Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə15/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

87
Yaqub Məğrur
Vətən naminə
Hər bir qolun ortasında bükülməyə var dirsəyi,
Uclarında rahatlıqla əyilməyə diyircəyi.
Qoşa əllə insan edir, axtardığın ələk-vələk,
Ona ağır işlərində kömək edir güclü bilək.
Hər əlin var incələyən uzun-qısa beş barmağı,
Hərəsinin uclarında qaşınmağa var dırnağı.
Ürək bütün orqanları təmin edir al qan ilə, 
Dayanmadan fəaliyyət göstərir o, hər an ilə.
Nəfəs ilə titrəməklə avazlanır səs telləri,
Sözü dillə fərqləndirir, keçə-keçə fəsilləri.
Ağ ciyərin özü kimi vardır vacib vəzifəsi,
Orqanları oksigenlə təmin edir tər nəfəsi.
Bilinmir ki, damarlarla axan qanın kəmi nədir?
Çünki bütün orqanizmi dördgöz ürək təmin edir.
Qəlbdə dövran edən qanın süzgəcidir qara ciyər, 
Qanı çirkdən, viruslardan, dərd-bəladan təmizləyər.
Qara ciyər üzərində asılmışdır öd kisəsi,
Mədədəki qidaları əritməkdir vəzifəsi.
Qidaları ödəm ilə qarış-quruş edir mədə,
Bağırsağa nəql eləyir, o, növbəti mərhələdə. 
On iki qat bağırsaqda qida ilkin həzm edilir,
Yerdə qalan qarışıqlar aşağıya ötürülür...


...Qalan yağlar, vitaminlər, zülallar da həll edilir,
Qursaq ilə mayalanıb həzm-rabedən keçirilir...
...Mədə altı vəzdən yana yerləşməklə salıb zolaq, 
Qanda qalan çirkabları süzüb təmizləyir dalaq.
Həzmə isə köməyini edir mədə altı vəz də,
Qarışığı bağırsağa qəbul edir yüksək tərzdə.
Qidaların tərkibindən suyu süzür qoşa böyrək, 
Hətta dözür ləyənində kristallaşmış daşa böyrək.
Artıq maye axarlarla axır sidik kisəsinə,
Ordan sidik kanalıyla ifraz olur kəsəsinə.
Vücudun tən ortasında şaxələnir sağ-sol yançaq,
Aşağı yan ətrafların zirvəsində durur ancaq.
Yançaqlardan aşağıda yerləşib bud nahiyəsi,
Əzələnin qüvvəsiylə yaradır mat vahiməsi.
“Güc pələngin biləyində, pəhləvanın dizindədir”,
Qaməti düz saxlamağın sirri onun özündədir. 
Baldır sümük üzərində tarımlanmış bir əzadır,
Dizlə ayaq arasında güc ötürən bir bazadır.
Qoşa topuq var baldırın ayaq ilə arasında,
Elastiklik yaradır o, bu hissələr sırasında.
Bədənin bütün yükünü qüdrətiylə çəkir ayaq,
İnsanların vücuduna ömür boyu durur dayaq.
88
Yaqub Məğrur
Vətən naminə


89
Yaqub Məğrur
Vətən naminə
Daban insan bədəninin ən cənub son nöqtəsidir,
Aşağıdan dayaq duran axırıncı girdəsidir. 
Baş barmağı vardır qoşa ayaqların hərəsinin,
Sanki çəpər dayağıdır, ön ucunda pəncəsinin.
Yetmiş faiz maye-sudan ibarətdir bütün bədən, 
Orqanları mühafizə edir daş tək bərkiməkdən. 
Onurğanın, sümüklərin içlərində yatır ilik,
Beyinin bir hissəsitək funksiyaya çatır ilik.
Beyin daim qəbul edir siqnalları hənirlərlə,
Orqanlarda hərəkəti tənzimləyir sinirlərlə.
Əzələlər gətirirlər orqanları hərəkətə,
Əl-ayağı işlədərək yetirirlər bərəkətə.
Sümük bütün əzələnin daxildəki özəyidir,
Adamların qamətini şux saxlayan gözəyidir.
Sümüklərin yan-yörəsi bitişikdir qalın ətlə, 
Məhz onun sayəsində insan gəzir dəyanətlə.
Bədəninsə hər tərəfi örtülmüşdür dəri ilə,
Qoruyucu funksiyası daşıyır dərd-səri ilə.
Əsas qida mənbəyidir, ana döşü uşaq üçün, 
Onun qədər əvəzsiz bir nemət yoxdur yaşamaqçün.
Sinə düşmən qarşısında igidin son sipəridir,
Qəlbdə sevgi-məhəbbətin qoruyucu çəpəridir. 


90
Yaqub Məğrur
Vətən naminə
Orqanizmin ortasında qərar tutub yumru göbək, 
Ana bətnindəki dölün qida-nəfəs borusu tək...
...Prostat toxum mənbəyidir kişiliyin, irsiyyətin,
Təminatçı bazasıdır, onunla əks cinsiyyətin...
...Uşaqlıqsa anaların yaradıcı anbarıdır,
Dünyaya bəxş eylədiyi nəsillərin can barıdır.
Ana bətni mayasıyla təmin edir kəsirləri, 
Yeni-yeni cocuqlarla davamlayır nəsilləri.
İnsan cismi canlanılıb, xəlq eləyən Yaradanla,
Heç vaxt gözlə görünməyən, ondan olan ruhi-canla.
İnsan cismi haqda budur, bildiklərim, yazdıqlarım,
Kəlamlarla bələyərək rəsm etdiyim, yozduqlarım.
Yaqub Məğrur saydı yetmiş yeddi cürə orqan adı,
Onu nəzmə çəkməyinə təkan verdi təb inadı.


91
Yaqub Məğrur
Vətən naminə
ARTIQ TAMAH BAŞ YARAR  
Deyirlər ki, ucqar kənddə, bir ailə yaşayırmış,  
Kasıbçılıq ucbatından, ov ətiylə dolanırmış.
Bir gün kişi ov etməkçün, tüfəngiylə çıxdı yola,
Dağ başında qarşısına çıxdı qədim uçuq qala.
Havalar da isinmişdi, yeni gəlmiş yaz fəslində, 
Kişi bir az dincəlməkçün əyləşdi bir daş üstündə.
Bir az keçmiş o, eşitdi, qeyri – adi bir fit səsi, 
Ətrafına boylananda duydu xışıl hənirtisi.
Bir də gördü, nəhəng ilan durub onun qarşısında,
Sanki daim keşik çəkir, bu qalanın bağçasında.
Onu görcək kişi qorxub dərhal düşdü vahiməyə,  
Bilmədi ki, nə eyləsin, bu yol kəsən “sahibə”yə.  
Bir məsəli xatırladı, “ilana da lənət olsun!  
Onu görüb öldürməyən insana da lənət olsun!”
Ona görə bu ilanı öldürməyə qərar verdi, 
Tüfəngini götürərək, nişan alan hala girdi.
İlan dərhal qıvrılaraq, şaxə qalxıb göz zillədi, 
Sanki yazıq baxışlarla insandan imdad dilədi. 
Ovçu bunu görən kimi, vaz keçdi öz qərarından,  
Silahını yerə qoydu, qurtarmaqçün bezarından. 


Dedi, çıx get, ömür yaşa, ey Allahın  bəd heyvanı!
Bunu deyib tərk eləmək istədi ovçu oranı.  
Kişi gedən zaman yenə, ilan kəsdi qabağını,
Heç cür tərk edə bilmədi, bu təhlükə zolağını.
Ovçu dedi öz – özünə “sənə lənət, ay kor şeytan!  
Bu nə işdir mən düşmüşəm, dar olubdur mənə meydan. 
Niyə bunun axırına çıxmadım fit verən kimi? 
Gərək onu öldürərdim, mən ilk dəfə görən kimi.”
Qəzəblənən kişi yenə ətrafına nəzər saldı, 
Tüfəngiylə bu ilanı düz başından nişan aldı.
İlan yenə diqqət çəkdi, alabəzək naxışıyla,
Sanki onu ovsunladı, yalvarışlı baxışıyla.
Onun yazıq görkəmindən boşaldı insanın qolu,  
İlan yerdə sürünərək, qət eylədi sağı – solu.
Ovçunun da ürəyində baş qaldırdı dərin maraq,
“Bu nə olan işdir?” – deyə, durdu hissə qapılaraq.
Götür-qoy eyləyən zaman, bir söz keçdi xəyalından,
Ataların məsəli var, “qızıl üstə yatır ilan!”.
Bu fikrini əsas tutub, arxasınca getdi onun,
Səbr eləyib gözlədi ki, nə olacaq işin sonu?
Gördü ilan öncə girdi, yerə quylanmış “deşiyə”,
Bir az keçdi, o yenidən qayıdıb çıxdı “eşiyə”.
92
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə