173
Yaqub Məğrur
Vətən naminə
Sancılmazsa ox yad gözə,
Günahsız qan çıxar dizə.
Xəyanətə, şərəfsizə,
Balta çalan oğulsan sən.
Hörmətin var el mərdinə,
Nifrətin var namərdinə.
Loğman sayaq el dərdinə
Çarə qılan oğulsn sən.
Soruş sadiq dost halını,
Odla könül məlalını!
Şair İsa Şuşalını
Yada salan oğulsan sən.
CAN AT, ÖZÜN
Gör, oğul-qız toyunu,
Oxşa, nəvə boyunu!
Mərcanlının suyunu
İçməyə can at özün!
Bükülməz mərdin qolu,
Alqışı el sağolu,
Şərəfli həyat yolu
Keçməyə can at özün!
Ömür keçsə gözəl, şən,
Saça erkən düşməz dən.
Yağılara sən kəfən
Biçməyə can at özün!
Yaqub Məğrur, əzmin haqq,
And yerin ana torpaq.
Xalq qəlbə sığınacaq,
Seçməyə can at özün!
Qoyma, İsa qəm yeyə,
Qamətini dərd əyə!
Mərcanlıya getməyə,
Köçməyə can at özün!
İsa Şuşalı,
AYB-nin üzvü, şair-publisist
POEZIYA MƏBƏDI
Səmimi bir təbrikdir,
Yazdığım bu misralar.
Hər cümlədə, hər sözdə
Könül dolu sevinc var.
Hər il tale pilləsin
Məğrurlaşıb keçmisən.
Aşıb ömrün əllisin
Sən qəlblərə köçmüsən.
Keşməkeşli həyatın
Çağlayıb şəlaləsi.
Xəyalında yaranıb,
Qəlbin incə laləsi.
Altmış, yetmiş, səksən də,
Hətta yüz də gələcək.
Xoş iqbalın zirvədən
Üzümüzə güləcək.
174
Yaqub Məğrur
Vətən naminə
175
Yaqub Məğrur
Vətən naminə
Söyləyirəm ürəkdən,
Əbədisən, əbədi.
Yaratmısan sözlərdən
Poeziya məbədi.
Cəbrayal Fikrət,
AYB-nin üzvü, şair-publisist,
“Məktəb” qəzetinin baş redaktoru
ALTMIŞ YAŞIN
MÜBARƏK
Cəbrayılın bir qeyrətli oğlusan,
El-obanın hər işindən halısan.
Halal olsun qazandığın bu ad-san.
Arzuların, istəklərin gül-çiçək,
Altmış yaşın mübarəkdi, mübarək!
Əl açanın əllərindən tutursan,
Zəhmətinlə zirvələrə çatırsan.
Ömrün-günün keçməyibdi çox asan.
Hələ odlu-alovludu o ürək,
Altmış yaşın mübarəkdi, mübarək!
Canından da çox sevirsən vətəni,
O yurd-yuva düşündürür hey səni.
Həsrət şəkir saçlarına tay dəni.
Yoxdu qardaş, yurdu sevən sənitək,
Altmış yaşın mübarəkdi, mübarək!
Yaxşılıqdı hər, əməlin, hər işin,
Dəyişməyi heç bir zaman vərdişin.
Dostları ilə paylaş: |