Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə31/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   27   28   29   30   31   32   33   34   35

Əvvəlki tək ləngərlidi yerişin.                                                                                       
Hər işinə dayaq olsun qoy fələk!                                                                                       
Altmış yaşın mübarəkdi, mübarək! 
Ürək odlu, kəsərlidi qələmin,                                                                                
Tək vətəndi bircə sənin dərd-qəmin.                                                                              
Yad əlində qalıb çölün, çəmənin,                                                                             
Kaş səninlə Mərcanlıda görüşək,                                                                             
Altmış yaşın mübarəkdi, mübarək
Əziz Musa,
AYB-nin üzvü, şair-publisist,
“ILHAM   ÇEŞMƏSİ” qəzetinin baş redaktoru
ÖTKƏM SÖZÜ VAR
Onun çox kəsərli, ötkəm sözü var,                                                                               
Yurdu Mərcanlıda qalan gözü var.                                                                                 
Ədəbi aləmdə qoru, közü var,                                                                                        
Gənclərə örnəkdi, məğrurdu, mərddi.  
Mən belə tanıdım Yaqub Məğruru,                                                                             
Var iti addımı, böyük uğuru.                                                                                          
Özünə məxsusdur onun qüruru,                                                                               
Bəzən çox yumşaqdı, bəzən də sərtdi.
Bayrağa çevirib məhəbbətini,                                                                               
Görüb çox sınağı, neçə çətini,                                                                         
Əzizləyən gördüm dogma Vətəni,                                                              
Qəribçilik ona ən böyük dərddi.
Məleykə Göyçəli,
şairə, publisist 
AYB-nin üzvü,  
“ƏSRİN ZİYALILARI” İB-nin sədri, 
176
Yaqub Məğrur
Vətən naminə


177
Yaqub Məğrur
Vətən naminə
NEQATİV HALLARA QARŞI
BARIŞMAZ
Tarixi  dönəmlərdə  ictimai-siyasi  aləmdə
demokratik  mühit  yarandığından,  mətbuatda
həmişə canlanma müşahidə olunmuşdur.
Hazırda  tərtib  etdiyim  “AZƏRBAYCAN
MƏTBUAT  SALNAMƏSİ”nin  materiallarından
göründüyü  kimi  Milli  Müstəqilliyimizin  bərpa
olunduğu  XX  əsrin  90-cı  illərindən  ötən  dövr
ərzində misli görünməmiş hadisələr baş vermiş,
saysız-hesabsız kitablar, qəzet və jurnallar nəşr
olunmuşdur. Məcazi mənada desək, yay fəslinin
aydın gecələrində göylərin məhvərini nura qərq
edən  kəhkəşan  kimi  ədəbiyyat  və  mətbuat
cəmiyyətimizin bütün sahələrinə nüfuz etmişdir.
Əlbəttə,  kəhkəşanda  hər  ulduzun  öz  yeri,  öz
parıltısı olduğu kimi, hər kitabın, qəzet-jurnalın
da 
xalqın 
həyatında, 
ictimai 
fikrin
formalaşmasında  tutduğu  mövqe  onu  bir-
birindən  fərqləndirir,  tarixdə  onun  uzun  ömür-
lülüyünü, şərəfli yerini müəyyən edir. 
Bu baxımdan yanaşanda on ildir ki, tanıdığım
Yaqub  Məğrur  müasir  ədəbiyyatımızda  və
mətbuatımızda keçdiyi çoxillik tarixi yolda özünü
doğrulda  bilmişdir.  Belə  ki,  ictimai-siyasi  və
hüquq problemləri ilə məşğul olmağı qarşısına
məqsəd  qoyan  dəyərli  yazarımız  istər  çapdan
çıxmış bədii əsərlərində, istərsə də rəhbərlik et-


diyi “TƏHQİQAT” qəzetində oxucuların rəğbətini
qazanan, sayılıb-seçilən, sevilən və günümüzün
canlı,  qaynar  hadisələrinin  tarixi  səhifələrini
yarada  bilmişdir.  Şübhəsiz  ki,  bu  uğuru
Y.Məğrurun intellekti, şairlik səviyyəsi, eləcə də
baş radaktor kimi jurnalistlik bacarığı və qəzetin
məramnaməsinə  uyğun  dövlətçilik  mövqeyi
qazandırmışdır.  Təsadüfi deyil ki, hər dəfə yeni
kitabı  çapdan  çıxanda  bir  nüsxəsini  hədiyyə
olaraq  mənə  təqdim  edən  Yaqub  Məğrur  və
onun yaradıcılığı barədə rəhbərlik etdiyim “RE-
SPUBLİKA” qəzetində məqalələr dərc etməklə
oxuculara məlumat vermişik.
İndiki zamanda informasiya bolluğu qəzetin
məziyyəti  sayılır,  müasir  həyatda  baş  verən
hadisələrin  geniş  əhatə  dairəsinə  nüfuz
etməsinə imkan verir. Bilirəm ki, “TƏHQİQAT”
qəzetində informasiya rəngarəngliyi geniş oxucu
kütləsinin marağı ilə qarşılanır. Bu, ilk növbədə
sözü  gedən    qəzetin  baş  yazarı  kimi  Y.
Məğrurun,  eləcə  də  onun  rəhbərlik  etdiyi
bacarıqlı yaradıcı kollektivin cəmiyyətimizdə baş
verən neqativ hallara, öz vəzifə borcunu unudan
məmurlara  və  xalqın  cibinə  girən  dələduzlara
qarşı barışmazlığının göstəricisidir. 
Odur  ki,  bu  məziyyətləri  ilə  bir  çox
yazarlarımızdan kəskin şəkildə fərqlənən dəyərli
qələm  dostumuz  Y.  Məğruru,  qarşıdan  gələn
altmış illik yubileyi münasibəti ilə ürəkdən təbrik
edir  və  ədəbi  mühitdə  daha  uca  zirvələr  fəth
178
Yaqub Məğrur
Vətən naminə


179
Yaqub Məğrur
Vətən naminə
etməyi, eləcə də mətbuatda özü seçdiyi bu çətin,
lakin  məsuliyyətli  yolda  sonadək  daşıyıcısı
olduğu ləqəbə uyğun əyilməzlik, qətiyyət, əzm və
iradə arzulayıram.  
Teymur Əhmədov,  
“RESPUBLİKA” qəzetinin baş redaktoru, 
filologiya elmləri doktoru, professor.  
DƏRDDƏN SINMAYAN 
MƏĞRUR ŞAİR                                               
Yaqub Məğrur “GƏLİRƏM, QARABAĞ!”
kitabını mənə hədiyyə edəndə, ona təşəkkürümü
bildirdim və adi bir kitab kimi alıb masamın sağ
tərəfinə qoydum. Lakin sonradan şeirlərlə tanış
olanda anladım ki, burada vətənimiz üçün, onun
dilbər guşəsi  Qarabağ üçün döyünən böyük ürək
sahibinə rast gəlmişəm. Az sonra isə gördüm ki,
şair “GÖZLƏ MƏNİ, CAN QARABAĞ!” şeirində
el-obaya istəyini poetik şəkildə tərənnüm etmiş
və bütün iç yanğısını bu və digər şeirlərdə əridə
bilmişdir.  Hətta  “DESƏM  ÖLDÜRƏLLƏR,
DEMƏSƏM ÖLLƏM” şeirində bu dərdin lazımi
ünvanlara çatdırıla bilinmədiyinin deyilməsi vacib
olan, lakin bunun heç cür mümkün olmadığı incə
məqamlara da toxunaraq, bu həqiqətlərin yur-
dunda  didərgin  olan  bir  qərib  tərəfindən  və
dərdinə dərman tapa bilmədiyi təbib olduğunu
desə  də,  bu  oyunda,  bu  qalmaqalda  bir  heçə,
hərifə çevrildiyini etiraf edərək həqiqətləri desə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə