Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə10/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

55
Yaqub Məğrur
Vətən naminə
VƏTƏN
Vətən, sənin başı qarlı dağlarına qurban olum,
Köhlən atı səyirtdiyim çağlarına qurban olum!
Vaxt var idi, yamaclarda qoyun-quzu otarardım,
Qaya üstdən boylanaraq segah-zabul oxuyardım.
Doğma Böyük Mərcanlıydı bölgənin ən böyük kəndi,
Düz iyirmi üç ildir ki, gedəmmirəm ora indi.
Gəyən düzü, Cüllab, Teştək, Araz boyu oylağımdı,
Ziyarətdağ, Tumas dağı, Qara qaya yaylağımdı.
Möcüzəydi qoz-fındıqlı Cənnət bağı Qara dərə,
Dincələrdim orda alma, əncir, üzüm dərə-dərə.
Dərələrin, təpələrin dolaylarından keçərdim,
Bumbuz “Çoban bulağı”ndan ovuc-ovuc su içərdim.
Gəzinərdim gül-çiçəkli göy çəməndə sola-sağa,
Su qıcısı, dağ yarpızı, kəklikotu yığa-yığa.
Qarı düşmən tamah salıb qızıl kimi dağ-daşına,
Dözmək olmur işğaldakı Qarabağın göz yaşına.
İstəyirəm tez qayıdaq cənnətməkan Cəbrayıla,
Gəlin çıxaq, Xan Çinarlı, Hacı Qaramanlı yola!
Vətən, sənin dünya boyda Türk dilinə qurban olum,
Həm şimallı, həm cənublu hər elinə qurban olum!


Vətənimdir, Ana yurdum, bütöv Böyük Azərbaycan,
Uf demədən verərəm mən öz canımı ona qurban.
Yaqub Məğrur hay səddini qələmiylə yarıb keçər,
Torpağına göz dikəni gözlərindən vurub keçər.
GÖRÜNÜR
Boylanıram Qarabağa, gözümə al-qan görünür,
Məzarlıqlar səmasında cismi ölmüş can görünür. 
Ana yurdum işğal olub, namusumuz tapdalanıb,
Qeyrətimiz od püskürür, yağı üçün son görünür.
Bir milyondan artıq insan həsrət qalıb doğma yurda,
Əsarətdə qalan torpaq susuzluqdan fon görünür. 
Cıdır düzü həsrət çəkir, boz atların çaparı yox,
Şuşa boyda o zirvədə ruhi-Pənah xan görünür.
Doğma yurddan köçkün düşüb, el-obayla Xarı Bülbül,
O yerlərdə yamaclarda bitən qanqal man görünür.
Qarı düşmən namərdliklə zərbə vurub arxamızdan, 
Azərbaycan əskərinə qisas alan an görünür.
Heç bilinmir nə olub ki, Avrasiya torpaqları, 
Bu anormal dığaların gözlərinə yan görünür?
Ermənilər tələ qurur hırıldaya-hırıldaya,
Baş tutmayır hiylələri, maska altda don görünür.
56
Yaqub Məğrur
Vətən naminə


57
Yaqub Məğrur
Vətən naminə
Qarğaları yol göstərir, qarıldaya-qarıldaya,
Erməninin arxasında duranları on görünür.
Yaqub Məğrur rica edir, gəlin dönək Qarabağa!
Doğma yurdu azad edək, çünki şərəf-şan görünür!
ÖLÜMƏ DƏ HAZIRAM MƏN
Bil, ey gözəllər gözəli, səni görüb süst oluram,
O İlahi baxışların qarşısında məst oluram.
Qəlbindəki təmizliyin qonub sənin ağ çöhrənə,
Mələk kimi hər dəqiqə salır məni öz sehrinə.
Görürsən ki, vurulmuşam sənin o şux camalına,
Arzum yalnız qovuşmaqdır, coşub-daşan amalına.
Heyfim gəlir, bu sevgimin qarşısında donmağına,
Ricam budur, istəyimi yığ məhəbbət sandığına!
Gör nə zaman gəlibdir ki, azaldıbdır qəmi Fələk,
Urcahıma çıxardıbdır, naz-qəmzəli huri-mələk.
Nəzərinə çatdırıram, naz etməyin bəsdir daha,
Sevgimizi birləşdirsək inan, gedər xoş Allaha.
Ürəyimin tələbini qələm ilə yazıram mən,
Məhəbbətin qarşısında ölümə də hazıram mən.
Yaqub Məğrur ömür boyu daim sadiq qalar sənə,
Həyatını həsr eləyər bu müqəddəs sevgisinə.


ZAMAN
Yer üzündə dayanmadan ora-bura gəzir zaman,
Kainatda öz yoluyla axarıyla süzür zaman.
Yaradanın insanlara bəxş etdiyi taleləri
Həyatda öz diqtəsiylə nizamlayıb düzür zaman.
Nadanları, yaltaqları, naqisləri, cahilləri, 
Haqq yoluna çəkmək üçün möhlət verib dözür zaman.
Satqınları, paxılları, alçaqları, xainləri,
Əməlinə uyğun gələn cəzasıyla əzir zaman.
Tamahkarın törətdiyi fəsadları, fitnələri,
Cəmiyyətə açmaq üçün öz içində çözür zaman.
Bu həyatda hər bir şeyin var zamana ehtiyacı,
Haqsızlığı tələsmədən qəfil əyir-büzür zaman.
Kim nə etsə özünə edir, düşünmədən nəticəni,
Günahkarı öz kökündən qoparmaqla üzür zaman.
Pis niyyətli insanların dözülməz istəklərini, 
Cərgə-cərgə sıralayıb yavaş-yavaş pozur zaman.
İlahiyə asi çıxan şeytanın bəd əməlini
Araşdırır, son ucunda daha dəqiq yozur zaman.
Yaqub Məğrur qələmiylə yüngüllədir dərd-sərini,
Onun yurda həsrətini tarixlərə yazır zaman.
58
Yaqub Məğrur
Vətən naminə


59
Yaqub Məğrur
Vətən naminə
ÖMRÜN ONLUQLARI
Yaradandan bəxş edilib hər insana ömür yolu,
Bu səhnəni bölüşməkdə var hər kəsin səmir rolu.
Həyatımız bürünsə də həm sevincə, həm qüssəyə,
Bölünmüşdür daş-kəsəkli, keşməkeşli on hissəyə.
On yaş adəm övladının bir uşaqlıq çağlarıdır,
Sonra gələn beş-altı il yetkinliyin bağlarıdır.
İyirmi yaş igidliyin, cəsurluğun... sarvanıdır,
Yurd uğrunda qılınc çalan qəhrəmanlıq dövranıdır.
Otuz yaşda toppuz kimi durur yurdun mərkəzində,
Kimliyini təsdiq edir cəmiyyətin cərgəsində.
Qırx yaşında qıtlıq olur, qənaətcil olmalısan,
Qızlarına cehiz verib, ərə yola salmalısan.
Əlli yaşda bəlli olur, ömrü necə yaşamısan,
Tale yükün bu zirvəyə hardan-hara daşımısan.
Altmışadək övladları sən yerbəyer eyləyirsən,
Ondan sonra “atılmış” tək öz-özünə söylənirsən.
Yetmiş yaşda yetişirsən, ağac üstə bar-bəhər tək,
Müdrikləşib nur saçırsan, ətrafına sübh-səhər tək.
Səksən ildə sərsəmliyə çatır sənin qədəmlərin,
Bu yaşda da açammırsan çox sirlərin sitəmlərin.


Elə ki, bir qonaq kimi həyatına gəldi doxsan,
Artıq belə hesab et ki, bu dünyada bir gün yoxsan!
Nəhayət ki, gedib çatsa ömür yolun birdən yüzə,
Qalmaz əsər-əlamətin, çevrilərsən yernən düzə.
Neçə-neçə sənətkarın min cür gözəl kəlamı var,
Nə yaxşı ki, bu həyatın o dünyada davamı var.
Yaqub Məğrur ərz elədi, sizə həyat savaşından,
Qoy heç bir kəs çıxarmasın, bu hikməti yaddaşından!
TANRI BİZİ BAĞIŞLAMAZ
(yeni variantda)
Zalım fələk sınaq edir, xalqımızı sağ-solundan,
İllər bir-bir ötüb gedir, torpaqların işğalından.
İyirmi üç il qalıb darda, inildəyir Cəbrayılım,
İstəyirəm doğma yurdu azad edim, ər sayılım.
Xəritəmdən qopan yarpaq millətimi oyadarmı?
Qanla əldən gedən torpaq sülhlə geri qayıdarmı?
Qarabağı əsarətdə qoyub getsək bu dünyadan,
Bağışlarmı qiyamətdə, Allah bizi o dünyada?
Olmarıqsa qisas günü doğma yurdun gorgahında,
Bağışlamaz səni, məni, Tanrı uca dərgahında. 
60
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə