Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə13/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

73
Yaqub Məğrur
Vətən naminə
BU QIZ
Tez-tez gəlir otağıma, deyib-gülür qara bu qız,
Zarafata salıb məni gətirir zinhara bu qız.
Süfrəmdən də qidalanıb gündən-günə şişmanlaşır,
“Öz payımı yedim” deyir, söz qaytarıb peşmanlaşır.
Qımışaraq göz altından edir bir işarə mənə,
Əllə verir dodağından busə dəmi-xarə mənə.
Gah deyir ki, nişanlıyam, gah da deyir tənha-təkəm, 
Duyuram ki, məqsədi var, mən öhdəmə onu çəkəm.
Ərz elədim, “gözəl xanım, axı dedin nişanlısan,
Mənlə tutmaz izdivacın, hərgah yetgin yaşındasan”.
Dedi, “gündə beş-on dəfə aldadıram nişanlımı,
Məgər hər küçədən keçən mənə heç yaraşandımı?
Cavanlıqdan başqa axı nəyi vardır bu yetimin,
Naz-qəmzəli tələbi çox, bax bu könül siqlətimin.
Nə olsun ki, çox yaşlısan, sən yatırsan ürəyimə, 
Bilirəm ki, pul-paranla çatacaqsan gərəyimə.
Boş-boş məsləhətlərinlə qulağımı maz eyləmə,
Ahıllığı önə çəkib, istəyimə naz eyləmə!
Qoy bir dəfə qulluğunda durum əla xidmətrimlə,
Alım sənin ürəyini əllərindən şəhvətimlə!”


Anladım ki, bu qız məni kartof kimi soyacaqdır,
Nişanlısı kimi çətin vəziyyətdə qoyacaqdır.
Qovdum onu otağımdan, duyub arsız niyyətini,
Yaqub Məğrur hiddətlənib yazdı səmimiyyətini.
APAR 
Deyəsən məni tərk edirsən, ay qız,
Götür, ürəyimi özündə apar!
De görüm, haraya gedirsən yalqız?
Giley-güzarımı sözündə apar!
Uyma, hər deyilən nağıla, mifə, 
Sındırma qəlbimi, yol vermə səhvə!
Getsən, heç olmasa sonuncu dəfə,
Nəzər-diqqətimi izində apar!
Əlvida söyləyib canımı alma, 
Mənim pak sevgimə biganə qalma! 
Sən Allah bu qədər insafsız olma,
Gizli öpüşümü üzündə apar!
Əldən buraxmaram sənintək gülü,
Qorun, yad baxışdan, üzə sal tülü! 
Əgər gedirsənsə, yandığım külü, 
Götür, qəlbindəki közündə apar!
Gözünü gizlədib yandırıb-yaxma,
Əğyarın riyakar sözünə baxma!
Sevdiyin Yaqubun sözündən çıxma,
Al, son baxışımı gözündə apar! 
74
Yaqub Məğrur
Vətən naminə


75
Yaqub Məğrur
Vətən naminə
TOXUNMA 
(Nəzirə)
Şəfa verib qaldır məni ayağa,         
Könlümdəki gözəlimə toxunma!     
Qoy çevrilim onun üçün dayağa,        
Könlümdəki gözəlimə toxunma!
Elə bil atıblar məni təndirə,
Boynumu salıblar, sanki kəndirə.
Ölüb dirilirəm gündə on kərə,
Könlümdəki gözəlimə toxunma!
Ürəyimi elə yar ki, ey həkim,
Sağalım, yarımın nazını çəkim!
Onun qəlb evində qoy saray tikim,
Könlümdəki gözəlimə toxunma!
Qəlbimdə yaşayır hələ arzular,
Yara toxunmasan, kamım fərz olar.
Əgər ki, əl vursan, inan, yar solar,
Könlümdəki gözəlimə toxunma!
İllərdir xoş gəlir o qız zövqümə,
Qoy gəlib qovuşsun bu pak sevgimə!
Sağalt ki, çevrilsin o yar zövcəmə,
Könlümdəki gözəlimə toxunma! 


GÖZƏLLİYƏ
Uca Tanrı bəxş eləyir, 
Həyatda yar hər kişiyə.
Ana layla bəstələyir, 
Körpəsiylə gər beşiyə.
Gözəlliksə bir ətadır,
İlahidən hər qadına.
Həyat boyu kişi çatır,
Xanımının imdadına.
Ötüşdükcə aylar, illər,
Ömür keçir özəlliyə.
Möcüzədir, nər kişilər,
Məğlub olur gözəlliyə.
OLAYDI
Sevgini əyləncə sayan kəslərin,
Barı qəlblərində vəfa olaydı.
Daim çağlasaydı təmiz hissləri,
Xəstə duyğulara şəfa olaydı.
Təki tez tapaydı hər kəs öz tayın, 
Sevib içəydilər sədaqət çayın.
Həyatda əbədi səadət payı,
Ömür yollarına səfa olaydı. 
Yarla izdivaca yarın girməsi,
Tale qismətinin barın dərməsi, 
Sevişə-sevişə ömür sürməsi,
Nanəcib əğyara cəfa olaydı...
76
Yaqub Məğrur
Vətən naminə


77
Yaqub Məğrur
Vətən naminə
QADAN ALIM 
(mahnı)
Hey qarşıma çıxırsan, 
Göz süzdürüb baxırsan.
Nə yandırıb yaxırsan?
NƏQARƏT (2)
Yaxın gəl, ey maralım,
Yarım ol, qadan alım!
* * *
Həyatımın leylacı, 
Dərdlərimin əlacı,
Gəl başımın ol tacı!
NƏQARƏT (2)
* * * 
Gözlərini süzmə sən,
Ürəyimi üzmə sən,
Məndən kənar gəzmə sən!
NƏQARƏT (2) 
* * *
Sevdiyimi bil, ay qız,
Gözlərini sil, ay qız,
Bir ürəkdən gül, ay qız! 
NƏQARƏT (2)
* * *


BAKI
Ey ana yurdumun dilbər guşəsi, 
Odlar diyarının baş kəndi Bakı!
Ulu babaların şahlıq türbəsi,
Qədim əmanəti, daş bəndi Bakı.
Qartala bənzəyən Azərbaycanın 
Günəş tək parlayıb gülən gözüsən.
Şəhərlər içində, gözəl dünyanın
Nəğməyə çevrilən şirin sözüsən.
Əbədi yaşarsan, mavi Xəzərin
Terrastək yüksələn qərb sahilində.
Gecələr qərq olur nura üzərin, 
Yerin bu ən böyük yaşıl gölündə.
Dəniz bir üzükdür, sən onun qaşı,
Elə bil, taxılıb “orta” barmağa.
Sanki Abşeron da qartalın başı,
Suya baş vurubdur, dalğa yarmağa. 
Sürətlə böyüdün son on üç ildə,
Sənə çox yaraşır göydələnlərin.
Ucaldı səmaya mavi sahildən,
Çatdı kosmosa da, hətta əllərin.
Neftinlə səs saldın bütün cahana,
Tökülüb gəldilər hərə bir paya.
Kəmərlə daşıyıb uzaq Ceyhana, 
Verdilər hamıdan çox Avropaya.
78
Yaqub Məğrur
Vətən naminə


79
Yaqub Məğrur
Vətən naminə
ŞİRVANŞAH SARAYI, gözəl İÇ ŞƏHƏR,
Qədim QIZ QALASI sənin simvolun. 
Keçmişlə indinin birgə vəhdəti 
Olsun gələcəyə üz tutan yolun.
Ey Yaqub Məğrurun qürur mənbəyi,
Sənsən millətimin paytaxt şəhəri.
Özümə borc bildim arzu etməyi,
Ol, xalqın əbədi zoşbəxt şəhəri!..
ONUN YARISINDA 
Bülbül gül üstə dİl açır,
Gül bülbülə könül açır.
Günəş ətrafa nur saçır,
Səhər onun yarısında.
Qarşılaşan salamlaşır,
Ordan-burdan kəlamlaşır.
Bəziləri doğmalaşır,
Səhər onun yarısında.
Ana duz atır aşına,
Sürmə çəkir qız, qaşına. 
Hamı gedir iş başına, 
Səhər onun yarısında.
Göz eyləyir oğlan qıza,
O da özün qoyur naza. 
Nömrələşir yaza-yaza, 
Səhər onun yarısında.


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə