Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə22/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

Ömür yavaş-yavaş, səssiz ötsə də,  
Zülfünə o illər kölgə salmasın!          
Əlindən üzülən səndən getsə də,   
Lalələr çeşməndən əskik olmasın!        
Duyğunla çağlasın adın, ismətin,      
İllərin ötüşsün zəhmət içində!                  
Rifah yüksəlişi olsun qismətin,         
Ruhun qanad çalsın durna köçündə!     
QUBADLIYA ÇAT, YAŞA!
Dağlar oğlu, qəbul eylə salamı,
Qoy olsun savabı, xeyri, Mikayıl!
Səni heç təsəvvür etmək olarmı,
“Sevimli şou”dan ayrı, Mikayıl!
Yolunda dayanıb paxıllar xoru,
Salmaq istəyirlər o taxtdan səni.
Daim vüqarlı ol, əyilmə, qoru,
Aşıq Mübarizi, “Şur” Elnarəni!
Axı tez itirdik biz Məhəbbəti,
Onu da qınardı çirkə batanlar.
Sözünü həmişə ərz elə qəti,
Qarşında pəs olsun irad tutanlar!
Həyat ki, var həm çətindir, həm asan,
Kədərini sevincinə qat yaşa!
Arzuların qoy çin olsun hər zaman,
Sağ-salamat Qubadlıya çat yaşa!
124
Yaqub Məğrur
Vətən naminə


125
Yaqub Məğrur
Vətən naminə
QALSIN YADİGAR  
Etibar müəllim, salam-əleyküm,      
Bilirsən, zəminin sonu samandır.     
Böhtan yarasına neyləsin həkim?      
Hər dərdin dərmanı, canı zamandır.       
Söylə yadındamı, düz beş il öncə,               
Getdim Azərbaycan nəşriyyatından?    
Məni endirdilər, sıxıb bir küncə, 
Həyatın dibinə göyün qatından.  
Hörmətim var idi, Bəsti xanıma,             
Mən bacı sanırdım, onu özümə.         
Şər atıb od saldı, bir gün canıma,          
Heyf ki, inanmadı doğru sözümə.
Hesab edirəm ki, yaxşı bilirsən,
Sər-böhtan danışan kişi deyildir.            
Məni məhrum etmək kabinetimdən,      
Heç də Ağabəyin işi deyildir.
İnan ki, heç kimi qınamıram mən,         
Elə bilməyin ki, düşmən olmuşam!         
Nə səni, nə onu sınamıram mən,        
Baş vermiş olaya çaş-baş qalmuşam.
Dünya əbədidir, biz gəldi-gedər,     
İstərəm ədalət olsun bərqərar.
Təki, səmimiyyət getməsin hədər,   
Məndən nəşriyyata qalsın yadigar!


SƏİDƏNİN GÖZLƏRİ
O, Beyləqan gəncidir
Dostların güvəncidir.
Sanki dürrdür, incidir,
Səidənin gözləri.
Ürəyi tər-təmizdir,
Çöhrəsi ağbənizdir.
Sanki mavi dənizdir,
Səidənin gözləri.
Gah düşür haldan hala,
Nur saçır sağa, sola.
Həm yaşıldır, həm ala,
Səidənin gözləri.
Yaqub de, bu gözələ,
Bənzəyirsən ağ gülə!
Çox oxşayır Göy-Gölə
Səidənin gözləri. 
KEŞİYİNDƏ DURASAN
Ay Beyləqan sonası,
Budur gəldi şad günün.
Eldar bəyin anası,
Mübarəkdir ad günün.
Artıq çatdı yaşının,
Otuz beşı tamama.
Yeni baharın, qışın,
Xoş gəlir, ay Şamama.
126
Yaqub Məğrur
Vətən naminə


127
Yaqub Məğrur
Vətən naminə
Ailənin fərəhlə
Keşiyində durasan.
Ömrünü şan-şərəflə
Yüzdə başa vurasan.
Xoşbəxt illər diləyir,
Dost-tanışın, sirdaşın.
Qəlbən təbrik eləyir,
Səni Yaqub qardaşın. 
HAMININ SEVİNCİ         
(Nənəsinin adından)
Mənim arzu diləyim
Sevincim, ay Sevincim!
Oldun huri-mələyim,
Həm də arxam, güvəncim.
Sənsən günəşim, ayım,
Həm baharım, hə yayım.
Bal kimi şirin çayım,
Həm mirvarim, həm incim.
Sevinc bəxş etdin bizə,
Xoş Gəldin nəslimizə.
Boy at, elləri bəzə,
Ol, hamının Sevinci! 


XOŞ GƏLİB
Səni görüb coşuram,
Havalanır hey təbim.
Sənə nəğmə qoşuram,
Gözəl Şüşə Zeynəbim!
Gəlmisən bu dünyaya
Baharın ilk səhəri.
Oldun ata-anaya
Bağçanın ilk bəhəri.
Daha gözəl olursan,
Darayanda başını.
Artıq yola salırsan,
Ömrünün ilk yaşını.
İlk baharın tuş gəlib,
Təbiətin əmrinə.
İki yaşın xoş gəlib,
Sənin cocuq ömrünə.
Səni təbrik eləyir,
Yaqub baban ürəkdən,
Heç olmasın kəm-kəsir,
Qoy süfrəndə çörəkdən!
128
Yaqub Məğrur
Vətən naminə


129
Yaqub Məğrur
Vətən naminə
NURAY BALAM
Yaranmısan nurdan, aydan,    
Doğulmusan xoş olaydan.    
Səsin gəlir şən halaydan,   
Gözəl-göyçək Nuray balam. 
Vardır sənin altı yaşın,
Qoy ucalsın daim başın!     
Çox gözəldir çatma qaşın,    
Üzü ləçək Nuray balam!       
Ata-anan varsa zirək,    
Sənə daim olar gərək.         
Ad günün olsun mübarək,       
Özü çiçək Nuray balam!
İLK NƏVƏSİSƏN
Kainat yaranıb düz yeddi qatdan,    
Bilinmir başlayır hardan, ay Yusif!                      
Adın götürülüb müqəddəs addan,
Həzrəti Yusifdən-nurdan, ay Yusif!   
Qırx gündür gəlmisən bizim dünyaya,          
Azərə gəlişin mübarək olsun!                     
Emilya şükr edir bu şirin paya,             
Çöhrəndə gülüşün mübarək olsun!   
Ürəkdən sevinir Əjdər, Südabə,                    
Babanın, nənənin ilk nəvəsisən.            
Sevincə qovuşub Əşrəf, Məhbubə,                    


Sən bu qudaların xoş nəfəsisən.
Səni təbrik edir bu Yaqub baban,               
Xoşbəxtlik diləyir “Təhqiqat”çılar.         
Təbrikə qoşulur qohum-əqrəban,                 
Alqışlar ucaldır “Kriminal”çılar.
YÜZ YAŞA
Qəlbinin ölçüsü bənzər saraya,         
Çöhrən ağa çalır, gözün qaraya.    
Həyat yollarında ömür sürdükcə,             
Döndün Nar xanımdan xanım Naraya.
Bir zaman həyatda tənha qalmısan,        
Övlada həm ata, ana olmusan. 
İki qız balanı çox çətinliklə,                
Böyüdə-böyüdə yaşa dolmusan.
Daha bir ilini vurursan başa,       
Şairi baxışın gətirir cuşa.  
Növbəti ad günün mübarək olsun,              
Ömrünün son ucu çatsın yüz yaşa!
130
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə