Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə178/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   174   175   176   177   178   179   180   181   ...   189

586 

 

Yazıçılar  Birliyi  və  onun  rəhbəri  Anar  müəllimin  tərəfində  dayandıq.  Hesab  edirəm  ki, 



səhv etmədik. Əgər Anar orada olmasaydı, Yazıçılar Birliyinin indiki statusu, vəziyyəti də 

olmazdı, bir qurum kimi çoxdan sıradan çıxardı. Birliyin və onun ədəbi dərgilərinin dövlət 

büdcəsində  qalması,  parçalanıb  bir  neçə  quruma  dağılmaması  -  bunlar  hamısı  Anarın 

rəhbərliyi  sayəsində  qorunub.  Anar  Yazıçılar  Birliyinin  sədri  qalmaq  istəyəcək  və 

qalacaqsa,  biz  yenə  onunla  bir  mövqedə  olacayıq.  Əgər  yeni  sədr  seçmək  zərurəti 

yaranarsa,  onda  bu  məsələ  mətbuatda  və  cəmiyyətdə  geniş  diskussiyaya  çevrilməlidir. 

Çünki  sədr  elə  şəxs  olmalıdır  ki,  qurumu  öz  sözünü  deyə  bilən,  nüfuzlu,  müstəqil  bir 

təşkilat kmi qoruyub saxlamağı bacara bilsin.    



RƏŞAD MƏCİDİN  BƏSTİ  ƏLİBƏYLİ ilə söhbətindən  

 « 525-ci qəzet» 17 aprel 2004 

 

«Otel  otğı»  kitabı  bir  daha  göstərir  ki,  Anar  60-cı70-ci  illərdə  olduğu  kimi  90-cu 



illərdə  də  Azərbaycan  ictimai-ədəbi  həyatının  önündə  gedir,  cəmiyyətdə  baş  verən 

hadissələr,  Azərbaycan  insanının  düşdüyü  sosial-mənəvi  problemlər  onu  həm  bir  yazıçı-

publisist,  həm  də  bir  yazıçı-filosof  olaraq  get-gedə  daha  dərindən  maraqlandırır, 

yaradıcılığının  miqyasını  genişləndirir,  metodologiyasını  mükəmməlləşdirir,  dünyanın  ən 

böyük  yazıçıları  sırasısına  çıxarır  -  təfəkkürün  səviyyəsi  ilə,  emosiyanın  gücü  ilə, 

üslubunun böyüklüyü ilə… 



NİZAMİ  CƏFƏROV 

 

Anarla  bağlı  mübahisələr  olanda  mən  onun  ən  qatı  opponentlərindən  soruşuram? 



Deyin  görüm  .Anar  gəncliyindən  bəyan  etdiyi  hansı  məramına  xilaf  çıxıb.Otuz  yaşında 

təsdiqlədiklərinə  qarşı  harda  zidd  gedib?  O,  həmişə  dövlətçiliyin  tərəfdarı  olmuş,həmişə 

inqilabın  əleyhinə  olmuş,həmişə  hər  hansı  ziddiyyətlərin  mədəni  yolla  cözülməsini 

arzulamış, heç vaxt Heydər Əliyevə siyasi rəğbət bəslədiyini gizlətməmişdir. 

Altmışıncı  illərdə  Anarın  başladığı    yeniliklərin  böyük  siyahisini  tutmaq  olar.Mən 

onun  gördüyü  işlərin  siyahisini  tutmağa  çalışanda,çaş-baş  qaldım,  elə  bu  vaxt  özü  zəng 




587 

 

vurdu,ona  dedim:  «Sizin  yeganə  görmədiyinihz  iş,  yəqin  ki,bir  yaxşı  futbol  reportajı 



yazmamağınızıdır» 

VAQİF İBRAHİMOĞLU 

  

Amalya Pənahova yenə Təhminə olmaq istəyir. Aktrisa səhnədə məharətlə ifa etdiyi 



Təhminəni  indi  ekranda  canlandırmaq  istəyir.  Xatırladıq  ki,  Amaliya  xanım  Azərbaycan 

səhnəsində  Təhminəni  ən  gözəl  ifa  edən  sənətçidir.  Anarın  «Beş  mərtəbəli  evin  altıncı 

mərtəbəsi» romanı əssında iki film çəkilsə də, filmlərin heç biri Amaliya xanımın ürəyincə 

deyil.  Yeni  filmdə  Təhminə  obrazını  xalq  artisti  özü  yaratmaq  istəyir.  Hələ  o  obrazın 

öhdəsindən  gəlməyə  imkanı  və  bacarığı  çatdığını  bildirən  sənətçi  layihəni  tezliklə 

gerçəkləşdirmək istəyir. 



 «Azadlıq» qəzeti 6 yanvar 2000 

 

Məlum olduğu kimi, teatrda mən Təhminə rolunu oynamışam, Tamaşa  böyük uğur 



qazanmışdı. Ancaq o vaxt həmin tamaşanı televiziyaya çəkmədilər, buna görə də, həddən 

artıq  təəssüflənirəm.  Filmi  isə  mən  «Sevgi  yarası»  adlandırardım.  Çünki  Anarın  bu 

pyesindəki  bütün  personajlar  məhəbbətdən  yaralıdırlar.  Bir  də  qadının  başa  düşülməmək 

faciəsi məni narahat edir. Öz şəxsi münasibətlərimi heç vaxt səhnəyə gətirməmişəm. Biz 

Fuad  Poladovla  «Təhminə  və  Zaur»  tamaşasında  oynayarkən  həyatda küsülüydük,  ancaq 

səhnədə  bir-birini  sevən  aşiqlər  rolunu  oynayırdıq.  Heç  kəs  də  bizim  bir-birimizlə 

danışmadığımızdan xəbər tutmamışdı. Yalnız premyrada barışdıq. Məncə, belə daha yaxşı 

idi, bu bizi lüzumsuz söz-söhbətlərdən qorudu. 



AMALİYA PƏNAHOVANIN söhbətindən 

«Ayna» qəzeti 8 iyun 1996 

 

Yadımdadır anam məni Milli Dram Teatrına «Beş mərtəbəli evin altıncı mərtəbəsi» 



tamaşasına aparmışdı,tamaşada baş rolları Fuad Poladovla Amalya Pənahova oynayırdılar. 


588 

 

Tamaşaya  o  qədər  aludə  olmuşdum,  diqqət  kəsilmişdim  ki,  gərginlikdən  başağrısına 



tutulmuşdum. Hətta tamaşadan gələndən sonra mənim üçün həkim çağırmışdılar. 

ZÜLFİYYƏ XANBABAYEVA 

Oxuduğum bütün mahnılar mənim daxili aləmimdən xəbər verir  

«525-ci qəzet 17 yanvar 2004 

 

 «Meydan teatrının» yaradılması çoxdanki arzum idi. Ona görə də bu teatrın açılışını 



səbrsizliklə gözləyirdim. Açılışı bu yaxınlarda - mart ayında olmuşdur. O gün teatrımızın 

tarixi salnaməsi Anarın «Adamın adamı» komediyası ilə başlandı. Bəli, ilk addımımız bizə 

ciddi sınaq oldu. Göstərdiyimiz tamaşa uğur qazandı. Yeri gəlmişkən deyim ki, «Adamın 

adamı»  tamaşasını  Qaravəlli  xalq  oyunu  formasında  hazırlamışdıq.  Bu  tamaşanın 

quruluşunu mən vermişəm. 

«Meydan teatrı» nın bədii rəhbəri Arif Ağayevin müsahibəsindən  

 «Azərbaycan gəncləri»  qəzeti.  

21 aprel 1988 

 

MƏTBUAT SƏHİFƏLƏRİNDƏ MİLLİ MƏCLİSDƏN  

«VACİB» XƏBƏRLƏR 

 

 «Kommersiyva sirri haqqında» qanununun müzakirəsi zamanı yazıçı  -deputat Anar 



hansısa romanın, yaxud hekayənin neçənci səhifəsini yazırdı  

«Azadlıq» qəzeti 1-3 dekabr 2001 

 

17.15.dəqiqədə  zala  daxil  olan  Sabir  Rüstəmxanlı  üçün  müzakirə  deyəsən  elə  də 



əhəmiyyətli  olmadı.  Belə  ki,  əyləşdikdən  bir  neçə  dəqiqə  sonra  yazıçı  Anardan  aldığı 

qəzetləri vərəqləməyə başladı.  



 «Press Fakt» qəzeti 31 may-6 iyun 1996 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə