *
Bənzəyir o, ağ gülə,
Çöhrəsi bəyaz tülə.
Danışmağı, gülməyi,   
Cəh-cəh vuran bülbülə.         
(Şeyda Əlisoy)
* * *
Gəzir boyu uzunu,                      
Qurda verməz quzunu.                       
Hələ də axtarır o, 
Məhəbbət ulduzunu.           
(Qərib Mərcanlı)
136
Yaqub Məğrur
Vətən naminə


137
Yaqub Məğrur
Vətən naminə
* * *
Boş-boşuna deyişməz,                    
Zəiflərlə döyüşməz.
Dünyalar dağılsa da,                   
Əqidəsin dəyişməz.                
(Rövşən Kəbirli)
* * *
İddialar yazır o,
Qətnamələr “pozur” o.
Təəssüflər olsun ki,
Hərdən yolun azır o.              
(Anar Bayramlı)
* * *
Sahibi yox oxuda,      
Vəkil olub yuxuda.  
Hüquqları dəyişir,   
Pivə ilə noxuda.                  
(Dələduz Sözverən)
* * *
O, olsa da əjdaha,   
Şəkk eləmir Allaha.
Dünyada yol göstərir,
Bütün kriminallara.               
(Əjdər Mehtili)         
* * *
Danışmağa vaxtı az, 
Olub zırpı ədabaz.    


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə