Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə158/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   154   155   156   157   158   159   160   161   ...   189

521 

 

    

Millət  vəkili,Xalq  yazıçısı  Anar  Milli  Məclisin  dünənki  iclasında  Şəhidlər  

muzeyinin   yaradılmasının  vacibliyini  dilə  gətirib.Onun  sözlərinə  görə  bu  haqda 

parlamentdə dəfələrlə məsələ qaldırsa da,heç bir müsbət nəticəyə nail olmayıb.Bu müzeydə 

XX  əsrdə,eləcə  də  indi  xalqımızın  başına  gətirilən  müsibətləri,fəlakətləri  əks  etdlirən 

materialların,sənədlərin,tarixi  faktların    toplanması  son  dərəcə  vacibdir.Ermənilər  bir  şey 

olan kimi   yalandan-  gerçəkdən  cürbəcür  abidələr  ucaldır,muzeylər  yaradırlar.  Ancaq 

bizdə isə indiyə kimi bu yöndə heç bir iş görülməyib. 

«525-ci qəzet» 17 mart 2004 

  

Yazıçı  Anar dünyanın bir  çox  ölkələrində  Dil  bayramının  mövcud olduğunu deyib 



təklif  verdi:  «Dövlət  başçısının  Azərbaycan  dili  ilə  bağlı  fərman  verdiyi  18  iyunu  Dil 

bayramı kimi qəbul edək.Və hər il bu bayramı qeyd edək. 



 «Yeni Müsavat» qəzeti  23 iyun 2001 

 

 



 


522 

 

TARİXİ  BAĞ  QARAJ  OLMAMALIDIR 



 

Üzün illər ərzində 26-lar bağı kimi tanınan bağ Bakının tarixi güşəsində yerləşir və 

özü  də  tariximizin  bir  parçasıdır.  Məhz  bu  meydanda  1918-ci  ilin  qanlı  mart  günlərində 

bolşevik-daşnak  qüvvələri  minlərlə  azərbaycanlını    qətlə  yetirmişlər.Tarixin  bu  qara 

ləkəsini yaddaşdlardan silmək üçün sovet dövründə 26 Bakı komissarı kimi mifləşdirilmiş 

adamların həqiqi ya da saxta cəsədləri bu yerdə torpağa basdırılmış və bağa da müvafiq ad 

verilmişdir. Eyni üsulla Çəmbərəkənd qəbistanlığında basdırılan mart qurbanlarının izini-

sorağını  itirmək  üçün  orada  vaxtilə  Kirovun  heykəli  ucaldılmış  və  parka  da  onun  adı 

verilmişdir.26-lar  bağında  həm  dörd  komissarın  sonralar  sökülmüş  qabartmaları 

(baralyefləri),həm də onlara həsr olunmuş simvolik abidə ucaldılmışdır.Bir neçə il bundan 

qabaq  bir  yazımda  təklif  etmişdim  ki,  bu  bağ  «18-ci  İL  MART  QURBANLARI  BAĞI» 

adlandırılsın və simvolik heykəli saxlamaqla onun halə-dairəsi üzərində bu sözlər yazılsın. 

Belə olduqda Qara Qarayevirn vaxtilə burada səslənən ölməz rekviyemi mart qurbanlarına 

ağı kimi qavranılardı. Təəssuf ki,bu təkliflərin heç biri həyata keçməmişdir. Bu günlərdə 

bəzi qəzetlərdə oxuduğum  məlumat isə  məni sarsıtdı.Əgər bu məlumata inansaq, hansısa 

əcnəbi  şirkət  keçmiş  26-lar  bağının  yerində,  təbii  ki,  ağacları  kəsərək,  qaraj  tikmək 

niyyətindədir.  Əgər,  xüdanəkarda,  belə  bir  iş  baş  tutsa,  bu,  tariximizə  də,  mart 

qurbanlarının  ruhuna  da  vurulmuş  ən  ağır  yara  olardı.  Həm  ekoloji,  həm  də  memarlıq 

baxımından bu, şəhərimizin formalaşmış mərkəzinin büsbütün tarmar edilməsi və Bakıda 

daha  bir  yaşıllıq  oazisinin  məhvi  deməkdir.  Bakının  günü-gündən  artan  nəqliyyat 

problemləri  əlbəttə qarajların,  avtomobil  dayanacaqlarının  yaranmasını  tələb  edir.  Amma 

başqa böyük şəhərlərdə olduğu kimi belə qaraj-dayanacaqların yer altında yerləşdirilməısi 

münasibdir.  İnanmaq  istəyirəm  ki,  Bakı  İcra  hakimiyyəti  bağın  qaraca  və  ya  hər  hansı 

inşaat obyektinə,binaya çevrilməsinin qarşısını alacaqdır 



ANAR 

Milli Məclisin Mədəniyyət məsələləri üzrə daimi komissiyasının sədri    

 «Azərbaycan» qəzeti 23 sentybr 2005 



523 

 

   



Yazıçı  Anar  da  fəxri  adların  verilməsinin  əlyhinə  olduğunu  dedi:  Bir  vaxt  bunun 

əleyhinə  çıxdım  ki,indiyə  kimi  kim  ki,alıb  halal  xoşu  olsun.Amma  bundan  sonra 

yığışdırmaq  lazımdır.  Sonra  mənim  özümə  fəxri  ad  verildi.Onda  susdum.Ona  görə  ki, 

deyəcəkdilər,.özü  alıb,bizə  imkan  vermir.  Amma  yenə  də  əleyhinə  olduğumu  bildirirəm. 

Fəxri  adın,əsəb  gərginliyinən  başqa  heç  bir  xeyri  yoxdur.Bu,sovet  sistemindən  qalmadır. 

Dünyanın  heç  bir  yerində  bu  prinsip  mövcud  deyil.Qiymətləndirmənin  başqa  yolları  ola 

bilər,  məsələn,müxtəlif  imtiyaz  və  mükafatlarla  dövlət  yardım  edə  bilər,çünki  bütün 

ölkələrdə bu cür mükafatlandırmalar var.Amma fəxri adlar keçmişin qalığıdır və lazımsız 

bir şeydir. 

 

«Bakı Xəbər» 27 dekabr 2006 

 

 

 




524 

 

 



 

 

 



 

Q U R A M A 


525 

 

QƏMLİ   MƏZHƏKƏ 

 

1973-cü ildə ilk dəfə Amerika Birləşmiş Ştatlarına  getdim.  Sonralar daha bir neçə 



dəfə  bu  ölkədə  olmuşam,  amma  ilk  səfərimin  təəssüratı  unudulmazdır.  Dəstəmiz  kino 

işçilərindən  ibarət  idi.  Nyu-Yorkda,  Vaşinqtonda,  Los  Ancelesdə,  San-Fransiskoda,  San 

Dieqoda olduq. Nyu-Yorkda o vaxt Amerikanın və dünyanın ən uca binası sayılan Empayr 

Steyt  Bildinqin  damına  qalxdıq.  Metropoliten  muzey,    Art  modern  muzey,  Huqenheym 

muzeylərini gəzdik, Kaliforniyada Miur meşələrinə,  Hollivuda, Disneylendə, Marinlendə, 

San  Dieqoda  məşhur  zooparka  baş  çəkdik.  Amerika  məni  ilk  öncə  miqyaslarıyla  və 

ritmləriylə heyran qoydu.  

Binalar,  yollar,  körpülər,  məsafələr  -  hər  şeydə  bir  ölçü  ucalığı,    miqyas  genliyi 

duyulurdu.  Küçə  və  yollardakı  hərəkət  axını,  televiziya  proqramlarının  sürəti,  ekran 

aparıcılarının  və  bütün  çıxış  edənlərin  danışıq  tempi  -ümumən  ölkədə  həyatın  iti  ritmi 

haqqında  təəssürat  oyadırdı.  Elə  bil  ölkə  harasa  tələsir,  qaçır,  yüyürürdü.    Miqyasları, 

müasir texnika möcüzələrini də nəzərə alsaq Amerika elə bil hər zaman sabaha, gələcəyə 

can atır, bu yürüşdə onu kiminsə qabaqlayacağından ehtiyat edərək hərəkət sürətini ilbəil, 

günbəgün,    saatbasaat  artırır.    Eyni  zamanda  Amerikanın  həyatı  daxili  ziddiyətlərdən, 

toqquşmalardan  da  xali  deyil.  Biz  orada  olduğumuz  günlərdə  Uotergeyt  qalmaqalının 

şıdırğı  vaxtları  idi.  Vaşinqtonda  bizi  başqa  turistlərlə  bir  sırada  Ağ  evə  ekskursiyaya 

apardılar.  Kremlin  həndəvərinə  belə  buraxılmayan  sovet  adamlarına    Ağ  evin  içində  

ekskursiyada olmaq, hətta məhşur Oval otağın içindən keçmək necə də qəribə gəlirdi. Hələ 

bu  da  azmış  kimi  həmin  o  Oval  otaqdan  keçib  gedən  turistlərə  vərəqələr  paylanırdı, 

vərəqələr həmin bu Ağ evin o vaxtkı sakini, ABŞ Prezidenti Niksona qarşı yönəldilmişdi. 

Amerika  demokratiyası  haqqında  çox  eşitmişdiksə  də  bunu  belə  əyani  şəkildə  görmək 

hamımızı  şok  vəziyyətinə  salmışdı.  İnsanlar  istədiklərini  sərbəst  danışa  bilər,  istədiyi 

hərəkəti  edə bilərmiş.  Bunu  sovet  adamının beyni  nə  qədər  mütərəqqi  və  azad  düşüncəli 

olursan  ol-çətin  qavrayırdı.  O  dövrün  məşhur  sovet  anekdotunu  xatırlayırdıq.  Havada  iki 

sərçə bir-birinə rast gəlir. Biri ABŞ-dan SSRİ-yə, biri SSRİ-dən ABŞ-a uçur. Sovet sərçəsi 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə