Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə24/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

Şirin dillə tovlayır,
Tamahkarı kələkbaz.            
(Pulgir Rəhimsiz)                        
* * *
Yükü olsa da ağır,    
Ruhundadı çal-çağır.
Dostlarını görəndə,  
Üzündən sevinc yağır.         
(Ramin Biləsuvarlı)              
* * *
Ədalətli olur o,
Çox vaxt haqlı olur o.     
Çətin gündə dostların,
Qayğısına qalır o.                  
(Pərviz Biləsuvarlı)                      
* * *
Arağı su sanır o,      
Az içəndə yanır o.   
Əhvalını soruşsan,                        
Vurmağını danır o.                
(Şərabqulu Kefikök)
* * *
Düz ad deyil gədəbəy,
Qaz yerişli, həm də səy.
Özü müdir olsa da,
Nə ağadır, nə də bəy.           
(Dığasəy Polisli)                   
138
Yaqub Məğrur
Vətən naminə


139
Yaqub Məğrur
Vətən naminə
* * *
Kişi qorxmaz hədədən,
Əhval qalxar mədədən.
Görən, milyon verilsə,
Bəy olarmı gədədən?            
(Qarabala Şərəfiyox)     
* * *
Böhtan ataraq kəsir,
Haqqın yolunu qəsdən.   
Susdurmaqçün hər kəsi,     
Keçirir şəxsi “test”dən.         
(Xəstə Şəratanlı)
* * *
Biclik olub rişəsi,
Yaranmaqdır nəşəsi.
Rəisin kölgəsində,
Yaltaqlıqdır peşəsi.                
(Qunduz Axşamzadə)             
* * *
Ağzında yal gəzdirir,
Belində mal gəzdirir.
Əllərində aftafa,          
Sabun, dəsmal gəzdirir.         
(Tulabaş Dilənçisoy)
* * *
Ustaddan dərs alıb o,
Qayğılara qalıb o.


Saxtakarı qələmlə, 
Vəlvələyə salıb o.                   
(Kamal Mirzə)     
* * *
Vəzifəli bir azər,           
Əmr verdi sərasər.
Müftə yeməkdən oldu,       
Eni-boyu bərabər.                   
(Armudqulu Ayıyeyənlı)           
* * *
O, bənzəmir liderə,
Qiymət vermir qədirə.
Təmənna hesabına,
Çevrilibdi müdirə.                  
(Malidə Həsənli)              
* * *
Elmi həddən ziyada,
Ellər gəzir piyada.
Qırx beş yaşı olsa da, 
Subaydır bu dünyada.           
(Şakir Əlifoğlu)       
* * *
Xəyallarda süzəndi,
Qələmiylə gəzəndi.                         
Soruşsanız kimdir o,  
Sıraya söz düzəndi.               
(Nazim Tapdıqoğlu)                    
140
Yaqub Məğrur
Vətən naminə


141
Yaqub Məğrur
Vətən naminə
* * *
Sevgi gəzir yuxuda,   
Hərdən görür Nuhu da.     
Əlli yaşda çürüyür,      
Subaylıqda ruhu da.               
(Ehtiyat Tədbirli)                   
* * *
Fırıldaqda tayı yox,  
Qurbanının sayı çox. 
Lap yekəpər olsa da,    
İnsanlıqda payı yox.                  
(Sapalan Məmməşli)     
* * *
Ona-buna atandı,     
Məqsədinə çatandı.
Bircə kilo fındığa,         
Ətrafını satandı.                   
(Yafiq Tirimoğlu)    
* * *
Şeytanlıq idi işi,      
Natəmizdi keçmişi. 
Cinsi kişi olsa da,
Heç kim saymayıb kişi.          
(Barak Dərdili)                  
* * *
Özün saldı nəzərə,           
Ki, hiyləsi közərə.      


Allah lənət eylədi,     
Saxta dindar Azərə.              
(Tazər Allahsız)                       
* * *
Özü gombul, səsi cır, 
Sanki molla-qazıdır.    
Bircə qarın yeməyə,                        
Can verməyə razıdır.             
(Yafiz Qarınqulu)                        
* * *
Burnu uzun, pelədi,
Sümbül qıran dələdi.                  
Bir keçi qiymətinə,            
Dostu satan kölədi.                
(Lülə Yezidqızı)                         
* * *
Qane olmadı aza, 
Düçar oldu bir “paz”a.  
Tamahı ucbatından,  
Özü getdi güdaza.                   
(Acgöz Pulsevən)                      
* * *
Yaxşı nəmər salandı,
Dost qeydinə qalandı.    
Onun haqda deyilmiş,    
Söz-söhbətlər yalandı.          
(Mehriban Heydərli)              
142
Yaqub Məğrur
Vətən naminə


143
Yaqub Məğrur
Vətən naminə
* * *
Vardır yüksək ədası,                         
Canlar alır qadası. 
Ona söz demək olmur,       
Ucadı səs-sədası.                   
(Məlahət Matanlı) 
* * *
Yandırır naz-qəmzəsi,                     
Vardır incə-bəm səsi.  
Onu qıcıqlandırır,       
Riyakarlar dəstəsi.                  
(Nara Narxanım)                     
* * *
Mahnı bəstələyir o,       
Çiçək dəstələyir o.    
Ona nəsə deyəndə, 
Səslə üstələyir o.                   
(Höcət Əlibəyli)            
* * *
Poçt işini biləndi,    
Daim kara gələndi.     
Dəyərli fikirləri,  
Yazarlarla böləndi.               
(Lətifə Poçtalı)                
* * *
O, itirmir haqları,     
Rədd edir nifaqları.   


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə