Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə168/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   164   165   166   167   168   169   170   171   ...   189

554 

 

Neçə  il  qabaq  İstanbul  sinemalarında  bir  film  göstərilimiş,böyük  marağa  səbəb 



olmuşdur:  «Spartak»  filmi.  Televiziyonda  Azərbaycanda  çəkilmiş  «Dədə  Qorqud»a 

baxdığımda  eyni  səhnə,daha  böyük    əxlaqı  dəyərlər,hüdudsuz  bir  fədakarlıq  gördüm. 

Düşündüm:  mən  ki,    «Dədə  Qorqud»u  neçə  dəfə  oxumu-şam,ondan  neçə  dəfə  bəhs 

etmişəm,mən  belə  min  il  öncə  yazılmış  bu  kitabda  oxuduğum  səhnələri  «Spartak»  qədər 

dəyərləndirə  bilməsmişəm.  Deməmişəm  ki,bunu  mənim  Dədə  Qorqudumdan 

almışlar…Bəli, «Dədə Qorqud» filmi göstərdi ki,bizim nağıl dediyimiz «Dədə Qorqud»da  

16 dövlət qurmuş bir millətin mənəvi zənginliklərinin hamısı var.Azərbaycanla Türkiyənin 

babası eyniymiş: Dədəm Qorqudumuz… 



ERKÜN GÖZƏ 

 «Tərcüman» qəzeti. 1983  

Keçənlərdə qəzetlərin televiziya guşələrinlə 

 

 «Dədə Qorqud» adını oxuyunca qürbətdə bir dostun səsmini duymuş kimi sevindim. 



«Dədə  Qorqud»un  Azərbaycanda  lentə  alınmış  bir  neçə  hekayəsi  ekrana      gəlirdi,  Bu 

müdhiş  bir şeydi! 



Sevinc Çokum  

«Yeni düşüncə» qəzeti 8 iyul 1983 

 

«Dədə  Qorqud»un  filmə  alınıb  televiziyada  göstərilməsi  böyük  bir  sənət  və  kültür 



hadisəsidir.  Bu  əsərin  Azərbaycanda  yaradılmasının  maddi  tərəfdən  əhəmiyyəti  olduğu 

kimi,mənəvi yöndən də ayrıca bir əhəmiyyəti  vardır.Azərbaycan dəmir pərdə arxasındakı 

bir    türk  yurdu  olmasmına  baxmayaraq,orada  milli  kültürə  bizdən  daha  artıq  və  ciddi 

ölçülərdə xidmət edildiyi gözdən qaçmamılıdır. Bu əsərin filmə alınması,ekrana gətirilməsi 

azərbaycanlı qardaşlarımıız üçün İstiqlal dərəcəsində mənəvi həzz verəcək bir hadisədir… 

Niyazi Yıldırım Gəncosmanoğlu 

«Yeni düşüncə»  qəzeti  

8 iyul 1983 



555 

 

 



Dədə  Qorqudla  bağlı  bu  günə  qədər  səngiməyən  mübahisələrdə  mənə  ən  yaxın 

Anarın mövqeyidir. O,alimlərin ağızlarında saqqız kimi çeynədikləri məsələyə yeni baxışla 

yanaşdı  və  Oljas  Süleymenovun  «AZ  i  YA»  əsərimnə    bərabər  olan  «Dədə  Qorqud 

dünyası» essesini yaratdı. 



TİMUR PULATOV 

 

    Biz «Kitabi-Dədə Qorqud» dastanını 13 hissədən ibarət bir televiziya filmi olaraq 

ekranlaşdırmaq  istəyirik.Bu  məsələdə  dünyanın  böyük  qorqudşünas-larından  biri  olan 

yazıçı Anarla iş birliyi qurmağı düşünürük.Sual edilə bilər ki,niyə Anarı seçmişik? Çünki 

həm bu sahənin mütəxəssisi,həm də çox dəyərli bir yaşıçıdır.Həmçinin Anar kinoya yaxın 

bir adamdır.  

 

O,rejissorluq fəaliyyəti ilə məşğul olub və ssenariləri var. 



TRT-nin  rəhbəri  ŞENOL  DƏMİRÖZÜN      «Azərbaycanı  dünyaya  tanıtmaq  üçün 

əlimizdən gələni əsirgəməyəcəyik» başlıqlı müsahibəsindən.        

«525-ci qəzet»  

26 noyabr 2004 

 

Anarın şərhi: Çox təəssüf ki,Şenol bəy TRT rəhbərliyindən uzaqlaşdırılandan sonra 

bu  niyyət  baş  tutmadı.Bunun  əvəzinə  çəkilən  «Dədə  Qorqud»  serialı  o  qədər  uğursuz 

alında ki,ictimaiyyətin etirazına görə  televiziyada nümayişi yarımçıq  dayandırıldı. 

 

YAZIÇI ANAR  TÜRKMƏNBAŞINA İRAD  TUTDU 



 

 

Anar  Türkmənistanda  «Kitabi    Dədə  Qorqud»  dastanının  1500  illik  yubileyinin 



keçirilməsini  həmin  ölkənin  prezidenti  Saparmurad  Niyazovun  «səhvi»  hesab  etdiyini 


556 

 

bildirib.  Yazıçılar  Birliyinin  sədri  qeyd  edib  ki,tədqiqatçıların  araşdırmalarına 



əsasən,dastanın 1300 yaşı var.Yazıçı «Kitabi Dədə Qorqud» dastanını yaşının guya ki,onun 

tərəfindən gizlədilməsi haqqında mətbuatda dərc edilən fikirləri də təkzib edib. 

 

(«525-ci qəzet» 5 oktyabr  2000,  



«Zaman» qəzeti 5-6 oktyabr 2000 

 

Anarın  şərhi:  Rəhmətlik  Prezident  Heydər  Əliyevlə  Qırğızıstana  «Manas» 



dastanının  yubiley  tədbirlərində  iştirak  etdiyimiz  zaman  ona:  -Biz  də      Dədə  Qorqudun 

1300 illiyini belə geniş qeyd edə bilərdik-dedim.Dərhal:-Bakıya gələn kimi bu barədə mənə 

yazın  --dedi.Bakıya  gələn  kimi  ətraflı  məktub  yazdım  və  o  vaxtki  Xarici  İşlər  Nazirimiz 

Həsən  Həsənovla  bir  yerdə  imzalayıb  Prezidentə  göndərdik.  «Kitabi  Dədə  Qorqud»u 

ədəbiyyat tarixlərimizdə də,bütün başqa mətnlərdə də adətən X-X1 əsrlərə aid edirdilər və 

bu «qorqudşünaslarımız» tərəfindən  heç bir etiraza səbəb olmurdu. 1300 rəqəmini təklif 

edən  kimi,-niyə  məhz    1300,gəlin  1500  rəqəmini  qəbul  edək  -  deyənlər  oldu.Hətta  birisi 

mətbuatda: « Anar Dədə Qorqudun yaşını gizlədərək ona xəyanət edib» - kimi sərsəm fikir 

də dərc etdirdi.  

Prezidentlə  görüşümüz  zamanı  o  da  bu  rəqəmlə  maraqlandı.Dastan 

kökləri,qaynaqları  motivləri  etibarilə  şübhəsiz    çox  daha  qədim  dövlərə,hətta  eramızdan 

əvvəlki minilliklərə aid edilə bilər-dedim-amma bu gün əlimizdə olan mətndə Dədə Qorqud  

Həzrət Məhəmmədin müasiri kimi göstərilir,yəni  7-ci əsrdə yaşadığı təsbit olunur.Biz də 

bunu əsas götürməliyik . 

 H.Əliyev: -Amma Tükrmənbaşı  Dədə Qorqudun 1500 illiyini qeyd etmək istəyir - -

dedi.-  Hikkəsindən  -dedim-  Biz  Dədə  Qorqud  haqqında  film  çəkəndə,Dədə  Qorqud 

ensiklopediyasını  nəşrə  hazılayanda    niyə  görə  dastan    Türkmənbaşının  yadına 

düşmürdü?İndi Sizin bu barədə fərman verəcəyinizi  eşidib qabağa düşmək istəyir və heç 

bir    fakta  əsaslanmayaraq  1500  rəqəmini  otaya  atır,təki  bizim  qəbul  etdiyimiz  tarixdən 

daha qabaq olsun.Onda niyə 1500, məsələn 2500 yox?  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə