Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə32/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   27   28   29   30   31   32   33   34   35

öldürülə  biləcəyini,  deməsə  isə  dərddən
öləcəyini  car  çəkməklə  möhtəşəm  bir  hicran
yanğısına malik olan, haray salan üsyankar bir
şairə rast gəldim.                                                                                                                                          
Sözün düzü, şairin digər şeirləri də eyni ruhda
yazılmış, dərin mənalı, məzmunlu mahiyyət kəsb
edir.                                                                                                                                                   
Şairin yaradıcılığında, əksər şeirlərində onun
rastlaşdığı anılmayan, duyulmayan, çözülməyən
Qarabağ dərdi bir qırmızı xətt kimi özünə keçid
tapsa da, bu şeirlərdə Allahdan ümidi üzməmək
əsas    məqam  kəsb  edir.  Şair  böyük  ümidlə
hesab edir ki, gec-tez Uca Allahın köməkiyi ilə
doğma  vətən  işğaldan  azad  olunacaq  və  öz
xoşbəxt çağlarına qayıdacaqdır.                                            
Kitabda Beynəlxalq Təşkilatlara Münasibətlər
də poetik duyğularla qələmə alınmışdır. Şairin
vətən, ata, ana, dost və s. haqqında olan şeirləri,
poetik düşüncələri, duyğuları özünəməxsusdur
və hesab edirəm ki, oxucular arasında müəllifə
müstəsna nüfuz qazandıra bilmişdir.                                     
Mən də digər dostlara qoşulub Yaqub Məğ -
ruru qazandığı uğurlar və qarşıdan gələn 60 illik
yubileyi münasibətilə ürəkdən təbrik edir və ona
yaradıcılıq  yollarında  daha  uca  zirvələr  fəth
etməyi arzulayıram.  
İsa Alıyev,
AMEA AHİ-nin sədri,                                                                                   
İqtisad elmləri doktoru, professor.
180
Yaqub Məğrur
Vətən naminə


181
Yaqub Məğrur
Vətən naminə
VƏTƏN HƏSRƏTLİ 
QƏLƏM DOSTUM
Yaqub Məğruru on ildən çoxdur ki, tanıyıram.
Hər dəfə yeni çap etdirdiyi şeirlər kitabını mənə
təqdim  edəndən  bir  həftə  sonra,  sözügedən
kitabın nəşri barədə yazdığım məqaləni dərc et-
dirdiyim  və  məsul  katibi  olduğum  “YENİ
NƏŞRLƏR”  kataloq  jurnalını  ona  verəndə
sevinə-sevinə deyir: -“Çox sağ ol, Rauf müəllim,
bir qonaqlıq məndə”.  
Süfrəsi  açıq,  vətənpərvər  şairdir  Yaqub
Məğrur. Doğulub boya-başa çatdığı və hazırda
işğal  altında  olan  Cəbrayıl  rayonunun  Böyük
Mərcanlı 
kəndinə 
yazdığı 
“MİN 
EVLİ
MƏRCANLIM, OY!..” poeması olduqca təsirlidir.
Hicran alovunda qıvrılan şair ata yurduna həsrət
qalıb.  Qarı  düşmən  şairin  doğulduğu  kəndini
dağıdıb, viran qoyub. Bütün bu iztirabları Yaqub
Məğrur elə təsirli sözlərlə ifadə etmişdir ki, hər
kəs onun şeirlərini həyəcansız oxumaya bilmir.
Neçə-neçə doğma və yaxınlarını vətən uğrunda
şəhid  vermiş Yaqub  Məğrur,  onların  ruhlarının
şad olması və ailə üzvlərinin təskinlik tapması,
eləcə də torpaqlarımızın işğaldan azad olunması
istiqamətində xalqımızın vətənpərvərlik ruhunun
yüksəlməsi naminə qələmini süngüyə çevirərək
yorulmadan döyüşə-döyüşə yazıb yaradır.   


182
Yaqub Məğrur
Vətən naminə
Yaqub  Məğrur  sözün  həqiqi  mənasında
cəsarətli  qələm  sahibidir.  Belə  ki,  o,  uzun
illərdir  ki,  “TƏHQİQAT”  adlı  ictimai-siyasi,
hüquq qəzetinin təsisçisi və baş redaktorudur.
Yəni ki, bir hüquq müdafiəçisi kimi də səmərəli
fəaliyyət  göstərir.  Ona  müracət  edən
vətəndaşlara  imkan  daxilində  hüquqi  yardım
edir. 
Yaxşı  yadımdadır,  2006-cı  il  idi.  Məmur
özbaşınalığı  ilə  bağlı  faktlara  söykənən  bir
tənqidi felyeton yazmışdım. Onu dərc elətdir -
mək üçün bir neçə qəzet redaktoruna mürüciət
etdim. Hamısı çap etməkdən qorxaraq imtina
etdi. Yaqub müəllim isə yazımı diqqətlə oxuyub
dərhal  dedi:  -“Belə  faktları  araşdırmaq  və
obyektivliyə söykənən yazıları dərc etdirmək
bizim  borcumuzdur”.  Bir  neçə  gündən  sonra
sözügedən  felyeton  qəzetdə  çap  olundu  və
geniş rezonans doğuraraq öz nəticəsini verdi.  
Qələm dostumuz haqqında çox yaza bilərəm.
Ancaq  bir  faktı  demək  kifayətdir  ki,  onu
tanıyanlar  və  eləcə  də  şeirlərini  və  publisistik
yazılarını oxuyanlar yuxarıdakı qeydlərimi görüb
təsdiqləyə bilərlər.    
Odur ki, Yaqub müəllimi qarşıdan gələn yubi-
leyi münasibətilə təbrik edir və bir bənd şeirlə
ona can sağlığı arzulayıram:                                                                                                                            


183
Yaqub Məğrur
Vətən naminə
Qubadlımız dərd əlindən alına,
Cəbrayılda nur ocağı qalana,     
El-obamda bir vağzalı çalına.      
Yaqub Məğrur Qarabağa yol sala,        
Bayrağımız Kirs dağında ucala!                
Qarabağlı, Zəngəzurlu günlərimizə qovuşmaq
həsrətiylə,       
Rauf İlyasoğlu,                   
Şair-publisist,      
“RESPUBLİKA” qəzetinin şöbə müdiri,     
”HƏKƏRİ” qəzetinin baş redaktoru,    
“GÜNAZ. AZ” portalının redaktoru,     
“QIZIL QƏLƏM” media mükafatı laureatı.


ARZULARI MİSRALARDA 
QALAN ŞAİR  
Üzümü  hörmətli  qələm  dostum  Yaqub
Məğrura tutub demək istəyirəm ki, bu gün hətta
sayını  belə  bilmədiyimiz  minlərlə  qəzetlər  və
onların 
bəzən 
əqidəsi 
bəlli 
olmayan
redaktorlarının içərisində vətəni sevən, üzərində
yaşadığı torpağın dəyərini bilən, yaradıcılığında
addımbaşı Qarabağı anan, ən xoş sözlərini, ən
ülvi  hisslərini  yurdla,  yurddaşlarla  bölüşən  bir
yazar kimi siz və rəhbərlik etdiyiniz “TƏHQİQAT”
qəzeti artıq uzun illərdir ki, gözümüzdə hər an
ucalır, qəlbimizdə özünüzə məxsus olan yeri tərk
etmirsiniz.                                                                          
Şeirlərinizdə həmişə Qarabağ həsrəti, gözəl
Cəbrayıl elinin yanğısı, yurda qovuşmaq niyyəti
hər sətirdən, hər bənddən bənövşə kimi boylanır
və təəssüf ki, hələ də arzularınız elə misralarda
da köklənib qalır.                                                                                                                                                         
Mən  sizi  adı  ilə  fəxr  etdiyim  bir  eloğlu,
vətənpərvər bir şair, haqq- ədaləti əlində çıraq
tutan zəngin mənəviyyatlı bir qələm sahibi kimi
neçə illərdir ki, tanıyır və hörmət edirəm.    
Təhqiq edib araşdırdığınız, üzə çıxardığınız
həqiqətlər  gerçək  həyatın  xoş  üzünü  bizlərə,
minlərlə 
sadə 
oxucularınıza 
açıq-aşkar
göstərməklə, Sizi gözümüzdə həmişə ucaltmış
və ucaltmaqdadır.                                                                                                                                    
184
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə