Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə162/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   158   159   160   161   162   163   164   165   ...   189

535 

 

gecə biçarə Brecnevin bağrı çatlayıb və Yura da kamal-ədəblə keçib oturub onun taxtında. 



Dedim yaxşı, mən ki bunu elədim, day məndən əl çəkərlər. Amma deyir, sən öz saydığını 

say, gör fələk nə sayır. Bir neçə ay keçdi, nəhayət ki, «İdiotlar» romanını oxuyub bitirdim 

və hətta başıma belə bir fikir gəldi ki, bu əsəri dilimizə çevirsəm, lap yerinə düşər. Mən bu  

təmənnada ikən bir gün pürrəngi çay içdiyim vaxt yenə Moskvadan telefon oldu. Bu səfər 

zəng  eləyən  Çernenko  idi.  Dedi  ki,  heç  o  yan  bu  yanı  yoxdur,  Brecnev  məsələsindən 

agaham,  indi  də  gərək  mənim  işimə  əncam  çəkəsən.  Xahiş  edirəm  bir  şey  toqquşdur  ki, 

Andropovu  aşırıb  onun  yerinə  keçim.  Xeyli  çənə-boğaz  olduq,  axır  ki,  razılıq  verdim, 

"Dədə  Qorqud"  kinosunu  yazdım  və  Andropov  bədbəxt  də  bu  kinoya  baxan  kimi  canını 

Çernenkoya tapşırdı. 

Tolstoyla  Dostoyevskinin  «İdiotlar»  romanının  tərcüməsinə  təzə  başlamışdım  ki, 

pürrəngi çay içdiyim dəmdə telefonum yenə yetim quzu kimi mələdi. Bəli, düz tapmısınız, 

Qorbaçov idi ki, vardı. Dedi, əşi, nə qədər bu qocaların əlində qalacayıq, ölüb getmirlər ki, 

biz cavanlara da yol açılsın. Eşitməmisan, at öləndə itin bayramıdır. İndi gərəkməzmi ki, 

bizim küçəmizdə də bayram olsun. 

Hərifin  könlündəkini  göydə  tutdum.  Dedim,  xeyir,  keçəl  suya  getməz,  macalım 

yoxdur,  əlimdə  işim  var,  uzun  zamandır  vaxtımı  "İdiotlar»a  sərf  edirəm.  Dedi,  əşi  nə 

tələsik  işdir,  «İdiotlar»  qaçmır  ki,  bu  gün  var,  sabah  var,  istədiyin  vaxt  bununla  məşğul 

olarsan, «İdiotlar» cabəca durub yerində... Sən gəl, bu günün işini sabaha qoyma, gəl bu 

Çernenkonun işini bitirək. Əlqərəz, axır məni razı saldı və oturub «Evləri köndələn yar» 

telepyesimi  yazdım.  Elə  ki,  dostum  Ramiz  Həsənoğlu  bu  tamaşanı  Bakı  televiziyasıyla 

göstərdi, sabahı xəbər gəldi ki, Çernenko buna baxıb ömrünü bizə bağışlayıb. Odur ki, əziz 

qardaşlar, «Azadlıq»da nə yazıblar hamısı düpbə-düzdür, intəhası bir az müxtəsər yazıblar, 

görünür, yerləri olmyıb. 

Amma, doğrusu, bilmirəm, bir məsələ var, ondan xəbərdardırlar, ya yox. Qoy onu da 

danışım ki, ürəyim sakit olsun. Bəli, nə gizlədim, günlərin bir günündə Budyonnı da mənə 

zəng  eləmişdi.  Dedim,  ay  Allah,  yəni  bu  şeşəbığ  da  hakimiyyət  həvəsinə  düşüb?  Demə 

yox,  başqa  dərdi  varmış.  Məndən  ayrı  şey  xahiş  elədi.  Dedi,  amanın  günüdür,  halım 



536 

 

fənadır,  məni  qurtar.  Bilirsan  ki,  hələ  vətəndaş  müharibəsi  illərindən  mən  dovğanın 



dəlisiyəm.  Di  gəl,  arvadım  xörək  bişirəndə  qəzetlərdəki  səfeh  yazılara  elə  aludə  olur  ki, 

dovğanı  bulamağı  unudur,  dovğa  çürüyür  və  mən  də  qalıram  ac.  Gəlsənə  elə  bir  şey 

yazasan ki, arvadağa dovğa bulayanda qəzet yox məzəli bir roman oxusun. 

Fikirləşdim ki, qoca kişidir, nə ömrü qalıb, yazıqdır, könlünü sındırmayım.  Dedim 

xub,  oturub bir gecədə  «Beşmərtəbəli  evin  altıncı  mərtəbəsi»ni  yazdım.  Sonralar  eşitdim 

ki, şeşəbığ Budyonnunun arvadı romanımı oxuyub qəşş edib neçə gün əri yazığı dovğasız, 

bozbaşsız qoyub, bədbəxt marşal da acından ölüb. Necə deyərlər, Qəribi də elə bax burda 

ağlamaq tutur. 

Ağlamaq  dedim,  Mirzə  Cəlil  rəhmətliyin  bir  sözü  yadıma  düşdü:  "Ağlamağımın 

səbəbi? Ağlamağımın səbəbi budur ki, belə insanların içində yaşamağa məcbur oluram, bir 

çarəm də yoxdur». 

 

28 noyabr 2000 

 

P.S.  Bu  felyetonun  yazılma  səbəbi    «Azadlıq»  qəzetində  çıxan  bəzi  yazılarla 

bağlıdır.Milli  Məclisə  seçgilərdə  mənim  rəqibim  olmuş  bir  cavan  muxalifətçi 

jurnalist,seçgidə  uduzandan  sonra    sonra  «Azadllıq»  qəzetində  mənim  əleyhimə 

«Ljedeputat və Ədədiyyat naziri» adlı iri bir yazı çap etdirdi.Yazıda elə təxminən  «Etiraf» 

felyetonunda olduğu şəkildə mənim «Yaxşı padşahın nağılımı» Andropovu dəstəkləmək və 

Brejnevi  yıxmaq  üçün  yazdığım  iddia    olunurdu.Belə  ittihama  ciddi  cavab  vermək 

olmazdı,odur ki, məzəli şəkildə yazı yazdım. 

Amma  məsələnin  ən  məzəli  tərəfi    odur  ki,o  vaxt  məni  iqtidar  tərəfdarı  olduğum  üçün 

«ifşa» edən müxalifətçi jurnalist, az sonra siyasi mövqeyini,əqidəsini və sifətini 180 dərəcə 

dəyişdi və hazırda iqtidarın ən şaqraq televiziya bülbülüdür.    

   

 

 



 


537 

 

ŞƏKƏR  ZƏHƏR ARASINDA 



 

Ədəbiyyat çabalayır 

Kəndlə şəhər arasında 

Yazır,yazır,hey yazırlar      

Axşam - səhər arasında 

Mətbuat zəhərlədikcə       

Artır qanımda şəkərim 

Boylə keçdi ömrüm mənim 

Şəkər - zəhər arasında. 

 

Azad sözü,sərbəst fikri buxovlayan Sovet rejiminin çökə-çök vaxtı bir az hürriyyət 



havası  əsməyə  başlayanda  buna  sevinən,ciyər  dolusu  nəfəs  alanlarla  bərabər    azadlığı 

azğınlıq  kimi  dərk  edən  bir  para  cızma-qaraçılar  da    gündəyməzdə  çiban  tək  pırtlayıb 

çıxdılar.  İllər  boyu  içlərində  ziyalılara  qarşı  boğduqları  nifrəti,həsədi,hikkəni  kürül-kürül 

mətbuat  səhifələrinə  ifraz  etməyə  başladılar  Senzuranın  aradan  götürülməsini  sovet 

dönəmində  başları  Qlavlitdən  çox  bəlalar  çəkənlər  sevinclə  qarşıladı,  o  dövrdə    çıqqırını 

belə çıxarmayanlar isə  birdən birə yaman qoçaqlaşdılar, «icazəli cəsarətdən» istifadə edib 

ziyalılara qarşı mənəvi  (arzu və xəyallarında isə fiziki) terrora başladılar. Belə təşəbbüslər  

təzə  -təzə  başlayanda  ziyalıları    fiziki  cəhətdən  belə  aradan  götürmək,məhv 

etmək,öldürmək  təklifləri səslənirdi. 

Hələ  keçən  əsrdə,  1991  -ci  ilin  mart  ayında  Azərbaycan  Yazıçılarının  1X  qurultayında 

etdiyim məruzədən bu mövzuüla bağlı bir parçanı burda gətirmək istəyirəm: 

«Azərbaycan» qəzetində bir oxucu məktubu çap olunub,qəzet,ədbəttə, bu oxucunun 

mövqeyini  tənqid  edir,amma  məktubun  özü  səciyyəvidir.  Məktub  müəllifi  yazır  ki, 

«Şəxsən mən yanvarın 20-də baş verən hadisələrin səbəbinin doxsan faizini resbilikamızıın 

ziyalılarında görürəm». Soruşasan ki, niyə, ay qardaş, nə səbəbdən,nə cür günahkardırlar 

ziyalılar?  Amma  görünür,bu  sualların  heç  bir    mənası  yoxdur,çünki  məktub  müəllifinin 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə