Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə167/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   163   164   165   166   167   168   169   170   ...   189

550 

 

şairin  güzəranını  yaxşılaşdırıb?  Azərbaycan  ədəbiyyvatının  küll  halında  latın  qrafikasına 



keçirilməsi  təşəbbüsü  də  bu  təşkilata  məxsusdur.Mən  hələ  ədəbi  orqanların  dövlət 

büdcəsinə keçirilməsini demirəm. Yazıçılar Birliyinin orqanlarından başqa,hansı qəzet və 

yurnal  sizə  yazılarınıza  ğörə  qonorar  verir,burada  pis  olan  nədir?Budur  əlinizə  firsət 

düşdü,kiminsə  hesabına  adınıza  layiq  toplu  dərc  etdiniz  və  o  saai  iç  üzünüzü 

göstərdiniz,adını  tənqid  qoyduğunuz  yazılar  xüdbinliklə,paxıllıqla,  təhqirlə  doludur. 

Pişiyin əli ətə çatmayanda «iylənib» deyər. 



Faiq Hüseynbəyli 

   Texniki universitetin magistri. 

 «Öz ləyaqətini qorumağın ən yaxşı yolu başqalarının heysiyyətinə toxunmamaqdır». 

    «Yeni Azərbaycan» qəzeti 12 avqust 2005 

 

 

 




551 

 

ANARIN BU  MÖVZUYA  SON  SÖZÜ: 

Ziyalılarımıza  ardıcıl  hücumlar  edənlərin  bəziləri  tez-tez    Yerevana  səfər 

edirlər.Yəqin  ki,orada  Azərbaycan  ziyalılarının  necə  axırına  çıxmaq  barədə  təlimatlar 

alırlar(təkcə təlimatlarmı?) Belələrindən biri yazır: «Anarın qanını şərbət kimi içərdim»  

Məsələ  ondadır  ki,bu  «həvəskar  vampirlər»  həm  də  dəhşətli  dərəcədə 

riyakardırlar.Onlara  deyəndə  ki,niyə  belə  tərbiyəsizlik,ədəbsizlik,qanacaqsızlıq  edirsiniz, 

deyirlər, nə olsun,bu tənqiddir də... 

Sizcə bu tənqiddir?Çox əcəb , onda mən  də Sizə çox yüngülvari bir tənqidlə cavab 

verirəm: 



Ay qara milçək 

Taxmışam əlcək 

Səni əzərəm 

Yaxamdan əl çək. 

Yaxamdan əl çəkin həzərat!  

Yığıcının diqqətinə!Xahiş edirəm həZərat sözündə  «Z» hərfinin yerinə  «Ş» hərfini 

yığmayasınız. 

 «Ədəbyiyat qəzeti» 

 

 

 



 

 

 




552 

 

DƏDƏ   QORQUD  DEMİŞKƏN… 



 

SÜLEYMAN  DƏMİRƏL.Heydər  Əliyevə  həsr  olunmuş  «Tarixə  məktub» 

məqaləsindən: 

 «Dədə Qorqud demişdir: «Oğul,sənin adını Azər qoydum,qoy  Azərlər çoxalsın!» 



(«Hürriyət» qəzeti 24 dekabp 2003, 

 «Azərbaycan» qəzeti 26 dekabr 2007) 

Anarın  şərhi:  Məlum  olduğu  kimi  Dədə  Qorqud  belə  söz  deməyib  və  dastanın 

mətnində  də  Azər  adı  yoxdur.Bu  sözlər  mənim  kinrossenarimdən  və  filmdəndir.Eyni 

ifadələri  mən  Respubika  sarayında  keçirilən  təntənəli  Dədə  Qorqud  -  1300  yubiley 

tədbirinin  bədii  hissəsinin  mətninə  də  salmışdım.Hörmətli  S.Dəmirəl  də  həmin  tədbirdə 

vardı və bu sözləri məhz orda eşitmişdi.Tədbirdən sonra məni təbrik etdi və teatrlaşdırılmış 

tamaşanı  çox  bəyəndiyini  söylədi,bu  tamaşanı  Türkiyəyə  dəvət  edəcəyini  dedi.Nədənsə 

sonralar  bu  söhbət  heç  kəsin  yadına  düşmədi.Ancaq  çox  daha  sonra,S.Dəmirəl  artıq 

Cümhur Başqanı olmayan zaman Ankarada oğlum Tural və nəvəm Rəsulla Süleyman bəyi 

evində  ziyarət  etdik.Bu  görüşdə  də  Dədə  Qorud  tamaşasını  xatırladı  və  Türkiyədə 

göstərilmədiyinə təəsüf etdi,  mənə aftoqrafla kitabını bağışladı. 

 

 Sayın S.Dəmirəllə daha əvvəldən tanış idik. Bilkənd Univsitetində Füzuli haqqında 

çıxışımdan  sonra  rəhməlik  Heydər  Əliyev  məni  Süleyman  bəyə  təqdim  etdi,o,da:  çox 

duyğusal konuşdunuz --dedi.  

 

«Azərbaycanda az qala dillər əzbəri olan bir Dədə Qorqub kəlamı haqqında.Filmdə 



Dədə Qorqud deyir: «Torpağın vətən olması üçün  iki şey etmək gərəkdi: əkib - becərmək, 

bir  də  düşməndən  qorumaq.Əkib-becərmirsənsə,  qorumağa  dəyməz,  qorumadınsa,əkib-

becərməyə dəyməz». Əslində bu kəlama  «Kitabi Dədə  Qorqud»da rast gəlmək mümkün 

deyil.Bu  Anarın  qələminə  məxsus  kəlamdı.  Bu,öz  sözünü  orta  əsr  qəhrəmanının  diliylə 

söyləyən XX əsr yazarının kəlamıdır. 



553 

 

NADEJDA İSMAYILOVA 

 «Kitabi  Dədə Qorqud»  

 («Azadlıq» qəzeti 11 iyun 1999)  

 

 «Dədə  Qorqud»u  son  zamanlara  qədər  İranda  o  qədər  də  tanımırdılar.İranda  onun 



fars    dilində  iki  tərcüməsi  vardır.Biri  ingilis  dilində  tərcümədir,o  biri  isə  yazıçı  Anarın 

«Dədə Qorqud» haqqında kitabının tərcüməsidir. İranla indi bu məsələ ilə maraqlananlar 

daha  çox  azərbaycanlılardır.  Xüsusən  gənclərdə  bu  dastanı  öyrənməyə  böyük  maraq 

oyanmışdır. 



CAVAD  HEYƏT.  

«Kitabi -Dədə Qorqud» dastanı xalqımızın şah əsəridir»   

(«Azərbaycan» qəzeti  2 aprel 2000) 

 «Kitabi  dədəm  Qorqud»  motivləri  əsasında  Anar  «Dədə  Qorqud»    adlı  povest 

yazmışdır…Anar  böyük  məharət  göstərmişdir.Faktiki  olaraq  o,oğuzların  epik  tarixini 

ümumləşdirmiş,onların  başına  gələnləri,nə  sayaq  və  hansı  ideallarala  yaşadıqlarını  bədii 

şəkildə mənalandırmışdır. 

  XALIQ KOROĞLU 

  Filologiya elmləri doktoru 

 

 «20  iyun  televiziyada  «Dədət  Qorqud»u  -Azərbaycanda  yaradılmış  film  kimi  seyr 



etdik.  Hər  şeydən  öncə  bu  filmi  yaradan  azəri  qardaşlarımıza  təşəkürümüz  var:Ən  azı 

bizim görəcəyimiz işi gördükləri üçün və bizə «Dədə Qorqud» kimi bir dastanımızın var 

olduğunu xatırlatmaları üçün. 

    ƏHMƏD KABAKLI 

 «Gün işığında Dədəm Qorqud»  

 «Tərcüman» qəzeti 1983.  

    



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə