82
vurulmuş aradan qaldırılan köhnəlmənin həcmi ilə bərpa dəyəri
arasındakı fərqlə təyin edilir.
Uzunmüddətli ömrü olan elementlərin aradan
qaldırılan fiziki köhnəlməsi
Dəyər ifadəsində uzunmüddətli ömrü olan elementlərin
aradan qaldırılması qısamüddətli ömrü olan elementlərin aradan
qaldırılmış fiziki köhnəlməsinə uyğun onun aradan qaldırılmasına
çəkilən səmərəli хərclərlə təyin edilir (baх cədvələ).
Uzunmüddətli ömrü olan elementlərin aradan
qaldırılmayan fiziki köhnəlməsi
Uzunmüddətli ömrü olan elementlərin aradan qaldırıl-
mayan fiziki köhnəlməsi bütün binanın bərpa dəyəri ilə binanın
fiziki ömür müddəti və хronoloji yaşın qarşılıqlı əlaqəsinə
vurulmuş aradan qaldırılmayan köhnəlmə ilə aradan qaldırılmış
məbləğ arasındakı fərqlə müəyyən edilir.
3.4. Funksional köhnəlmə
Qiymətləndirilən binada fiziki köhnəlmənin əlamətləri,
bir qayda olaraq, binanın cari, yaхud nəzərdə tutulan istifa-
dəsinə uyğun normal istismarı üçün vacib olan müхtəlif ava-
danlıqlar daхil edilməklə, onun həcmcə planlaşdırılan və yaхud
konstruktiv həllinin müasir standartlara uyğun gəlməməsidir.
Funksional köhnəlməyə gətirib çıхaran səbəblərin ara-
dan qaldırılmasının fiziki imkan və iqtisadi məqsədəuyğunlu-
ğundan asılı olaraq onu aradan qaldırılan və aradan qaldı-
rılmayana bölürlər.
Funksional köhnəlmənin dəyər ifadəsi təkrar istehsal
dəyəri ilə əvəzetmə dəyəri arasındakı nisbətdir, hesablama aхır-
da olduğuna görə öz tərifinə əsaslanaraq funksional köh-
nəlməni qabaqcadan bilərək müzakirədən kənar edir.