Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə174/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   170   171   172   173   174   175   176   177   ...   189

574 

 

da,hər  halda  gözəl  bir  harmoniyva  yarandı.  Mən  səni  təmiz  vicdanlı  insan,yalnız 



ədəbiyyatımızın deyil, mədəniyyətimizin, ictimai fikrimizin görkəmdi nümayəndələrindən 

biri  hesab edirəm və bu yerdə artıq sözə də,elə bilirəm,ehtiyac yoxdur. 

Və  mən  də  arzu  edirəm  ki,sən  bundan  da  artıq  dərəcədə  xoşbəxt  olasan,  «hər 

yerindən  kal  duran  alamın  ağzına  gələni  yazmağını»  «taleyimin  bu  mürəkkəb  çağı» 

dərəcəsində  Şekspir  faciəsinə  çevirməyəsən(demirsən  ki,yuxudan  kal  durublar?  Kal 

adamdan  nə  gözləyirsən?)  mətbuatda  sənin  böyük  yazılara  kiçik  qeydlərini  yox,özünün 

böyük  yazılarını,uğurlu  bədii  əsərlərini  oxuyub  sevinək  və  bir  də  heç  vaxt  sənə  təzədən 

cavab  yazmaq  kimi  qətiyyən  xoşa  gəlməyən  bir    məcburiyyət  qarşısında  qalmayaq,heç 

zaman  da  dost  itirməyəsən,həmişə  köhnə  və  yeni  dostlarınla  bir  yerdə  olasan.Türkrlər 

demiş,sayqılarımla. 



ELÇİN 

Gözəl bir sübh çağı 



 «525-c i qəzet» 4 iyul 2007 

 

Anarın şərhiElçinlə bu yüngülvarı polemikanı kitaba daxil etməyi xahiş etdim ki, 



bununla bağlı heç bir möhtəkirliyə imkan qalmasın.Axı bu yazılar dərc olunan kimi Elçinin 

və mənim bədxahlarımız aləmə car çəkdilər ki,küsüşmüşük,bir də çətin barışaq.Əlbəttə,bu 

onların xam xəyalları idi.Elçinin cavabı çıxan gün ona zəng elədim,dedim ki,yazıma görə  

qəzetdən  güclü  qonorar  almışam,gedək  onu  yüyaq.Görüşdük,anlaşdıq,aramızda  heç  bir 

problem qalamdı.     

  

Bir neçə onillik ortabab yazarlar Səməd Vurğunla Rəsul Rzanın irsini qarşı qarşıya 



qoymaq  istəmişlər.  Məqsəd  nə  milli-mənəvi  düşüncə  sınırlarımıza  bağlı  olan  qoşmanın 

üstün özəlliklərini açmaq olub, nə də müasir dünya  şeirinin incəliklərini incələmək. Orta 

səviyyədən  də  aşağı  yazarların  (ədəbiyyatın  bütün  dedi-qodularının,  qiybət  və 

böhtanlarının  yaradıcılarının)  burada  əsas  məqsədi  iki  qərqolmaz  poeziya  gəmisinin 

ədəbiyyatda layiqli yer tutan oğullarını qarşı qarşıya gətirmək oldu. Və nə yaxşı ki,o hadisə 



575 

 

baş vermədi. Anarın ən əziz dostu Yusif oldu, Yusif Səmədoğlunun kitabına ön sözü Anar 



yazdı, Anarı bütün haqsız hücumlardan əvvəl Yüsif, sonra Vaqif qorudu. 

 

NATƏVAN DƏMİRÇİOĞLU.  

«Vaqif Səmədoğlu yaradıcılığının 40 illiyinə» 

 

Əziz  oxucu!  Bu  kitabın  içindəki  şeirlərin  əksəriyyətitini,poemaların  hamısını  mən 



itmiş,ölmüş  hesab  edirdim.Elə  bilirdim  ki,onlar  da  70-ci  illər  yaradıcılığımın  aqibətinə 

uğrayıblar.Xoşbəxlikdən 

belə 

olmadı.Xoşbəxtlikdən 



yer 

üzündə 


Dostluq,Qayğıkeşlik,Məhəbbət və Etibar varmış.Anar varmış yer üzündə.Dost şeirlərini o 

arxivində  saxlayıb,özünün  yaradıcılığı,ictimai  fəaliyyəti,ailə  qayğıları  vaxtından  kəsib,bu 

yazıları makinada köçürən,sahmana salan Anar varmış.Nə deyim? Məni mənə qaytaran,ölü 

sandığım  yazılarımı  mənə  dipdiri  bəxş  edən  bir  insana  dilimizin  hansı  sözləri  ilə 

minnətdarlığımı bildirim: Allah səni mənə çox görməsin Anarım… 

 

VAQİF SƏMƏDOĞLU. 

 «Uzaq yaşıl ada» kitabına Ön sözdən:. 1999 

 

Anarın  son  kitabının  -  üstü  yaşıl  rus  meşələri  ilə  işlənmiş  dörd  rus  şairindən 



çevirmələr  kitabının  arxa  səhifəsindəki  portreti  mənim  rəsm  sənətinə  münasibətimi  bir 

qədər də dərinləşdirdi… 

Portret Anar barədə yazılanlardan və deyilənlərdən qat-qat çox və daha dəqiq şeylər 

deyir… 


Portretdə,bir  vaxtlar  bu  dünyadan  küsərək  çevrilib  harasa  uzaqlara  --  reallığın, 

maddiliyin olmadığı dünyaya üz tutan ağrılı,tənha bir şair təsvir edilib… Bu dünyadan bir 

vaxtlar imtina edərək kənara çəkilən bu şairin sonradan bura tamam ayrı bir şəkildə --sayıq 

düşüncəli  ictimai  xadim,məsələlərdən  soyuq  beyinlə  nəticələr  çıxarmağı  bacaran 




576 

 

uzaqgörən  bir  siyasətçi  kimi  geriyə  qayıtması,istər-istəməz  bu  qərib  şairin  əbədi  itkisinə 



ürəkgöynədən bir ağrı,izaholunmaz,dərin bir hüzn yaradır… 

AFAQ MƏSUD. 

Duyğular imperiyası. «525-ci qəzet» 14 mart 2000 



Çıxıb getdim uzaqlara 

Nə etmədim,nə yapmadım… 

Mənə: qayıt,qayıt -dedin. 

Qayıtdım,səni tapmadım. 

ANAR 

illərin, günlərin birində 

 

Çox keçmədi ki, salonun o biri başında Anarla Vaqif Səmədoğlu göründü, İstanbula 



-  Turk  yazarlarının  qurultayına  oradan  da  dəvət  aldığımız  Berlin  Ədəbiyyat  evinin 

tədbirlərində iştirak etmək üçün Almaniyaya uçmalıydıq. 

Anarla Vaqif yanaşı addımlayırdılar.Arada mənə elə gəldi ki,onlar ayaqlarını qəsdən 

ya  özlərindən  asılı  olmadan  eyni  ritmdə,eyni  növbədə  atırlar.Hər  ikisinin  əlində  nəhəng 

dəri  çemodan  var  idi.  Yaxınlaşıb  salamlaşdılar,Anar  hal-əhval  tutdu,əyləşib  çay  sifariş 

elədi.Vaqif  isə dinmirdi.Anarın böyründə dinməz söyləməz elə oturmuşdu,edə bil hələ də 

əlində  ağır  çemodan  vardı…Vaqif  bütün  səfəri  vurnuxurdu.  Nə  işgüzar  türk  yazarlarını 

görürdü,nə Kölnün əzəmətli kilsəsini,nə də Reyn çayını.Bakıya dönən gecə isə : 

-Bakıya getmək istəmirəm -- deyə təyyarədə lap böyürümdə pıçıldadı. Yenə ağır dəri 

çemodan  əlində  idi.  Üzü  də  elə  idi,elə  bil  qorxutmuşdular  onu,elə  bil  qolları  da  bağlı 

idi,qollarını  burub  arxadan  möhkəm-möhkəm  bağlamışdılar.Ağır  dəri  çemodanı 

boğazından  asıb  Bakıya  -  edama  aparırdılar.Vaqifi  kim  edam  edəcəkdi?Onda  ürəyim 

sıxıla-sıxıla onun aeroportun binasından uzaqlaşmağına baxa-baxa fikirləşdim. Sonra evə 

qayıdanda bütün yol boyu Vaqifi xilas yolları barədə fikirləşdim.Vaqifi kimdən və nədən 

xilas  eləmək  lazım  idi?  Anardan,yoxsa  işgüzar  türk  yazarlarından?Bəlkə  Bakı  şəhərinin 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə