Yaqub məĞrur vəTƏn namiNƏ Bakı


CƏBRAYILIN FACIƏLI TARİXİ



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə18/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

CƏBRAYILIN FACIƏLI TARİXİ
(RƏQƏMLƏRİN  YADDAŞI)  
Cəbrayıl  yer  üzünün  ən  qədim  mədəniyyət
mərkəzlərindən biridir. Bu ərazidə dünya memarlıq
sənətinin  bəzəyi  olan,  Azərbaycan  memarlıq
tarixində  özünəməxsus  yer  tutan  çoxlu  abidələr,
körpülər,  qalalar,  türbələr,  gümbəz  və  məscidlər
vardır.  Bu  gün  o  abidələr  erməni  vandalizminin
dünyada  anoloqu  olmayan  vəhşiliklərinə  şahidlik
edirlər.
E.ə. IV-III əsrlərdə Cəbrayıl əraziləri Pazkank və
Əhəristan mahalının tərkibinə daxil idi. E.ə. VII - IV
əsrlərdə  Cəbrayıl  ərazisi  Midiya  ,  IV-II  əsrlərdə
Əhəmənilər  imperiyasının  tərkibində  olub.  1171-
1186-cı illərdə Cəbrayıl Şəddadilərin, 1250-ci ildən
monqolların, 1387-ci ildən Teymurilərin, 1412-ci ildən
Qaraqoyunluların, 1478-ci ildən Ağqoyunluların və
nəhayət,  1501-ci  ildən  Səfəvilərin  tərkibində
olmuşdur.
1841-ci  ildə  Cəbrayıl  ərazisi  mərkəzi  Şamaxı
şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa
qəzasının tabeliyinə verilmişdir. 1873-cü il iyul ayının
1-də  Cəbrayıl  və  ona  qonşu  olan  indiki  Zəngilan,
Qubadlı, Füzulı əraziləri Şuşa qəzasının tabeliyindən
çıxarılıb  Yelizavetpol  (Gəncə)  quberniyasının
tərkibində  müstəqil  Cəbrayıl  qəzası  təşkil  edildi.
Mənbələrdə göstərilir ki, 1897-ci ilin məlumatlarına
görə  Cəbrayıl  qəzasının  sahəsi  66,3  min  kv.km,
əhalisi 66,360 min nəfər idi. Qəza indiki Cəbrayıl,
Füzuli, Qubadlı, Xocavənd və Zəngilan rayonlarının
ərazilərini əhatə edirdi.
1918-ci 
ildə 
Azərbaycan 
Demokratik
104
Yaqub Məğrur
Vətən naminə


105
Yaqub Məğrur
Vətən naminə
Respublikasının  Xarici  İşlər  Nazirliyi  rəsmi
bəyanatlarında  Gəncə  quberniyasının  Cavanşir,
Şuşa,  Cəbrayıl  və  Zəngəzur  qəzalarının  erməni
talanlarından  zərər  çəkməsini  və  ermənilərin
Qarabağdakı separatçı hərəkətlərini dəqiq faktlarla
göstərmişdi.
1918-ci ilin sonlarında ermənilər azərbaycanlılara
qarşı açıq silahlı mübarizəyə başladılar. Dekabrın 2-
də silahlı erməni bandası əvvəlcə Aşıq Məlikli kəndini,
sonra  isə  Xələfli  və  Şıxlar  kəndlərini  yandırmış,
əhalinin  əmlakıni  talan  etmiş,  mal-qarasını
aparmışlar. Dekabrın 18-də Sirik kəndi yandırılmış və
dağıdılmışdır. 1919-cu ilin qışında Dolanlar kəndinin
erməniləri Şıxlar kəndini yenidən dağıtmış və əhalinin
olub-qalan  əmlakını  qarət  etmişlər.  Mülkədərə
kəndinin  erməniləri  isə  Məlikli  kəndini  yandırmış,
əmlakını və mal-qarasını aparmışlar. 
Kəndlərin  yandırılması  azərbaycanlıların  öldü -
rülməsi və yaralanması ilə müşaiyət olunurdu. Belə
ki,  Axıllı  kəndində  iki  kişi,  üç  qadın  və  bir  uşaq
öldürülmüş,  Tatar  kəndində  bir  nəfər  yaralanmış,
Məzrə kəndində beş nəfər öldürülmüş, Sirik kəndində
11  kişi,  10  qadın,  14  uşaq  öldürülmüş,  2  kişi
yaralanmışdır...
Qəzalar  rayonlara  ayrılanda  bu  kəndlərin  bir
hissəsi Füzulinin, bir hissəsi Zəngilanın, bir hissəsi
Qubadlının və digər hissələri isə Cəbrayılın payına
düşmüşdür.  Cəbrayıl  qəzası  1929-cu  ildə  ləğv
edilmiş, Azərbaycan SSR-də Cəbrayıl inzibati rayonu
1930-cu ildə təşkil olunmuşdur. Sahəsi 1050 kv.km,
əhalisi 45,8 min (01.01.1987-ci il) nəfər olub. 1993-
cü ilin avqust ayının 23-də erməni-rus birləşmələri
tərəfindən işğal olunub.


Respublikamızın ərazi bütövlüyü və müstəqilliyi
uğrunda  gedən  döyüşlərdə  Cəbrayıl  rayonu
əhalisinin 371 nəfəri şəhid olmuşdur ki, onların da
137  nəfərini  hərbi  qulluqçular,  234  nəfərini  mülki
şəxslər, o cümlədən də 13 nəfərini azyaşlı uşaqlar
təşkil edir. Rayon üzrə Qarabağ müharibəsi əlillərinin
sayı 250 nəfərdir ki, onların da 223 nəfəri hərbi qul-
luqçulardan, 27 nəfəri isə mülki şəxslərdən ibarətdir.
Hərbi  əməliyyatlar  zamanı  91  nəfər  əsir  və  itkin
düşmüşdür ki, onların da 34 nəfəri hərbçilər, 57 nəfəri
mülki  şəxslər,  o  cümlədən  3  nəfəri  isə  onların
uşaqlarıdır. Əsirlikdən cəmi 7 nəfər qayıda bilmışdır
ki, onların da 2 nəfəri dünyasını dəyişmişdir. 8 nəfər
uşaq  hər  iki  valideynini,  207  nəfər  uşaq  isə
valideynlərindən birini itirmişdir.
İşğaldan öncə  Cəbrayıl rayonunun ərazisi 1050
kv. km, əhalisi isə 52604 nəfər olmuşdur. 01.06.2013-
cü  ilin  rəsmi  statistikasına  görə  16294  ailədən  və
67337 nəfərdən ibarət olan Cəbrayıl əhalisi ölkəmizin
54  şəhər  və    kənd  rayonlarında  məskunlaşmışlar.
Hazırda respublikamızın 2000-ə yaxın bu və digər
yaşayış məntəqələrində yaşayan Cəbrayıl əhalisinin
sayı 70000 nəfərə yaxındır.
İşğal  zamanı  Cəbrayıl  rayonunun  1  şəhəri,  4
qəsəbəsi, 92 kəndi, 1 peşə məktəbi, 14500 şagird
yeri olan 72 ümumtəhsil məktəbi, 8 xəstəxanası, 510
çarpayılıq 77 səhiyyə müəssisəsi, 2 muzeyi, 132 tar-
ixi abidəsi, 149 mədəniyyət ocağı, 886 ədəd ictimai
binası,  13147  ədəd  yaşayış  evi,  8  ədəd  sənaye
obyekti, 44 ədəd kənd təsərrüfatı obyekti, 990 km.
avtomobil yolu, 56 ədəd körpüsü, 95 km. içməli su
kəmərləri, 28 ədəd su anbarı, 1150 km. metal boru-
larla  çəkilmiş  suvarma  sistemləri,  32  ədəd  nasos
106
Yaqub Məğrur
Vətən naminə


107
Yaqub Məğrur
Vətən naminə
stansiyası, 118 ədəd kəhrizi, 381 km-dən ibarət 1460
ədəd  elektrik  xətləri  və  avadanlıqları,  85  km.  qaz
kəmərləri, 4480 ha meşə sahələri, 58568 ha əkin və
otlaq sahələri, 1077 ha şəxsi və 99 ha ictimai meyvə
ağacları, 5385 ha üzüm bağları, 135000 ədəd fərdi
əmlakı (mənzil-məişət əşyaları), 2400 ədəd şəxsi və
ictimai  nəqliyyat  vasitələri,  maşın  mexanizmləri  və
avadanlıqları,  11  ədəd  tikinti  müəssisəsi,  65  ədəd
rabitə obyekti, 26133 baş şəxsi və ictimai iri buynuzlu
mal-qarası, 53224 baş şəxsi və ictimai xırda buynuzlu
qoyun-keçi və davarı vəhşi düşmənin əlinə keçmişdir.
Rayonun B.Mərcanlı kəndindən olan biri 6, digəri
isə  2  nəfərlik(ana-bala)  ailənin  beşi  uşaq  olmaqla
bütün üzvləri şəhid olmuşdur.
Üç  kənddə  -  B.Mərcanlı,  Dağtumas  və  Doşulu
kəndlərində  üç  ailənin  hər  biri  3  şəhid  vermişdir.
Rayon üzrə hər iki ailə başçısını itirən şəhid ailələrinin
sayı  17-dir.  Rayon  üzrə  şəhid  qadınların  sayı  26
nəfərdir ki, onlardan da 11 nəfəri itkin düşmüş, 15
nəfəri şəhid olmuşdur.
Torpaqlarımızın  bütövlüyü  uğrunda  aparılan
müharibədə  6  nəfər  cəbrayıllı  Azərbaycanın  Milli
Qəhrəmanı adına layiq görülmüşdür...


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə