Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə19/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

108
Yaqub Məğrur
Vətən naminə
NOVRUZ BAYRAMI
(Bu bayram təbriki İTV kanalı ilə yayımlanmışdır)
Bəşəriyyətin Yer kürəsində təşəkkül tapmasından
bəri, müxtəlif xalqların müasir dövrümüzə gəlib çatan
bir çox adət-ənənələri var ki, indi də vaxtaşırı geniş
qeyd  olunur.  Qoca  tarixin  süzgəclərindən  süzülə-
süzülə  gəlib  zəmanəmizin  indiki  çağına  yetən  və
müsəlman dünyasında hər il xüsusi coşqu və təntənə
ilə qeyd edilən Novruz Bayramı da sözügedən adət-
ənənələrdən biridir. Fəsillərin tacı olan Yazın gəlişinin
və  təbiətin  oyanışının  müşaiyətilə  hər  ilimizə  eyni
vaxtda qədəm qoyan və məhz bu səbəbdən həm də
Bahar 
bayramı 
adlanan 
Novruzun 
əsas
atributlarından birinin od olması və mərasimin tonqal
ətrafında  keçirilməsi,  onun  atəşpərəstlikdən
qaynaqlandığını  deməyə  əsas  verir.  Su(Ab),  Od
(Ocaq), Yel (Hava) və Torpaq (Yer) çərşənbələrinin
tarixin  müxtəlif  dönəmlərində  özünə  uyğun  bu  və
digər  adlarla  adlandırılması  da,  sözügedən  arqu-
mentin təsdiqi kimi qəbul edilə bilər. Üstəlik Novruzun
keçirildiyi gündə gecə ilə gündüzün bərabərləşməsi,
həmçinin də illərin dəyişildiyi günün Zaman bayramı
- yəni Yeni il bayramı kimi qeyd edilməsi, onun xrist-
ian  dünyasının  Yeni  il  bayramından  çox-çox
qədimliyinin göstəricisidir. Yəqindir ki, İslam dini daha
çox  humanizm  prinsiplərinə  əsaslandığına  görə,
ondan öncə mövcud olmuş münasib adət-ənənələri,
o cümlədən də Novruz Bayramını qoruyub saxlamış
və inkişaf etdirmişdir  
Əsas  odur  ki,  gözəllik,  məhəbbət,  mərhəmət,
səxavət, təravət, ruzi-bərəkət, çal-çağır və həmrəylik


109
Yaqub Məğrur
Vətən naminə
rəmzi  olan  Novruz  Bayramı  mövcudluğunu  daha
geniş  təmtəraqla indi də davam etdirir. Və bu gün biz
də  sözügedən  təntənəli  mərasimlərdən  birinin
iştirakçılarıyıq. Odur ki, mən fürsətdən istifadə edib
bütün  xalqımızı  Novruz  Bayramı  münasibətilə
ürəkdən təbrik edir, illər qovuşuğunda həllini gözləyən
problemləriniz tarixə qovuşsun! - deyirəm. Millətimizin
hər bir nümayəndəsinə isə can sağlığı, xoşbəxtlik,
ailə  səadəti,  ruzi-bərəkət  bolluğu,  xalqımızın
həmrəyliyində  pay  sahibi  olmağı  və  növbəti
bayramlarımızı  doğma  Qarabağda  keçirməyi
arzulayıram.
Sonda isə istərdim ki, Novruz Bayramının yurdu-
muza qoyduğu mübarək qədəmləri poeziyanın dili ilə
vəsf edim:
Nur saçaraq aləmə, 
Gülür Novruz Bayramı.
Xonça alıb əlinə,
Gəlir Novruz Bayramı.
Onun rəmzi səməni,
Çiçəkləyir çəməni.
Aşıb dağı, dərəni,
Gəlir Novruz Bayramı.
Dolu səbət əlində,
Xoş kəlməsi dilində,
Bir kəhər at belində,
Gəlir Novruz Bayramı.


Tar-qavalla, saz ilə,
Şirni, fındıq, qoz ilə,
Bahar adlı qız ilə,
Gəlir Novruz Bayramı.
Xurma qatır aşına,
Noğul səpir başına.
Sürmə çəkir qaşına,
Gəlir Novruz Bayramı.
Sandığında şan balı,
Kabab dolu manqalı.
Çata-çata tonqalı,
Gəlir Novruz Bayramı.
Yağışlar yağa-yağa,
Gün çıxır sola-sağa.
Can verməyə torpağa
Gəlir Novruz Bayramı.
Gül qovuşur bülbülə,
Cocuqlar gəlir dilə.
Çöhrəsi gülə-gülə
Gəlir Novruz Bayramı.
Yazla gəlir saf hava,
Şəkərbura, paxlava.
Çilləni sova-sova 
Gəlir Novruz Bayramı.
Yumurta al qırmızı,
Bulaq dolu yarpızı,
110
Yaqub Məğrur
Vətən naminə


111
Yaqub Məğrur
Vətən naminə
Əridərək xar buzu,
Gəlir Novruz Bayramı.
Fişəngi parthapartda,
Tonqalı çarthaçartda,
Hər iyirmi bir martda
Gəlir Novruz Bayramı.
Şairləri deyişir,
Cəsurları döyüşür.
Qışı Yaza dəyişir,
Gəlir Novruz Bayramı.
Meyxanayla, qəzəllə,
Kosa adlı dəcəllə,
Kəndirbazla, keçəllə,
Gəlir Novruz Bayramı.
Soraq verir Azıxdan,
Səsi gəlir uzaqdan.
Keçib qışdan, sazaqdan,
Gəlir Novruz Bayramı.  


SEVINCLƏ  SONUCLANMIŞ  
BƏD  XƏBƏR                                                           
Bir  gün  avtomobillə  yol  gedərkən,  jurnalist
həmkarlarımdan biri mobil telefonuma zəng vurub,
sənətinə  və  şəxsiyyətinə  hörmət  bəslədiyim  xalq
artisti  Arif  Quliyevin  dünyasını  dəyişdiyini  bildirdi.
Özümdən  asılı  olmayaraq  avtomobili  saxladım.
Cəmisi  üç-dörd  gün  öncə  bir  məclisdə  bərabər
olduğum  və  çox  gümrah  gördüyüm Arif  müəllimin
dünyasını nədən belə tez dəyişməsi barədə bir xeyli
düşünüb heyfsiləndim. 
Birdən  ağlıma  gəldiyi  kimi  Arifə  zəng  etdim.
“Eşidirəm, qardaş!”- deyə dərhal cavab verən Arifin
özünəməxsus səsi məni çox sevindirdi. Ancaq  ona
eşitdiyim  bəd  xəbər  haqqında  heç  nə  demədim.
Sadəcə hal-əhval tutub sağollaşdım. Ancaq yol boyu,
sevinclə sonuclanmış bu bəd xəbər xəyallar aləmindən
ayrılmağıma  imkan  vermədi.  İlham  Pərilərim  isə
qəlbimə dolub bu şeirin yaranmasına səbəb oldu:                                                
Sənin hər çıxışın məzədi, məzə,                                                                                                         
Xalqı güldürürsən, yumorla Arif!                                                                                   
Elə gözəl məna verirsən sözə,                                                                                
Dilində çəkdiyin tumarla Arif!
Efirdə görmüşəm ağlamağını,                                                                             
Yetim tək sinələr dağlamağını.                                                                                    
İstərəm həmişə çağlamağını,                                                                                             
Bir dərd-sərini də hamarla, Arif!
Səni özlərinin övladı sanan,                                                                                        
On atan çıxıbdı, iyirmi anan.                                                                             
112
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə