Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə12/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

67
Yaqub Məğrur
Vətən naminə
Söz həyata keçəndə cümlə tabe edəndir,
Fani dünya yedəkdə söz dalınca gedəndir.
Sözdür edən adamı namərd, rəzil, vayqanlı,
Söz eyləyər insanı comərd, igid, vicdanlı. 
Sözlə hörmət qazanır, həyatda mərd olanlar,
Təzadlardan yaranır həqiqətlər, yalanlar.
Qüdrətli söz yaranır, söykənəndə ağıla, 
Kəlmə-kəlmə deyilir, söz çevrilir nağıla.
Yaranışdan olubdur, şüur sözün anası, 
Aləmi xırıd edən dilsə olub atası.
Deyilən hər bir sözün yoxsa əgər kəsəri, 
Gönü qalın adama olmaz heç bir təsiri.
Qəlbən aqil olanın sözü tükdən asılmaz, 
Siyasətcil xaqanın ordusu heç basılmaz.
Haqq nahaqqa inanıb reallığı itirməz,
Doğru sözü yalanın heç vaxt gözü götürməz.
Yığsan haqsız sözləri tərəzinin gözünə,
Çata bilməz nahaqlar Haqqın bircə düzünə.
Nahaqqın min sifəti, Haqqın bircə üzü var,
Yalanların önündə əyilməyən dizi var.
İnsan söz ümmanıdır, dili kəlmə tutanda,
Tərk edər gümanını, ömür başa çatanda.


Ölüm necə yerləşir, qaşla göz arasına?
Görəsən nə məlhəmdir, ağır söz yarasına?
Ölüm alın yazısı, bəndə üçün son andır, 
Ağır söz yarasının məlhəmiysə zamandır!
MƏKTUB
(AYB-nin  sədri,  xalq  yazıçısı  cənab  Anar Rzayevə)
Fikirləşib qələm-kağız götürürəm hər əlimə,              
Öncə salam söyləyirəm, müdrik Anar müəllimə.
Ərz edirəm qulluğuna, deyirəm “ey böyük yazar, 
Bilirsiz ki, yaxşılaşıb ölkəmizdə hər gün-güzar.
Ancaq  tək-tək  çatışmazlıq  vardır  bəzi  sahələrdə,
Təəssüf ki, biganədir bu faktlara dahilər də.
Nəzərizə çatdırıram, bu hallardan birisini,
Həm də rica edirəm ki, dinləyəsiz gerisini.
Səkkiz ildir, ərizəmlə Sizdən xahiş eyləmişəm,
Yazıçılar Birliyinə üzv olmağı istəmişəm.
Daim xoş söz ərz etmişəm, sizin şərəf-şanınıza,
Dörd-beş kitab bəxş etmişəm, hətta dəftərxananıza.
Bu vaxtadək çox kitablar müəllifi olmuşam mən,
AYB-yə üzv olmaqçün intizarda qalmışam mən.
İstəmirəm yaza-yaza bir pillədə oturam mən,
Onilliklər keçib, artıq altmış yaşa çatıram mən.
68
Yaqub Məğrur
Vətən naminə


69
Yaqub Məğrur
Vətən naminə
Əsaslanıb zəmanətlər verənlərin dörd rəyinə,
Ricam: məni qəbul edin, Yazıçılar Birliyinə!
Yaqub Məğrur əvvəlcədən minnətdarlıq edir Sizə,
Arzum budur, xeyirxahlar gəlməsinlər əsla gözə!              
KITAB
“Kitab bilik mənbəyidir”- deyib ulu babalarım,
Həyatımda çox olubdur, elm uğrunda çabalarım.
Dostlarıma çəkinmədən ərz edirəm xitab ilə,
Həyatda nə qazandımsa, qazandım mən kitab ilə.
Var “ƏXLAQİ NASİRİ” tək ilk kitabı millətimin,
İşıq saçan fənəridir, qaranlıqda zillətimin.
“DƏDƏ QORQUD” dastanısa kimliyidir xalqımızın,
Həm istiqlal, həm bütövlük, müstəqillik haqqımızın.
Kitab deyir, var həyatın dörd ünsürü - su, od, yel, yer, 
Təbiət bu ünsürlərlə dövran sürür, var - gəl edir.
Sudan, oddan, yerdən, yeldən qidalanır canlanaraq,
Bar yetirir, yedizdirir, canlıları ana torpaq.
Günəş çıxır, Yer fırlanır, yavaş-yavaş keçir zaman,
Adəm-Həvva övladıyçün yaratmağa artır güman.
Kitablardan öyrənmişik ləyaqətlə yaşamağı, 
Doğma yurdu qorumağı, el yükünü daşımağı.


70
Yaqub Məğrur
Vətən naminə
Kitablardan öyrənmişik kamilliyi, aqilliyi,
Məhəbbəti, sədaqəti, ədaləti, adilliyi.
Kitablarda yazılıb ki, biz olmuşuq Od, Ər, Bəy, Xan,
Qoy birləşib zəfər çalsın, yenə Bütöv Azərbaycan! 
Mən də yazıb yaradarkən, uca tutdum müəllimi,
Qiraətlə oldum, artıq yeddi kitab müəllifi.
Hər birisi bir mənəvi övladımdır bu kitablar,
Oxucuda Haqq-ədalət duyğuları yaradıblar.
Yaqub Məğrur bir tövsiyə edir, gənclər ordusuna,
Yalnız kitab oxumaqla, insan çatar arzusuna.


71
Yaqub Məğrur
Vətən naminə
PAPAQ
Papaq cəsur millətimin namusudu, qeyrətidi, 
Xalqımızı istəməyən qüvvələrin heyrətidi.
Gəzdirilir özlərini kişi sayan hər bir başda,
Hətta vüqar rəmzi olur, təəssübkeş erkən yaşda.
Ömrü boyu papaq olub kişilərin yaraşığı,
Kölgəsindən süzülübdü çöhrəsinin gur işığı.
Ailənin şahı olan kişilərin baş tacıdı,
Papaq qoyan mərd ərənlər el-obanın əlacıdı.
O da var ki, gümüşü papaq yaraşmayır hər kişiyə,
Zinət verir vətənpərvər, yurdu sevən nər kişiyə.
Yalnız əsil kişilərin var papağa sayğıları, 
Papaq qədri bilən ərlər həll eləyir qayğıları.
Hər zər tutan oyunçunun atdığının şeşi olmaz.
Papağına pul toplayan dilənçidən kişi olmaz,
Ar-namusu, ər qeyrəti tapdalanan dağlar oğlu,
Papağını çırpar yerə, hönkür-hönkür ağlar oğlu.
Əsil papaq sahibləri xalqımızın örnəyidir,
Azərbaycan türklərinin milli qürur mənbəyidir.
Hərgah papaq gəzdirən şəxs harda isə məğlub olsa,
Yaqub çatar imdadına, əgər o da məğrur olsa. 


ZƏNGİNLƏŞƏR ŞEİRİYYAT
Xalqın ümdə arzusudur, canda olsun sağlam niyyət,
Dost dostunu darda qoymaz, qəlbdə olsa səmimiyyət.
İki gəncin ürəyində yaranarsa saf məhəbbət,
Xoşbəxtliyə yol açılar, bolluq olar bar-bərəkət.
Əgər bir gənc elan etsə, bir gözələ talibiyyət,
Yalnız sevib-sevilməklə əldə edər qalibiyyət.
Xanımların əxlaqında yetişərsə ləyaqəti,
Qazanarlar kişilərin qəlblərində sədaqəti.
Hər kim yaxşı qiymət versə imkansızın xidmətinə, 
Bu yaxşılıq çıxar onun övladının qismətinə.
İnsanların canda-qanda varsa əgər qətiyyəti,
Tanrı verər ruzisini, yaxşılaşar maddiyyəti.
Adəm oğlu tamah salsa mal-dövlətə, var-sərvətə,
El içində çata bilməz, nə şöhrətə, nə hörmətə.
Hərgah kimsə layiqli yer tuta bilsə cəmiyyətdə,
Nə rəisdən, nə məmurdan geri qalmaz şəxsiyyətdə.
Bir nəsnənin digərindən yaxşı olsa keyfiyyəti, 
Gəlir əldə olunanda, üstələyər kəmiyyəti.
Yaqub, yaxşı şeir yazsan, zənginləşər şeiriyyat,
Səviyyəli əsərlərlə genişlənər ədəbiyyat.
72
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə