Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə163/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   159   160   161   162   163   164   165   166   ...   189

538 

 

ziyalılar  haqqında  çox  dəqiq  planları  var.  O  yazır:  «Bizim  yeganə  yolumuz  var.Necə  ki, 



Hitler  hakimiyyət  başına  gələndə  ziyalıların  70  faizini  güllələdi,indi  bizim  də  çıxış 

yolumuz  ziyalılarımızın  80  faizini  güllələməkdir».Görürsünüz  ki,hətta  Hitleri  də  on  faiz 

ötüb,  Hitlerin  qabağına  doqquz,  daha  doğrusu  on  qoyub.Belə  sayaqlamalara  fikir 

verməmək  də  olardı,amma  33-cü  ildə  Almaniyada  bu  sayaq  ovqatlara  vecsiz  münasibət 

Osvensimin qaz kameralarıyla nəticələndi»  

«Ədəbiyyai zamanın sınağı qarşısında» məruzəsindən. 

 

Göründüyü  kimi    Azərbaycan  ziyalılarına  ölüm  hədələri  erməni  terrorçularından 

daha qabaq «özümüsüzünkülər»  tərəfindən başlayıb. 

Əsr  dəyişdi,  minillik  dəyişdi,amma  özlərini  azərbaycanlı  sayan  bəzi  adamların 

ziyalılarımıza erməni-daşnak nifrəti dəyişmədi. İki il qabaq Bakıda bir xəstə canınin Neft 

İnstitutuna  girib  qarşısına  çıxanı  gülləbaran  etməsindən  cuşa  gələn  birisi  -  hələ  bu  zat 

utanmaz-utanmaz  özünü  yazıçı da sayır,-  bəyan  edir ki,gərək  o  qatil  Neft  Akademiyasına 

yox,  Yazıçılar  Birliyinə  gedəydi,orda  hamını  qırıb  çataydı.Əlbəttə,bu    bir  başa  terror 

çağırışına  görə  Yazıçılar  Birliyi  o  adamı  məsuliyyətə  cəlb  edə,məhkəməyə  də  verə 

bilərdi.Amma  o  zatın    vücudu  məhkəmə  ərizəsinə  sərf  olunacaq  bir  vərəq  kağıza  da 

dəyməz. 

Belələrinin Azərbaycan yazıçılarına qarşı - cavanına da qocasına - terrorçu niyyətləri 

hələlik  əllərinə  silah  keçirə  bilmədiklərinə  görə,qəzet  səhifələrində  söz  güləşdirməklə 

həyata keçir. 

Özünü şair kimi qələmə verən birisi  yüksək həyat amalını və ülvü ömür məqsədini 

belə açıqlayır: 

 «Yazıçılara qarşı qəddar olmaq lazımdır. Mən xüsusilə 60-cıları nəzərdə tuturam.Ən 

yaxşısı onları şərləməkdir.  

Belədə həm  daha çox cırnayacaqlar, həm də daha tez gözdən düşəcəklər. Şər atanda, 

qara  yaxanda,olmayan  şeyləri  deyəndə  onlar  özlərindən  çıxırlar,  cınayırlar(görəsən 

şərlə,böhtanla üzləşən hansı normal adam cırnamaz? Ya ağılları bir-birini təhqir etməkdən 



539 

 

mazoxistxəsinə  zövq  alan  özlərinə  gedib?-A.).  Birinin  şəkəri  qalxır,  o  birinin  təzyiqi 



düşür,sən də bir az rahatlanırsan ki,bunların da rahatlığını pozdum» 

(Əcəb  rahatlanmaq  üsuludur.Xatırlayıram  ki,həmin  adam  vaxtilə  mənim  Cavidin 

«İblis»i  əsasında  ssenari  üzərində  işlədiyimi    eşidəndə  «İblis»i  Anardan  xilas  edin»- 

yazmışdı,Onda ona yaxşı cavab vermişdilər ki,yox,Anarı İblisdən,daha doğrusu xırda-para 

iblisciklərdən xilas edin- A.) 

Ədəbyyata  belə  saf  hisslərlə  gələn  «şairə»  yalnız  onu  məsləhət  görərdim  ki, 

hıqqanıb-zıqqanıb  təzə  böhtanlar,iftiralar  uydurmasın,  ermənilərin  bu  işdə  zəngin 

təcrübəsindən bəhrələnsin.Elə bu kitabda dərc olunan erməni məktublarını müştəri gözüylə 

oxusun: Anarın Azərbaycanda İslam partiyasının başçısı olması, Sumqayıtda qırğın təşkil 

etməsi,  Şuşada,  Xocalıda  erməni  evlərini  talan  etməsi,o  evlərdən  qarət  etdiyi  xalçaları 

gecəynən  Bakıya  aparması  və  bu  qəbildən  erməni  «məlumatlarını»    uğurla  öz  şər  atma 

repertuarına sala bilərsə,daha niyə gücənib yenilərini uydurur. 

 Az qala nəşrə başladığı gündən «Azadlıq» qəzeti hər nömrəsində ziyalılar haqqında 

qərəzli yazılar  dərc edir.Azərbaycanın ən işıqlı adamlarını qaralamağa çalışır. 

Kimlərə  çirkab  atmayıblar:Bəxtiyar  Vahabzadəyə,  Qabilə,Elçinə,Fikrət  Qocaya, 

Əkrəm  Əylisliyə,  Maqsud  İbrahimbəyova,  Rüstəm  İbrahimbəyova,  Vaqif  Səmədoğluna, 

Ramiz  Pövşənə,  Sabir  Rüstəmxanlıya,  Zəlimxan  Yaquba,  Çingiz  Abdullayevə,  Elçin 

Hüseynbəyliyə,  keçək  incəsənət  sahəsinə  -  Tahir  Salahova,  Toğrul  Nərimanbəyova, 

Zeynəb  Xanlarovaya,  Fərhad  Bədəlbəyliyə,  Oqtay  Mirqasımova,  Alim  Qasımova.  Daha 

kim  qaldı?  Dəşhətlə  düşünürsən  ki,  Azərbaycanın  iftixarı  olan  adamlar 

mədəniyyətimizdən, onun dünənindən,bü günündən və sabahından silinsələr,meydan kimə 

qalacaq?  Belə  hərzə  yazılardan  başqa  heç  bir  fərli  mətn  ortaya  qoymağa  qadir  olmayan 

cızma qaraçılara? Özləri özləri haqqında iftixarla «mən əclafam» bəyan edənlər ya özünə 

çox uyğun olan murdar bnternet ünvanı seçənlərə? 

Bir  gün  «Azadlıq»  qəzeti  məni  doğrudan  da  təəccübləndirdi.Səhifələrində  böyük 

alimimiz, namuslu ziyalımız Gəmil Həsənlinin haqqımda həm çox xeyirxah,həm də yüksək 

intellektual  səviyyəli,  obyektiv,insaflı  yazısını  çap  etdi.Nə  əcəb?  Hələ  də  mənimçün  sirr 



540 

 

olaraq  qalır.  Nə  isə...  Elə  həmin  nömrə  çıxan  günün  sabahı  qəzet  əvvəlki  yolunu  davam 



etdirdi,  tək  mənə  yox,  Gəmil  bəyə  də  hücumlar  başladı.  Özü  də  əvvəllərdən  fərqli 

olaraq,bir  yazıyla  dincəlmədilər,  qəzetin  eyni  sayında  bir  neçə  yazı  verdilər.  Doğrusu 

bundan  çox  razı  qaldım.  Çünki  Cəmil  müəllimin  yüksək  elmi  və  mənəvi  səviyyəli 

məqaləsi, vətəndaşlıq duyğusuyla, tarixilik hissiylə qələmə alınmış yazısının yanında bütün 

bü  səviyyəsiz,  gücsüz  milçək  dızıltıları  ağlı  başında  olan  oxucular  üçün  çox  şeyi 

aydınlaşdırır:kimin kim olduğunu da, kimin nə etdiyini və nə etmədiyini də...   

Elə ancaq  son aylar  atmacalı yazılardan bir neçə misal: 

 «Vaxtilə  Anar  deyirdi  ki,sənət  qadağalarla  yaşayır,azadlıq  onu  məhv  edir.Bu  fikir 

Anar  üçün  keçərli  olsa  da,sənət  üçün  keçərli  ola  bilməz.Yaradıcılıq  ilk  növbədə 

azadlıqdır,azad  olmayan  adam  yarada  bilməz,bənzədə  bilər,oxşada  bilər.Anar  da  elədir 

zatən» 

«Azadlıq» qəzeti   

29 sentyabr 2009 

 

Zatən bu kəmsavadı necə qandırasan ki,gətirdiyim fikir mənə deyil, məşhur fransuz 



yaşıçısı  Andre  Jidə  məxsusdur  və  yazı  müəllifinin  ara-bir  adını  çəkdiyi  Alber  Kamyu 

Nobel  nitqində  bu  sözləri  razılaşaraq  təkrar  edib.  İkisi  də  Nobel  mükafatı  laureatı  olan 

Andre  Jid  və  Alber  Kamyu  üçün  bu  fikir  keçərlidir,amma  atmaca  sahibi  üçün  keçərli 

deyil.Mən  bu  fikri  yazılarımdan  birində  sitat  gətirərkən  izah  edirdim  ki,    qadağalar  əsl 

sənətin      müqavimət  gücünü      artırır.Daxilən  azad  olan  adam  «icazəli cəsarət»  dövründə 

deyil,yasaqlar mühitində daha cəsur hərəkət edir. Nazım Hikmət,Musa Cəlil ,bizim  Xəlil 

Rza  məhbəsdə də azad insanlar kimi  yazıb yaradırdılar.Amma demə «Azadlıq»da da qul 

olmaq olarmış. 

Yenə həmin müəllifin başqa bir yazısından sitat: 

«Bəli,doğrudur,dəhşətli dərəcədə  istedadlı yazıçı olan Anarın da(müəllifin dəhşətli 

dərəcədə  güclü  ironiyası  varmış-A.)    Sovet  illərində  yazmaq  hüququnu  heç  kəs  əlindən 

almamışdı,amma nəsə müstəqillik illərində onun ədəbi sandığından heç nə çıxmadı» 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə