Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə159/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   155   156   157   158   159   160   161   162   ...   189

526 

 

Amerika sərçəsindən soruşur: Niyə ABŞ-ı tərk edirsən və belə cavab alır: ABŞ-ın SSRİ-yə 



satdığı buğda taylarını elə möhkəm tikir və elə səliqəylə yükləyirlər ki, bircə dən də yerə 

düşmür, bir şey dənləyə bilmirəm. Bu torbalar sizə gedir, deyirlər orda yükləri boşaldanda 

dənlərin yarısı yerə səpələnir, odur ki, mən də ora uçuram ki, qarnımı doydurum. Bəs sən 

hardan gəlirsən? - Mən SSRİ-dən ABŞ-a uçuram. - Niyə, məgər ordakı torbalardan bolluca 

dən tökülməsi düz deyil? - Düzdür. -Bəs onda niyə ordan Amerikaya uçursan.  - Cik-cik 

eləmək istəyirəm.  

Doğrudan  da  Amerikada  olanda  biz  əhalisini  ərzaqla  və  normal  həyat  üçün  lazım 

olan  hər  şeylə  təmin  etmiş  bu  ölkənin  bir  üstünlüyünü  də  gözümüzlə  gördük  və 

qulağımızda eşitdik. Burada sərçənin təbiriylə desək ürəyincə və doyunca cik-cik eləmək 

mümkün  idi,  yəni  hər  insanın  düşündüyünü  istədiyi  kimi  demək,  yazmaq  haqqı  vardı. 

Amma  bununla  bərabər  bu  ölkədə  söz,mətbuat  azadlığın  özünün  də  yazılmamış 

tənzimləyici  qanunları  var.  Elə  o  günlərdə  Amerikanın  TV  kanallarının  birində  bir  din 

xadiminin  çox  müdrik  sözlərini  eşitdim:  Amerikanın  Şərq  tərəfində,  Atlantik  okeanı 

sahilində,  Nyu-York  limanında  nəhəng  Azadlıq  heykəli  ucaldılıb.  Amerikanın  qərb 

tərəfində,  Sakit  okean  sahillərində,  Los-Ancelesdə  ya  San-Fransiskoda  da  bir  məsuliyyət 

abidəsi  ucaltmaq  lazımdır  ki,  ölkəmiz  bir  şeyi  dərk  etsin-cəmiyyət  yalnız  Azadlıq  və 

Məsuliyyət arasında normal yaşaya bilər.  

Amerikada olduğumuz günlərdə bu ölkədə bərqərar olan söz, fikir, düşüncə, mətbuat 

azadlığını  həsədlə  müşahidə  edərkən  öz  ölkəmizdə,  o  vaxtkı  SSRİ-də  bütün  bu  insan 

haqlarının nə qədər miskin vəziyyətdə olduğunu bir daha ürək ağrısıyla xatırlayırdıq.  

Gidimiz-bələdçimiz  əslən  Yuqoslaviyadan  olan  yaşlı  bir  qadın  idi.  Amerika 

vətəndaşı idi, rusca da səlis danışırdı. Yazıçı Maqsud İbrahimbəyovla otellərdə bir otaqda 

qalardıq. Həmin bu bələdçi qadın bizə Qərbdə rus dilində çap olumuş bir xeyli kitab gətirdi 

və gizlincə verdi. Əlbəttə hamısı dissident ədəbiyyatı idi.  

Arada  imkan  tapıb  bu  kitabları  oxuyurduq.    Amerikada  axırıncı  gecəmiz  Nyu-

Yorkda keçdi. Səhər Moskvaya uçmalıydıq. Kitabların isə yalnız cüzi bir hissəsini oxuya 

bilmişdik.  Maqsud:  Zərər  yoxdur  -dedi-oxumadıqlarımızı  aparıb  orda  oxuyarıq.  -  Yox-



527 

 

dedim-sərhəddi  keçərkən  bizi  yoxlaya  bilərlər,  çamadanlarımızdan  bu  kitablar  tapılsa  ən 



azı  bir  də  xaric  üzü  görməyəcəyik.    Maqsud:  -  Sən  özün  bilərsən  -  dedi  -  amma  mən 

aparacam.   -  Yox  -  dedim  -  səni də  qoymayacam. Yaxşısı  budur ki, bu  gecəni  yatmayaq,  

səhərə qədər nə qədər oxuya bilsək oxuyaq.  

Bütün gecəni kitabları bir-birimizə ötürə-ötürə oxuduq. Nələr yoxdu bu kitablarda? 

KQB-nin  izləmə,  təqib,  işgəncə  metodları.  Sovet  həbsxanalarının,  psixuşkalarının, 

sürgünlərinin dözülməz şəraiti.  QULAQ həyatının bütün dəhşəti.  

Səhərə yaxın Maqsud: - Sən düz deyirsən - dedi - bu kitabları SSRİ-yə gətirdiyimizi 

bilsələr, bizi pis günə qoyarlar.  

Danışdıq  ki,  o  gecə  oxuya  bilmədiyimiz  bircə  kitabı  özümüzlə  aparaq:  Oruelin 

"1984"romanını. Elə zənn etmişdik ki, bu sırf fantastik əsərdir. Sonra Moskvada bu kitabı 

oxuyanda başa düşdük ki,  anti-sovetlik baxımından bu əsər o biri kitablardan da tünd imiş.  

Nə  isə...  Qərara  gəldik  ki,  kitabları  aparmayaq.  Bəs  onları  harda  qoyaq?  Qaldığımız 

nömrədə  qoymaq  olmazdı.  Ayıq-sayıq  sovet  adamları  kimi  dərk  edirdik  ki,  "kəşfiyyat" 

dərhal  bu  kitabların  bizə  mənsub  olduğunu  müəyyənləşdirəcək.  Bələdçiyə  qaytarmaq  da 

olmazdı.  - Gəl bu kitabları elə bu oteldə, mərtəbələrin birində qoyaq,  - dedim -amma öz 

nömrəmiz  olan  mərtəbədə  yox,    başqa  mərtəbədə.    Maqsud:  -  hansı  mərtəbədə?  -  deyə 

soruşdu.  -Məsələn 17-ci mərtəbədə.  -17-ci niyə? - Çünki Oktyabr inqilabı 17-ci ildə olub 

- dedim.  

Kitabları  bir  yerə  yığıb  liftlə  17-ci  mərtəbəyə  qalxdıq,  orda  qoyub  nömrəmizə 

qayıtdıq.  

Amma  bu  əhvalatın  qəribə  sonluğu  oldu.  Təyyarəmiz  Moskvada  Şeiremetyeva 

aeroportunda  yerə  endi.  Sərhəddi  keçməyə  gələndə  gördük  ki,    bizi  Polad  Bülbüloğlu 

qarşılayır.  Polad  o  illərdə  ölkənin  ən  populyar  estrada  ulduzlarından  idi,  daha  çox 

Moskvada  yaşayırdı  və  tez-tez  xaricə  uçurdu.  Odur  ki,  aeroport  xidmətlərində  də  çoxlu 

dostu-tanışı vardı. Bizi görüb sərhədçiyə: - Propusti Vasya - dedi - eto moi druzya.  

Sərhəd  xidməti  də,    kömrük  xidməti  də  hər  ikimzi  bircə  dəqiqə  də  saxlamadan 

yoxlamasız-flansız buraxdı. Sərhəddi keçən kimi Maqsud üstümə düşdü: 



528 

 

-Gördün?  Heç  kəs  bizi  yoxlamadı.  Gərək  sənin  sözünə  baxmayaydım,    kitabların 



hamısını gətirəydim.  

-Bəs birdən Polad gəlməyəydi və bizi yoxlayaydılar, onda necə? 

Bizim mübahisəmizi zaman özü həll etdi. Amerikaya ilk səfərimizdən on beş-on altı 

il  sonra  bütün  o  yasaq  kiatblar  və  onlardan  da  qatı  antisovet  əsərlər  geniş  yayıldı, 

Rusiyanın  özündə  nəşr  olundu,  onları  hər  kəsin  oxumaq  imkanı  yarandı.    Qəzetlərdə  də  

sovet dövrünün dəhşətlərinə dair elə kəskin, ifşaedici yazılar dərc edildi ki, bizim o Nyu-

York gecəsində, "Kommador" otelin bilməm neçənci mərtəbəsində oxuduqlarımız onların 

yanında Turgenev romanları kimi mülayim və sakit mətnlərə bənzərdi.  

Sovet  dövründəki  müəyyən  hadisələri,  münasibətləri,  anlayışları  isə  sırf  realist 

qələmlə təsvir etsən bu Bekketin, İoneskonun absurd teatrından səhnələr kimi görünəcək.  

 

Məsələn,  1967-ci  ildə  ilk  dəfə  olaraq  respublikamızın  rəsmi  mədəniyyət 



nümayəndələrinin  tərkibində  Polşaya  getmişdim.  Səfərdən  qabaq  bizi  "Dostluq" 

cəmiyyətinə  dəvət  etdilər  və  mühüm  vəzifə  tutan  bir  məmur  başımıza  ağıl  qoymağa 

başladı:  -  dünyanın  azı  on-on  beş  kəşfiyyatının  diqqət  mərkəzində  olacaqsınız  (Polşada 

ha!),  sizi  izləyəcəklər,  ələ  almağa  çalışacaqlar,  provakasiya  edəcəklər  və  s.    və  i.  a.    bu 

qəbildən  xəbərdarlıqlar.  Ən  qəribəsi  məmurun  təklifi  idi:  Ola  bilsin  ki,  orda  sizə  suallar 

versinlər.  Yaxşı  olar  ki,  cavablarınızı  əvvəlcədən  hazırlayasınız,  burda  bizə  göstərəsiniz, 

təsdiq edək.  

Mən  cəsarətli  olduğumdan  deyil,  sadəlövh  olduğundan  sadəlövhcəsinə  soruşdum: 

Axı bilmirik bizə orda nə sual verəcəklər,  qabaqcadan cavablarımızı necə hazırlayaq? 

Məmur mat-mat mənə baxdı. Deyəsən bu variant onun ağlına gəlməmişdi.  

Bizim  nümayəndə  heyətilə  isə  başqa  bir  məmur  gedirdi,    Polşada  görüşlər  zamanı 

uzun bir məruzə oxumalıydı və təbii ki, məruzəsini əvvəlcədən yazıb hazır etmişdi, bütün 

instansiyalarda təsdiq etdirmişdi-əlbəttə qeydləri və təklifləri nəzərə almaqla. O məruzənin 

ruhu  belə  idi  ki,  Sovet  quruluşuna  qədər  Azərbaycanda  heç  nə  olmayıb,    hər  şey  məhz 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə