Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə172/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   168   169   170   171   172   173   174   175   ...   189

568 

 

də olsun hər hansı konyuktür şirnikləndirmələrə uymamışdır,möhkəm şəxsiyyətinin özülü - 



içində, dərinlikdə gizlədilmişdir. 

Anar mənim üçün mən onunçün olduğumdan daha yaxşı dostdur,o,dostluğun qədrini 

biləndir,vəfalıdır,etibarlıdır. 

Onun parlament fəalyyəti də çox səmərəli olmuşdur.Mədəniyyət üzrə Komissiyanın 

sədri  olaraq  fəal  işə  qatılımış,daima  çox  gərəkli  və  faydalı  təkliflər  irəli  sürmüş,nəticəyə 

nail  olmaq  üçün  səylərini  əsircgəməmişdir.İstərldim  ki,bilməyənlər  nəhayət  anlasınlar, 

deputatlıq 

yazıçıya 

yox,cəmiyytə 

yazıçının 

deputatlığı 

lazımdır. 

Anarın 

aravuranları,intiraqabazları  görməyə  gözü  yoxdur.  Hər  şey  haqqında  öz  adından  fikir 



söyləyir,  heç  kəsə  həsəd  aparmır  və  dözümlülüyünü,  tolerantlığını  aləmə  car  cəkmədən 

əsilzadə kimi yaşayır. 



MAQSUD İBRAHİMBƏYOV 

 

Anar yaradıcılığının həqiqətən Renessanas genişliyinin istedad və maraq dairəsindən 

başqa,mənəvi  qaynaqları  da  var:  «özgə»  əməllərilə,talelərilə,  işləriylə  bu  qədər  ürəkdən 

məşğul olmaq yalnız ölümü unutmayan və həyatı sevən adama xas cəhətdir   

Anarın  şəxsiyyət,  sənətkar,  ictimai  xadim  kimi  Azərbaycan  mədəniyyətində 

unikallığı  aydın  həqiqətdir.İstedadın,geniş  erudisiyanın,xalqına,  ölkəsinə  gərəkli  olmaq 

yolunda  xidmətin  və  zamanı  son  dərəcə dəqiq  duymağın  belə  üzvü  vəhdətini  mən  başqa 

heç kəsdə görməmişəm. 



RÜSTƏM İBRAHİMBƏYOV 

 

-Yazıçı Anarın belə bir sözü var ki,ömrümün ən ağır məqamlarında dostlarımdan ilk 



yada  düşən  Elçin  oldu.Bəs  Elçin  ömrünün  ağır  vaxtlarında  dostlarından  öncə  kimi  yada 

salıb 


-İndi  mətbuatda  belə  şayiələr  baş  alıb  gedir  ki,guya,  Əkrəmin,Anarın,Elçinin 

arasında  intriqa  mövcuddur,bir-biri  ilə  yola  getmirlər.Düzü,Əkrəmin  haqqında  danışmaq 

istəmirəm,amma Anarla aramızdakı uzun illərin isti münasibətiləri dəyişməz qalır.Mən də 



569 

 

Anarın  xətrini  çox  istəyirəm.Və  belə  hesab  edirəm  ki,Anar  doğrudan  da  ləyaqətli 



Azərbaycan  ziyalısıdır,yazıçıdır,vətəndaşdır.  Sadəcə  olaraq  yaş  üstünə  yaş  gəldikcə 

görüşlər  bir  qədər  seyrəkləşir,istər-istəməz  cavanlıq  illdərindəki  çılğınlığını  itirirsən.Onu 

deyə bilərəm ki,Anarla məni çox işıqlı,isti xatirələr birləşdirir.Və mən belə güman edirəm 

ki,ömrümüzün axırına qədər elə bu cür olacaq. 



ELÇİNLƏ  müsahibə(«Vəzifə müvəqqəti bir şeydir»)  

« Alternativ cəmiyyət» qəzeti  



5-11 may 1999 

   


BÖYÜK BİR MÜSABHİBƏYLƏ BAĞLI  KİÇİK QEYDLƏR 

 

 

 «525-ci  qəzet»in  üç  nömrəsində  Xalq  yaşıçısı  Elçinin  geniş  müsahibəsi  dərc 



olunub.Müsahibədə  ədəbiyyatımızın    bugünkü  durumu  haqqında  bəzi  məqamlarında 

subyektiv  olsa  da  maraqlı  mülahizələr  var.  Bu  barədə  fikir  mübadiləsi  etmək  niyyətində 

deyiləm.Hərənin  öz  meyarı,öz  baxışı,öz  zövqü    olur.Amma  söhbətin  bir  yeri  -  adım 

çəkilməsə də mənə aid olduğu üçün məsələni aydınlaşdırmaq ehtiyacı duydum. 

Dostlarım  məni  çox  vaxt  qınayırlar  ki,hər  yazıya  cavab  verirəm.Bu  düz  deyil,mən 

haqqımda olan qərəzli yazıların yüzdə birinə də cavab vermirəm. Əvvəla ona görə ki, bu 

sayaq  yazıların  müəllifləri  cavaba  layiq  deyil,ikincisi  də  mənim  tayım-tuşum  deyillər 

ki,onlarla  ağızbağıza  verim.Lakin  bizim  nəsldən  olan  nüfüzlu  bir  yazıçının,həm  də  özü 

dediyi  kimi  qırx  ilin  dostunun  qərəzli  deyilsə  də  həqiqətə  uyğun  olmayan  iradlarına 

aydınlıq gətirmək istərdim. 

Dediyim  kimi,  Elçin  mənim  adımı  çəkmir,amma  mən  də,özü  də  yaxşı  bilirik  ki,bu 

sözlər  mənə  aiddir,qoy  oxucular  da  məsələnin  mahiyyətindən  agah  olsun.  Necə  deyərlər  

«örtülü bazar dostluğu pozar». 

Söhbətin  «525-ci qəzet»in 29 iyun nömrəsində çap olunmuş hissəsində Elçin deyir: 

«Misal  üçün,hərgah  qırx  ilin  dostu  üç  günlük  gözəl  bir  xarici  səfəri  mənim  üçün  çox 



570 

 

əhəmiyyətli  və  prinsipial  məqamda  üstün  tutursa,yəqin  ki,  daxili  pərtlik  hissini  başa 



düşmək  çətin  bir  şey  deyil.  Bilirsən  necədir?  Beyin  o  qırx  ilin  dostununa  bəraət 

qazandırır,ancaq onu ürək bağışlamır. Beyin deyir ki,həmin dostun yorulub,üç gün də bir 

fürsətdir,gedib 

dincələcək, 

yeyib 

içəcək,amma 



ürək 

belə 


bir 

beyin 


rasionallığını,praqmatizmini  qəbul  etmir…  Ona  görə  də  həyatda  beynin  işi  asandı,ürəyin 

işi çətin» 

Elçinin nə ürəyini,nə beynini çətinə salmamaq üçün bu məsələri bütün təfərrüatıyla 

izah etməliyəm. 

Bir  çox  illər  bundan  qabaq  Türkiyədə  «  Dialoq  Avrasiya  platforma»  adlanan 

təşkilatın  ilk  sədri  seçilmişdim.Bu  təşkilatın  işində  Elçin  özü  də  fəal  iştirak  edir,onun 

toplantılarına  qatılır.  Türkiyədə  bəzi  kitabları  o  təşkilatın  xəttiylə  nəşr  olunub.  «Dialoq 

Avrasiya  platform»na  sədrllik  müddəti  iki  ildir.  Təşkilat  sədri  kimi  işimi 

qiymətləndirdikləri  üçün  məni  iki  yox,  dörd  il,  yəni  iki  müddət  sədr  seçdilər.  Növbəti 

toplatıda  öz  xahişimlə  sədrlikdən  gedəcəyimi  bildirdim.  Belə  oldu,yerimə  Türkiyənin 

tanınmış tarixçisi və yazıçısı İlbər Ortaylı seçildi və yenə də xüsusi hörmət əlaməti olaraq 

məni  «Dialoq  Avrasiya  platformu»nun  ömürlük  fəxri  sədri  seçdilər.  Bunları  ona  görə 

deyirəm ki, mənə belə hörmətlə yanaşan təşkilata hörmətsizlik edə bilməzdim.İş elə gətrdi 

ki,həmin  tarix,yəni  Antalyada  təhvil-təslim  tədbiri  Bakıda  unudulmaz  yazıçımız  İlyas 

Əfəndiyevin  yubileyi  keçiriləcək  günlə    eyni  vaxta  düşdü.  Dəqiqləşdirirəm  ki,  İlyas 

müəllimin  anadan  olduğu  gün  yox,onun  bir  qədər  gecikmiş  yubiley  tədbirini  keçiriləcək 

gün nəzərdə tutulur. 

Bu  tarix  qəti  müəyənləşdirilmədiyindən  düz  iyirmi  gün  qabaq  Elçinə  dedim  ki, 

nəzərdə  tutulan  həmin  vaxt  mən  mütləq  Türkiyədə  olmalıyam,xahiş  edirəm,yubiley 

tədbirini ya iki gün əvvələ,ya iki gün sonraya keçirin,mən də iştirak etmək  istəyirəm.Elçin: 

- Olmaz -  dedi 

Mən  Türkiyəyə  uçmalı  oldum,özü  də  Elçin  zənn  etdiyi  kimi  dincəlməyə,  yeyib-

içməyə yox,işləmək,tutduğum vəzifəni təhvil vermək üçün. 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə