532
intonasiyasıyla yeni mətni oxumağa başladı və eyni sözlərin təkrar olduğunu görüb: -Nu,
eto ya uce kacetsya çital - dedi.
Sən demə iki mətni dəyişik salıbmış. Bir mətn bu günkü iclasda, ikincisi isə axşam
banketdə söylənəcək nitqin mətnləri imiş. Hər iki mətnlərdə ümumi yerlər olsa da, hər
halda Sarayda, iclasda söylədiyi nitqini: - İndi də gəlin bu badələri qaldıraq - sözləri ilə
bitirsəydi konfuz alınardı.
O günlər Brejnevi lap yaxından gördüm. Sanki sudan çıxarılıb quruya atılmış balıq
kimi təngnəfəs bir halda hava udurdu, elə bil hava çatmırdı ona, elə bil boğulurdu.
Baxışları isə donuq şüşə baxışlar idi. Yaxından adama elə gəlirdi ki, insan deyil, insan
paltarı geyindirilmiş, üzünə insan masqası taxılmış robotdur.
Brejnev öldü, yerinə Andropov gəldi, az sonra o da öldü, yerinə Çernenko seçildi.
Günlərin bir günündə Teatr cəmiyyəti xəttiylə Naxçıvana getmişdik. Naxçıvanda
tədbirləri keçirəndən sonra Muxtar Respublikanın başqa bir rayonuna getməliydik. Amma
səhər eşitdik ki, nümayəndə heyətimizin başçısı, Teatr Cəmiyyətinin sədri rejissor Şəmsi
Bədəlbəyli xəstələnib, ürəyi sancır. Məni yanına çağırdı. - Mən gedə bilməyəcəm - dedi - o
rayona gedən dəstəyə sən rəhbərlik et.
Yatağında uzanmışdı, rəngi qaçmışdı, oğlu, məhşur pianoçumuz Fərhad Bədəlbəyli
də yanında idi.
Şəmsi müəllimdən nigarançılıqla ayrılıb rayona getdik. Rayonun rəhbəri bizi
qarşılayıb proqramı dedi. Elə bu vaxt bir nəfər ona yanaşıb qulağına nə isə pıçıldadı.
Rayon rəhbəri bir an tutuldu, Naxçıvandan gəlmiş Partiya katibi qadınla məsləhətləşdi
sonra mənə: tədbirləri təxirə salmalıyıq - dedi - amma hər halda nahar edək, sonra
Naxçıvana qayıdın. - Nə olub ki? - kişi, rəhmətə getdi.
-Nə? - deyə sarsıldım - Mənə bir maşın verin, mən təcili Naxçıvana qayıtmalıyam. -
Anar müəllim nahar edin, bir balaca banketimiz var, sonra gedərsiz - dedilər.
-Nə banket, nə nahar canım - dedim. - Biz ailəlikcə yaxın adamlarıq. İndi orda
yanında təkcə oğlu qalıb, mən dərhal özümü ora yetirməliyəm.
533
Gördüm ki həm yerli rəhbərlik, həm də Naxçıvandan gələn partiya katibi mənə çox
təəccüblə və hətta bir qədər ehtiyatla baxır.Bir xeyli anlaşılmazlıq dəqiqələri keçirəndən
sonra hər şey aydınlaşdı.Demə rəhmətə gedən, şükür allaha Şəmsi müəllim deyil,ölkə
başçısı Çernenko imiş. Hamı mənim Çernenkonun vəfatından belə sarsılmağıma,onunla
ailə dostu olmağıma, oğlunu belə anlarda tək buraxmamaq istəyimə mat qalıbmış. Əlbəttə
hər bir insanın ölümü itkidir və Çernenkoya da allah rəhmət eləsin. Biz onun ölümünə
sevinmirdik, Şəmsi müəllimin sağ-salamat olmasına sevinirdik. Əlbəttə nahar da elədik,
banketdə tostlar da deyildi. Naxçıvandan gəlmiş Partiya katibi - qadın isə mənə belə dedi:
Nə danışırsız Anar müəllim, iraq-iraq Şəmsi müəllim rəhmətə getsəydi biz heç banket
eləməyə razı olardıq. Müsəlman deyilik?
Bu
sözlər mənimçün Perestroyka-Yenidənqurma deyilən bir dövrün
başlanğıcından xəbər verirdi. Düşünürdüm ki, nəinki Stalin, heç Brejnevin belə ölümünə
sovet adamları, o cümlədən partnomenklatura bu sayaq münasibət bəsləyə bilərdimi?
İnsanların psixologiyasında, ümumən cəmiyyətin ab-havasında, quruluşun mahiyyətində
nə isə dəyişməyə başlamışdı. Amma bu dəyişikliklərin başlandığını duya bilsək də, onların
qısa bir zaman ərzində nələrə gətirib çıxaracağını o vaxt heç birimiz təsəvvürümüzə belə
gətirə bilməzdik.
Çernenkonun ölümüylə əlaqədar olaraq Moskvada matəm günləri başlanırdı,
Naxçıvanda isə biz o gün deyib gülürdük. Görünür ağır, çətin keçmişimizdən gülə-gülə
ayrılmalıyıqmış. Sovet sisteminin qəmli məzhəkəsi sona yetirdi.
1 avqust 1999
534
ETİRAF
Son zamanlar «Azadlıq» qəzetində bir para anarşünaslar peyda olub ki, bəzən
dilxoşluq üçün özlərini rzayevşünaslar kimi də qələmə vermək istəyirlər. Nə sözüm var,
anarşünas yox, rzayevşünas olsunlar, etirazım yoxdu. Təki könülləri xoş olsun. Bu şünaslar
mənim tərcümeyi-halıma elə əlavələr edirlər ki, vallahi-billahi, demə, mənim özümün
özümdən indiyəcən xəbərim yoxmuş. Sən demə, mənim tərcümeyi-halımı, haçan nə
dediyimi məndən yaxşı bilirrmişlər. Sağ olsunlar, nəinki haçansa dediklərimi, hətta heç bir
vaxt demədiyimi də bitdə-bitdə toplayıb şifahi yaradıcılığımı bir xeyli zənginləşdiriblər.
Buna görə ən səmimi təşəkkürlərimi qəbul etsinlər. Bir məsələ ilə əlaqədar olaraq
«Azadlıq» qəzetinin 25-27 noyabr sayında çıxan yazıların müəlliflərinə xüsusi
minnətdarlığımı bildirmək istəyirəm. Çünki, doğrudan da, ömrümün elə məqamları var ki,
onları indiyəcən gizli saxlamışdım və elə düşünürdüm ki, bunları heç kəs bilmir. Sən demə,
«Balıq bilməyəni də Xalıq bilirmiş».
Əlqərəz, bu möhtərəm qəzetin həmin nömrəsində faş olunub ki, Anarın, yə'ni
bəndeyi-fəqirinizin «Yaxşı padşahın nağılı» hekayəsini yazmaqda məqsədi Brecnevi yıxıb
yerinə Andropovu gətirməkmiş və buna xüsusi sanksiya alıbmış. Düz sözə nə deyəsən?
Tamamilə doğrudur. İndi ki, bu sirrimi açdılar, mən də səmimi etiraf edib həmin fikrin
həqiqət olduğunu sidq-ürəklə yeni nəsillərə, indiki qəzetçilərə və gələcək tarixçilərə
çatdırmaq istəyirəm. Qoy hadisəni olduğu kimi danışım ki, ürəyimdə illər boyu daş kimi
gəzdirdiyim pünhan sirrim axır ki, açılsın.
Bir gün oturub pürrəngi çay içir və Dostoyevskiylə Tolstoyun «İdiotlar» romanını
mütaliə edirdim. Qəfildan zəng oldu, Andropov idi, xoş-beş, on beşdən sonra dedi ki, ay
Anar, axı mən heç cür bu Brecnevi yıxıb yerinə keçə bilmirəm. Ümidim bircə sənədir,
bəlkə bir hekayədən-zaddan quraşdırıb bu qoca həpəndin axırına çıxasan. Əvvəl bir az
nəm-nüm elədim, axır saqqızımı oğurlaya bildi. Oturub elə gecəynən «Yaxşı padşahın
nağılı»nı yazdım va tərcümə etdirmədən bir başa Andropova göndərdim. Sonralar bildim
ki, Andropov hekayəni alan kimi cumub Kremlə, tez-tələsik Brejnevə oxuyub, elə həmin
Dostları ilə paylaş: |