Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə170/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   166   167   168   169   170   171   172   173   ...   189

562 

 

Duy məni Bəxtiyar! Duy məni  Şahmar. 



 

Bu günkü çağdaş Azərbaycan ədəbiyyatının ən dəyərli yazarlarından Anar mənə çox 

önəmli  bir  soru  sordu.  «Biz-dedi-dünki  Sovet  rejimində  bir  sıra  yanlışlıqlar  yapmaq 

məcburiyyətində  qaldıq.Çünki  bağımsız  deyildik.Siz  nələn  dildə  böyük  yanlışlıqlar 

yapırsınız?  Sizi  kim  zorlayır?  Nədən  türkcəni  həm  bizimlə  ortaq  bir  dil  olmaqdan 

çıxarırsınız,həm də Türkiyə ədəbiyyatını kasıblaşdırırsınız ?Dildə zərurət və məcbüriyyət 

olmadan  kəlmələr  dəyişdirilməz.  Məsələ,  millət,  hüriyyət,  həyat,  şərt,ehtiyac,şərəf, 

imkan,hekayə,  ağıl,şəhər,  ədəbiyyat,  hakimiy-yət,can  kimi  kəlmələrimiz  həm  Türkiyə 

türkcəsində,həm  də  Azərbaycan  türkcəsində  tamamən  ortaq  kəlmələrdir.İndi  siz  bu 

kəlmələrdən neçin vaz keçdiniz?Nədən millət yerinə ulus,hürriyyət yerinə özgürlük, həyat 

yerinə yaşam,şərəf yerinə onur deyirsiniz?» 

Mən  bu  sorunun  cavabını  Bakı  Dövlət  Universitesinin  öyrətim  üyələri  önündə 

verdim,indi  istəyirəm  ki,Anarın  sorusuna  bütün  «Tərcüman»  oxucuları  da,millətimiz  də 

cavab  verməyə  çalışsın.Nədən  tərk  ediyoruz,əvət  nədən  min  illik  kəlmələrimizi  tərk 

eliyoruz?  Nədən  türk  Gümhuriyyətləri  ilə  aramızdakı  ortaq  dili  pozuyoruq.  Bizi  kim 

zorlayır əcaba? Bu sorunu mən də sizə soruyorum» 



Yavuz Bülənt Bakilər. 

«Tərcüman» qəzeti 13 aprel 2004 

 

Bir şeir burakdım sana hədiyyə 

Bu qərib yolçunu unutma deyə 

Şahidimiz olsun ulu çinarlar 

Gün gələr oxuyub bizi anarlar 

Çinar xışıldayar pinara söylər 

Pinar da ustadım Anara söylər 

Bu sayədə eldən elə duyular 

Bizim də adımız şair sayılar. 



563 

 

  ƏLİ  AKBAŞ 

«GÖYGÖL» şeirindən  

 «Azərbaycan» qəzeti 10 avqust 1997 

 

Təyyarəmiz  səhərə  yaxın  Vyana  şəhərinin  səmasına  çatır.Yolboyu  Anarın  mənə 



verdiyi kitabları vərəqləmişəm, «Azərbaycan türkcəsinin  söz varlığı» və «Min beş yuz ilin 

oğuz  şeiri»  kitabları  mənimlə  yola  körpü  salıblar.«Azərbaycan  türkcəsinin  söz  varlığı» 

kitabını  vərəqləyəndə  Anar  bəyin  ağsaçları,tarixi  günümüzə  gətirən  işıqlı  gözlərini 

görürəm.Sanki  keçmişdə  qalmış  Azərbaycanımın  ən  hündür  nöqtəsində  duraraq  deyir: 

«Salam dünya!Səni tanımaq və Vətənim  Azərbaycanı sənə tanıtmaq istəyirəm» .Dünyanı 

salamlay 

an  və  onu  tanımaq  istəyən  bu  görkəmli  yazıçı  belə  deyirsə,biz  nə  söyləyə 

bilərik? 

Azərbaycan  Yaşıçılar  Birliyinə  getməyim  yadıma  düşür.  Otağında  bizi  gözləyən 

Anar  bəyin    yanına  gedirik.Anar  bəy  bizi  ayaqüstə  qarşılayır.Giddi  bir  ata  ədası  ilə  bizə 

baxır.Əlini  sıxıram.  Anar  bəy  gözlərini  gözümə  dikir  və  sözə  başlayır.Ağzından  çıxan 

kəlmələr ürəyimi doldurur,məni illərlə uğrunda mücadilə etdiyim Azərbaycanıma bir az da 

yaxınlaşdırır.O an öz-özümə «Orxan, bax,gördünmü, heç bir şey əvəzsiz qalmır»-deyirəm. 

«Sən  Vətənin  üçün  xaricdə  bir  adsız-sansız  oğul  kimi  dolaşdın,indi  sənə  dəyər  verirlər- 

deyirəm.Anar bəy Yazıçılar Birliyinin üzvlük vəsiqəsini  mənə təqdim edir. Bədənimi bir 

atəş  sarır.  «Əcəba,Hüseyn  Cavid,Əhməd  Cavad,Mikayıl  Müşviqdəmi  bu  vəsiqəni 

daşıyıblar»-  deyə  düşünürəm.  Söz  demək  sırası  mənə  gəlir.  Nə  deyəcəyimi 

bilmirəm,burada söyləmək istədiyim o qədər söz var ki…Dilimdən sözlər tökülür,  sanki 

sözlərmlə ağlayıram.Bunlar sadəcə sözlər deyil dostlar, göz yaşlarımdır! Ayrılıq,vüsal və 

vətənə sarılma anındakı göz yaşlarım. 



ORXAN ARAS. 

Almaniyada yaşayan türk-Azəri yazarı, 

«Tuna(Dunay) çayı axamam deyir»  

«525-ci qəzet» 17 mart 2007 




564 

 

 



Bu  gün  Orta  asiya  və  MDB  ölkələrinin  çoxunda  Yazıçılar  Birliyi  fəaliyyət 

göstərmir,Azərbaycan Yazıçılar Birliyinin fəaliyyət göstərməsini  və bu günə  kimi də öz 

ənənələrini saxlamasını görmək mənim üçün olduqca sevindiricidir. Əgər Anar olmasaydı 

Azərbaycan Yazıçı-lar Birliyi dağılmışdı.Mən istərdim ki,Azərbaycandakı kimi birliklərin 

hər bir ölkədə fəaliyyəti bərpa olunsun. 

ÇİNGİZ  AYTMATOV 

 

Belə  ağır  zamanda  Azərbaycandlı  həmkarlarım  özlərinini  Yazıçılar  Birliyini  bir 



yaradıcı  təşkilat  kimi  qoruyub  saxlaya  bilmişlərsə,bu  möhtəşəm  binanı  əldən 

verməyiblərsə,  üstündə  böyük  söz  sənətkarlarının  imzası  olan  tribunanı  hifz 

etmişlərsə,başda  Anar  olmaqla  onların  hamısına  çox  minnətdaram.  Anar  özünün  həm 

ədəbi-mədəni  aləmdəki,həm  cəmiyyətdəki  nüfuzuyla  Azərbaycan  Yazıçılar  Biprliyini  

qoyruyub saxlamağa nail olub. 

Prezident təqaüdlərinin,rəsmi adların təqdim edilməsində də Anarın böyük rolundan 

danışmaqla vaxtınızı almaq istəmirəm,Anar,bütün görülən işlərə görə çox sağ ol! 

OLJAS  SÜLEYMENOV 

 

Türk 



xalqları 

dünya 


səviyysində 

tanınan 


şəxslər 

yetişdirdi.Çingiz 

Aytmatov(Qırğıstan),Muxtar  Şaxanov  (Qazaxstan),Anar(Azərbaycan)  və  s.  Bu  gün  onlar 

ön sıralarda bulunan dünya yazarları arasındadırlar.Onlar bizləri dünyaya tanıtmağa çalışdı 

və çalışırlar.Belə bir tanıtma uğrunda dünya ədəbiyyatının Olimp dağına çıxırlar. 

YÜNİS KANDİMOV 

Krım-tatar yazıçısı  

 

«Ağ  qoç,qara  qoç»  əsəri    məni  sarsıtdı.Düşündüm  ki,müasir  Azərbaycan 



ədəbiyyatında  bu  .gün  rus  yazıçılarının  yazdıqlarından  daha  güclü,daha  ciddi,daha  dərin 

əsərlər var,qoy rus yazıçıları məndən inciməsinlər. 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə