Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə164/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   160   161   162   163   164   165   166   167   ...   189

541 

 

«Azadlıq» qəzeti 



 8 oktyabr 2009 

 

Mən  sovet  dövründə  yazdıqlarımı  sandıqda  gizlədib  bu  gün  izn  veriləndə  çıxarıb 



qürrələnənlərdən  deyiləm.Sovet  dövründə  nə  yazmışamsa,  orda  sizin  bugünkü 

yazılarınızdan fərqli olaraq yalan yoxdur.Siz ki,mənim yaradıcılığıma mənim özümdən də 

yaxşı bələdsiniz,hər sözümü,hər  cümləmi əzbər bilirsiniz, daima izləyirsiniz ki, haçan nə 

demişəm ya deməmişəm,ən çox beyninizi mənim barəmdə düşüncələr qurcalayır, biz sözlə 

cavan  ömrünüzü  mənə  əta  etmisiniz.  İndinin  özündə  də  marıqda  durub  hər  sözümü 

güdürsünüz,  hər  hərəkətimi  pusursunuz.  Əsərlərim  «həmişə  xalqın  hüquqsuz  vəziyyətə 

salınmağına  xidmət  edibdir»  deyə  mənə  çirkin  böhtan  atarkən,heç  olmasa  rəhmətlik 

Əbülfəz Elçibəyin ruhundan utanaydınız.   



«Azərbaycan  milli-azadlıq  hərəkatı  tarixində  və  milli  dövlətçilik  şüurunun 

formalaşmasında Sizin bədii əsərləriniz müstəsna rol oynayıb.Eyni zamanda milli azadlıq 

hərəkatında iştirakınız minlərlə insanların oyanmasında,ziyalıların hərəkata qoşulmasında 

böyük  rol  oynamışdır»  -Əbülfəz  bəy  mənə  belə  yazırdı  və  bu    məktub  indi  sizlərin 

səhifələrini  ləkələdiyiniz  «Azadlıq»  qəzetində  dərc  olunmuşdu.Müxtəlif  çıxışlarında 

Əbülfəz bəy deyirdi: 

 «Respublikada  gəncləri  çox  əzirdilər.Rəsul  Rza  birdən  çıxdı,20-30  nəfəri  himayə 

elədi.Camaat  baxırdı  ki,yuxarıda  Rəsul  da  var,Rəsulun  hesabına    aşağıdan  bəziləri 

cəsarətlənirdilər.  



Sonra  hamı  düşdü  onun  üstünə,başladılar  Rəsul  Rzanın  əleyhinə  yaşmağa,Anarın 

əleyhinə  yazmağa.  Həmin  dövrdə  Ə.Əylisli  də,  Anar  da,Elçin  də,  Y.Səmədoğlu  da  göz 

qabağında idilər. O zamanın yazısına daha çox qiymət verilməlidir. Millətin ölüm nəfəsini 

geri  qaytardıqları  üçün.  O  dövrün  ziyalıları  haqqında  ayrıca  yazı  da  yaşmaq 

lazımdır.Onların qiyməti də verilməlidir. 


542 

 

Mənim 



yadımdadır 

«Molla 

Nəsrəddin-66 

Anarın 

yazılarını 

hamı 

oxuyurdu,müzakirəsini keçirirdilər,danışırdılar cavanlar. Yəni bu Sabir ruhunun qayıtması 

idi». 

Doğrudan da namuslu şəxsiyyətlərin fikirləri həmişə aktualdır və həmişə hər dövrün 

nadan  hücumlarına  qarşı  ən  kəsərli  cavabdır.Əlbəttə.mədəni  mühitdə  gözləmək  olardı  ki 

Cəmil müəllimin məqaləsindən sonra abrı olanlar bu çirkin kompaniyaya son qoyacaqlar. 

Amma sifariş başqa idi axı… 

Əvvəlki kimi, hər gün dızıldamaqdan əl çəkmədilər. Əgər «Azadlıq»da bir gün Anar 

haqqında    föhş  çap  etməyibsə  deməli  o  gün  qəzet  çıxmayıb.  Bu  illər  boyu  davam 

edir.Əvvəlki illər bir yana dursun, yalnız elə bu son beş-altı ayda «Azadlığı» vərəqləsəniz 

görərsiniz ki, hər nömrədə eyni bir müəllif ya onun o biri tayı(başmaq tayları kimi yazıları 

bir-birinin eynidir) Anara növbəti atmaca atıb. Heç nədən əməlli başı çıxmayan amma, hər 

şeydən  yazan  bu  müəllifə  yazığım  gəlir.  Hər  gün  yaşmalıdır  və  hər  gün  Anardan 

yazmalıdır,nə  yazsın?  Daha  nə  uydursun,daha  hansı  böhtanı  atsın?  Axı  böhtan,yalan 

ehtiyatları  da  haçansa  bitib  tükənir.  O  biri  tərəfdən  də  işverənləri  qarşısında  öhdəlik 

götürüb ki,nədən yazır yazsın,mütləq Anarı sancmalıdır.İçindəki çirkab da tükənməz deyil 

axı, məcburdur o biri nökər tayından əl borcu alsın ki, öhdəliyinə əməl etsin, yoxsa bir gün 

də qapılarında saxlamazlar. 

Xəcalət  çəkmədən  yazır  ki,Anar  «Sizsiz»i  Simon  de  Bovurun  hansısa  əsərinin 

təsiriylə  yazıb.Əvvəla  Simon  de  Bovur  adlı  yazıçı  yoxdur,Simona  de  Bovuar  var,özü  də 

kişi  yox,  qadındır.  Qəzet  ştatlı  anarşünas  tutanda  heç  olmasa  bir  az  savadlısının 

xidmətindən  istifadə  etsin.  «Sizsiz»  həyatımın  ən  ağır  vaxtında,  üç  ay  ərzində  atamı  və 

anamı  itirdiyim  günlərin  acı  təsiriylə  yazılıb  və  gönü  qalın  olmayan  minlərlə  oxucu  bu 

əsəri  göz  yaşlarıyla    oxuyub.  Nə  qədər  insafsız  olmalısan  ki,mənə  səbəbsiz  nifrətinə  və 

aldığı  sifarişə  görə  «Sizsiz»  haqqında  bu  sözləri  yazasan,  nə  qədər  qansız  olmalısan  ki,  

real  faktlara,hadisələrə  əsaslanan  yazını    fransız  yaşıçının  (yeri  gəlmişkən,mənim  hələ  d  

oxumadığım)əsərinin təsiriylə yazıldığını dilinə ğətirə biləsən.       



543 

 

Adını çəkmirəm,çəkməyəcəm də,çünki onun incə qəlbinin ən kövrək həsrəti adının 



çəkilməsidir.Bircə dəfə adını çəkdim, sevincindən yerə .göyə sığmırdı,bir dəfə heç də onu  

nəzərdə tutmayaraq ədəbi mığmığalardan yazmışdım, aləmə car çəkdi ki,baxın,məni deyir 

e...Başqa  yazılarında  da  adının  çəkilib  çəkilməməsini  özünə  dərd  eləyir.  İndi  də  bərk 

ürəyinə salıb ki,hansısa sorğuda   o biri curnalistlərin neçə yüz oxucusu olduğu halda (ən 

çox  oxunan  müəllifin-  abırlı  curnalist  Zabil  Müqabil  oğlunun  -362  oxuçusu    olduğunu 

biləndə sevindim)bunu isə cəmi-cümlətanı 20 adam oxuyur.o biri taylarını da 26, ən çoxu 

54 adam.Bundan sonra  «biz yeni  ədəbiyyat yaratdıq,biz ədəbiyyata yeni nəfəs gətirdik,biz 

qələbə çaldıq» -deyə xoruzlandıqları zaman bişmiş toyuğun da gülməyi gəlir.Amma çox da 

dərd  eləməsin,ona  təsəlli  vermək  istəyirəm,qoy  bilsin  ki,  oxucusu  20  yox,iyirmi  bir 

nəfərdir.İyirmi birinci oxuçusu  mənəm.Əlbəttə deyə bilmərəm ki, dəhşətli dərəcədə səfeh 

və  dəhşətli  dərəcədə  savadsız  yazılarının  hamısını  oxuyuram,amma  hərdən-bir  -  tibbi 

məqsədlə  gözdən  keçirirəm.Psixi  cəhətdən  demirəm,bu  psixiatrların  işidir.Məni 

maraqlandıran odur ki, öz taylarının səmimi etirafına görə bu «yazar» yüz qram pivə içən 

kimi  qatıqlamağa  başlayır.Yazılarına  nəzər  atdıqca  düşünürəm,bu  qədər  qatıqlamaq  üçün 

görəsən insan orqanizmi nə qədər pivə qəbul edə bilər?  

Prezident    İlham  Əliyevin  sərəncamıyla  Azərbaycan  Yazıçılar  Birliyinin  75  illityi 

təntənəylə  qeyd  edildi,17  ölkədən  40-dan  artıq  qonağın  iştirakıyla  «Sərhədsiz  söz» 

beynəlxalq forumunu  keçirdik. 

Nizamnaməyə  görə    mən  forumun  növbəti  sədri  oldum.      Məhz  həmin  günlərin 

ərəfəsində  qəzetlərdə  akademik  Ramiz  Mehdiyevin  Elmimizin  vəziyyəti  haqqında  böyük 

məqaləsi dərc olundu.Məqalənin cəmi iki abzasında ədəbiyyatımızın (Yazıçılar Birliyinin 

deyil,məhz  ədəbiyyatın)  vəziyyəti  haqqında  müəyyən  tənqidi  qeydlər  vardı.Müxalifət 

qəzetlərinin  bəzi  küçə  yazarları  dərhal  bundan  istifadə  edib  məsələni  şişirtdilər,Yazıçılar 

Birliyinə,Anara  qarşı  yeni  hücümlar  üçün  istifadə  etdilər..Sonralar  R.Mehdiyev    heç  də 

Yazıçılar Birliyini nəzərdə tutmadığını desə də, «Dövlətlə Birlik arasında heç bir soyuqluq 

yoxdur» deyə təkzib versə də  «Azadlıq» qəzeti həmişəki təxribatlarını davam etdirdi,özləri 

haqqında  dediyim  sözləri  başqa  ünvana  yönəltməyə  çalışdı,aravurmaq  üçün    hər  cür 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə