Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə166/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   162   163   164   165   166   167   168   169   ...   189

547 

 

 -Təmiz sima,təmiz ad,təmiz qələm saxlaya bilməyən binəsiblər …Rəsul Rzanın bir 



şeirində deyi1diyi kimi indi qələm ucuz,kağız boldur.Vicdanın ucuzlaşdığı,sözün urvatdan 

düşdüyü,dəyərlərin dəyişildiyi zamanlda komsomol siyasətçilər,yıpranmış naftalın qoxulu 

yaşarlar,evdə xoruz,çöldə fərə əllaməçilər nə yazır yazsın. 

Yazıya  pozu  yoxdur.Hər  kəsin  yazısı  öz  taleyidir.Allah  hər  kəsə  öz  ürəyincə 

versin.Necə  ki,verib.  karvansa  keçib  gedir.Mən  Anara  yeni  əsərlər,yeni  mücadilələr 

arzulayıram.Mücadilənm  ön  sıralarında  olmaq  Rəsul  Rzanın  özünə  andı,oğluna,gəncliyə 

vəsiyyətidir. 

 Allah Rəsul Rzaya,Nigar xanıma rəhmət eləsin! 

Bağışlama gücünü Allah bizdən əksik eləməsin. 

Amin! 



Kamil Vəli 

«…karvan keçir».  «Yazıçı» qəzetinin xüsusi buraxılışı. 1998 mart. 

 

Anar  kimi  ədəbi  fəaliyyətə  başladığı  gündən  öz  xalqı,Vətəni  üçün  yorulmadan 



çalışan 

bir 


adamın 

ünvanına 

mitinqlərdə 

xoşagəlməz 

eyhamlarp 

atırıq.Bu,nankorluqdan,ziyalı  əməyini  yerə  vurmaqdan  başqa  bir  şey  deyildir.Bu  gedişlə 

biz hara gedirik? 

İsrail Musayev 

 «Suverenliyə atılan güllələr».«Azadlıq» qəzeti  

22 sentyabr 1990 

 

 



 


548 

 

SÖYÜŞCÜL İNKARÇILAR 



 

 Azərbaycan  cəmiyyətində  çox  zərərli  bir  tendensiya  müşahidə  olunur.Məmləkətdə 

milləti, ziyalıları, ictimai-siyasi xadimləri, nəhayət, ən başlıcası dövləti yeri gəldi-gəlmədi 

aşağılamağa çalışanlar,təhqir edənlər peyda olub və onların sırası getdikcə böyüyür. Həmin 

təbəqəyə  mənsub  olanlar  öz  şəxsi  fikirlərini  çoxluğun  adından  cəmiyyətə  sırıyırlar,bütün 

fəaliy-yətlərini  -  hər  şeyi  inkar  üzərində  qururlar.  Onların  əksəriyyəti  müxtəlif 

sahələrdə,xüsusilə mətbuatda çalışan, ədəbiyyata, başqa yaradıcılıq sahələrinə az-çox dəxli 

olan gənclərdi. Belələrinin arasında bir xeyli sabiq gənc də var. İndikilər də məhz onları 

özlərinin kumirləri, mayakları sayırlar. 

Bunlar  ədəbiyyvatda  Ramiz  Rövşəni,Anarı,Elçini,Bəxtiyar  Vahabzadəni,  Vaqif 

Səmədoğlunu,  Kamil  Vəli  Nərimanoğlunu,  Rəşad  Məcidi,  siyasətdə Müsavatı,  AXCP-ni, 

ADP-ni,  ALP-ni,  YAR-ı,  İsa  Qəmbəri,  Əli  Kərimlini,  başda  «Yeni  Müsavat» 

olmaqla,ölkənin gündəminə təsir göstərən qəzetləri birmənalı şəkildə qəbul eləmirlər,Təbii 

ki,bu onların öz işləridir.Amma məsələ ondadı ki, hamının bu cür düşünməsini,onlar kimi 

hərəkət  etməsini  istəyirlər.Buna  görə  də  nəinki  tanınmış  şəxsləri,hətta  onlar  kimi 

düşünməyən,yazmayan insanları da təhqir hədəfinə çevirirlər. 

Hərəyə  bir  qulp  qoyurlar.Şəhərliləri  qəbul  eləmirlər,  kəndlini  bəyənmirlər,dindarı 

məsxərəyə  qoyurlar,milli  musiqiyə,muğama  ilişirlər,  «biz  şair  xalqıq»  -deyib  şairlərə 

ironiya edə-edə özləri şeir yazırlar. 

Kimlərinsə  Ramiz  Rövşənin,Anarın  və  başqalarının  yaradıcılığını,  hansısa 

qəzeti,siyasətçini  bəyənməməsi  təbiidir.Bu,hər  kəsin  şəxsi  işidi.  Amma  böyük  iddiada 

olanlar 


adını 

çəkdiyim 

və 

çəkmədiyim 



söz 

adamları-nın, 

curnalistlərin 

yaradıcılığını,siyasətçilərin fəaliyyətini tənqid etmirlər,öz yazılarını, fəaliyyətlərini, əslində 

isə  mövcüdluqlarını onları alçaltmaq,açıq və qaba təhqirlər üzərində qururlar. Böyüklərə 

və  tiraclılara  ilişib,böyümək,tiraclı  olmaq  iddiası  göstərir  bunlar.  «Filankəsin  infarkt 

olduğu günü görsəm,özümü dünyanın  ən xoşbəxt adamı sayaram» - yazmaq nə  zamandan 

yaradıcılıq, postmodernizm,istedad olub? 




549 

 

Bəs 



əvəzində  nə 

təklif 


edirsiniz? 

Mən  bir  oxucu  kimi 

Ramiz 

Rövşəni,Anarı,Elçini,hədəfə aldığınız başqalarını oxumayım,kimi oxuyum? Muğama qulaq 



asmayıb,nəyə  qulaq  asım?Niyə  insanları  təhqir  etməklə  öz  «ilahi»  missiyanızı  bitmiş 

sayırsınız?Soruşanda  ki,filankəsləri  niyə  təhqir  edirsiniz,  deyirlər,hakimiyyəti 

dəstəklədiyinə  görə.Bəs,Ramiz  Rövşənə  niyə  daş  atırsınız?  Deyirlər  ki,hakimiyyəti 

dəstəkləyən  Anarla  dostluq  edir.Əgər  doğrudan  da  belə  prinsipialsınızsa,bəs  Əkrəm 

Əylisliyə  qarşı  niyə  başqa  münasibət  göstərirsiniz?Niyə  öz  yazılarınızda  daha  çox 

müxalifətə,müstəqil söz adamlarına çamur atırsınız?Hakimiyyəti isə ümumi sözlərlə tənqid 

etməklən  o  yana  keçmirsiniz?Buradanca  aydın  olur  ki,məsələnin  mayasında  heç  də 

ədəbiyyat davası,recimə qarşı mübarizə dayanmır. 

Əgər  sizlər  özünüzdən  əvvəlkiləri  qəbul  etmirsinizsə,əlinizdə  kifayət  qədər 

imkanlarınız  var,bir  samballı  şeir,hekayə  də  siz  qoyun  ortaya.Allaha  şükür,indi  ki,çap 

olunmaq problemi yoxdu. 

Özünüzdən,mənsub olduğun qrupdan başqa hamını inkar etmək,nümayəndəsi olduğu 

millətin  ünvanına  hədyanlar  yağdırmaq,  bəzi  hallarda  isə  hətta  Allahı  belə  inkar  etmək 

istedad  sayılmır.Bu  tip  «istedad»  sahibləri  ortaya  yaxşı  heç  nə  qoya  bilmirlər,heç  nə  ilə 

yadda qalmırlar və belələrinin «istedadı» beşikdəcə məhvə məhkumdur. 

Və nəhayət,bu qədər adamın bir yerə yığışması, demək olar ki,hər gün xalqı təhqir 

etməsi təsadüfi sayıla bilməz. 

Təsadüfi heç nə olmür… 



Zabil Müqabiloğlu 

 «Yeni Müsavat» 20 fevral 2007 

 

Mənim üçün Anar təkcə Rəsul Rzanın oğlu olduğuna görə əzizdir.Bir yazıçı kimi isə 



Anar  Rəsul  Rzanın  şah  əsəridir.  Çərçivəsizlər  düşmən  gözü  ilə  baxdıqları  Anarın 

böyüklüyünü  dərk  edə  bilməzlər.Onun  yazdıqlarının  birini  belə  əmələ  gətirməyə  qadir 

olmayan  boşboğazlar  AYB-ni  ələ  keçirsələr,görəsən  orada    nələr  baş  verər?Yaradıcılıq 

fərdi məsələdir.Lakin çərçivəzsizlərin paxıllıqla qarşıladığı «imtiyazlar» azmı yazıçının və 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə