Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə160/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   156   157   158   159   160   161   162   163   ...   189

529 

 

sovet  dövründə  yaranıb.  Ən  gülməli  cümlə  isə  belə  idi  ki,  inqilaba  qədər  Azərbaycan 



qadınları ərə gedə bilmirdilər.  

Polyaklar da bu fikrə təəccüb qalmışdılar: əgər inqilaba qədər Azərbaycanda qızlar 

ərə  gedə  bilmirdisə  bəs  bu  millət  haradan  əmələ  gəlib?  Yəni  hamısı  qeyri-qanuni 

uşaqlardır? 

Hər nəysə Polşaya gəlib çıxdıq və hər görüşdən əvvəl məmur  bu məruzəsini  - düz 

yarım  saat  oxuyurdu.  O  cümlədən  kosteldə-kilsədə  -  orqan  konsertindən  əvvəl,  körpələr 

evində,  memorial  qəbrstanlıqda,  nigah  sarayında  və  s.  Nəhayət  Zakopane  adlı  dağ 

kurortuna  gəldik.  İnsanlar  istirahətdə,  kefdə.  Burada  yalnız  çəmənlikdə  Kamera 

orkestrimizin istirahət edənlərçün konserti nəzərdə tutulmuşdu. Orkestrin o vaxtkı rəhbəri, 

istedadlı  dirijorumuz  Nazim  Rzayev  məni  bir  qırağa  çəkdi.  "Biz  burda  qədim  musiqi 

əsərləri  çalmaq  istəyirik  -  dedi  -  Vivaldi,    Teleman,    Korelli.  Heç  məruzənin  yeri  deyil. 

Qorxuram  o  natiq  konsertdən  qabaq  çıxıb  yenə  məruzəsini  oxumağa  başlaya,  musiqi 

dinləməyə yığışmış adamlar da dağılışa. Səndən xahiş edirəm, onun başını qat, söhbətə tut, 

biz  konsertə  başlayaq.  -  Yaxşı  -  dedim,  natiqin  qoluna  girib  söhbətləşə-söhbətləşə  onu 

konsert verilən yerdən uzaqlaşdırdım. Mənə münasibəti pis deyildi və nə isə çox insani bir 

tonla  insani  söhbətlər  edirdik.  Birdən  gördüm  ki,  qulaqlarını  şəklədi,  sir-sifəti  tamam 

dəyişdi, gərginləşdi: demə məndən də qabaq uzaqdan musiqi sədalarını eşidibmiş. Tələsik 

məndən ayrıldı, az qala qaça-qaça musiqi çalınan yerə tərəf getdi və bir musiqi əsəri bitib 

ikincisi başlanana qədər hövlnak qabağa çıxıb məruzəsini oxumağa başladı. İstirahət edən 

polyak  və  əcnəbi  turistlərə  vacib  bir  məlumatı  çatdırdı:  "İnqilaba  qədər  Azərbaycan 

qadınları ərə gedə bilmirdi".  

O günlərdən çox illər ötüb, sovet sisteminin dağılmasından isə 7 il keçir. Amma bu 

zaman məsafəsi elə böyük görünür ki, sanki söhbət tamam başqa bir əsrdən - daha doğrusu 

Orta  əsrlərdən gedir.  Çünki  bir çox xüsusiyyətləri  ilə sovet  sistemi  məhz  elə  Orta əsr və 

bəlkə  də  quldarlıq  dövrü  quruluşlarına  bənzəyirdi.  Amma  o  da  qəribədir  ki,  indi  o  illəri 

xatırlayanda  o  sistemin  yalnız  cinayətləri  deyil,  gülməli  məqamları  da  yada  düşür.  O  da 

yada  düşür  ki,  həmin  dövrdə  insanlar  yaşadıqları  cəmiyyət,  quruluş,  ölkənin  rəhbərləri 



530 

 

haqqında  gerçəkdən  düşündüklərini  ancaq  bir-birlərinin  qulaqlarına  pıçıldadıqları  siyasi 



anekdotlar  vasitəsilə  ifadə  edə  bilirdilər.  Anekdot  sovet  dövrünün  ən  demokrtik  və  ən 

populyar  şifahi  ədəbiyyat  janrı  idi.  Kommunizmə,  Sovet  sisteminə,  SSRİ-yə,  sovet 

rəhbərlərinə  aid  xeyli  anekdot  bilirəm,    amma  onların  içində  məna  tutumu  etibarilə  biri 

daha  səciyyəvidir.  Sovet  bürokratik  mentalitetinə  uyğun  olaraq  maddələrə  bölünmuş  bu 

anekdotda o sistemin bütün mahiyyəti açılır.  Anekdot altı maddədən ibarətdir: 1.SSRİ-də 

işsizlik  yoxdur,  amma  heç  kəs  işləmir.  2.Heç  kəs  işləmir,  amma  bütün  planlar  dolur. 

3.Bütün planlar dolur, amma dükanlar bomboşdur. 4.Dükanlar bom-boşdur, amma hamının 

evində hər şey var. 5.Hamının evində hər şey var, amma hamı narazıdır. 6.Hamı narazıdır, 

amma hamı yekdilliklə səs verir.  

Ən çox anekdot sovet rənbərlərinə aid olurdu - Stalinə,  Xruşşova, Brecnevə. Amma 

məsələ ondadır ki, bu rəhbərlərin zlərinin də xətt - hərəkətləri, müəyyən sözləri, ifadələri 

anekdotlara, masqaralara qida verirdi. Stalin haqqında danışırlardı ki, o, Partiya funksioneri 

Polikarpovu yanına çağırır və onu Yazıçılar İttifaqına rəhbər təyin edir. Yazıçıların özlərini 

pis aparmaları haqqında Polikarpovu xəbərdar edir: gedin, onların əl-ayağını yığışdırın və 

bir müddət sonra mənə məlumat verin - deyir.  

Bir müddət sonra Polikarpov gəlir ki, İosif Vissarionoviç, məsələ biz bildiyimizdən 

də  betər  imiş.  Fadeyev  səhərdən  axşamacan  içir,    Erenburqun  işi-peşəsi  Fransanı 

tərifləməkdir,  Simonov  gündə  bir  arvad  alıb  boşayır  və  s.    və  i.  a.  Polikarpov  yazıçılar 

haqqında  nə  bilirdisə  hamısın  döşəyib  qurtarır.  Stalin  bir  müddət  qəlyanını  tüstülədərək 

susur, sonra:  - Yoldaş Polikarpov - deyir,  - bu yazıçılarla işləməli olacaqsınız, sizin üçün 

mənim başqa yazıçılarım yoxdur.  

Onu  da  danışırdılar  ki,  müharibə  vaxtı  Stalinə  elə  hey  İncəsənət  İdarəsinin  rəisi 

Xrapçenkodan  şikayət  edirlərmiş,  nəhayət  təngə  gələn  Stalin:  Qoyun  bir  Hitlerin  axırına 

çıxım, ondan sonra Xrapçenko ilə məşğul olaram - deyib.  

Stalinlə bağlı bir məzəli əhvalatı da mənə rəhmətlik dirijorumuz Niyazi danışmışdı. 

30-cu  illərdə  Moskvada  Azərbaycan  incəsənət  dekadası  zamanı  Üzeyir  Hacıbəyovun 




531 

 

"Koroğlu" operası da Bolşoy teatrda göstərilir. Tamaşadan sonra Stalin və digər Politbüro 



üzvləri müəlliflə və artistlərlə görüşür.  

Voroşilov  Üzeyir  Hacıbəyova:  Yaxşı  olar  ki,  bir  cüt  də  belə  opera  yazasınız  - 

sözlərini deyəndə Stalin kəskin şəkildə - Net (Yox) - deyir. Üzeyir bəy özünü itirir. Bəlkə 

Stalin  əsəri  bəyənməyib,  onda  operanın  da,  bəstəkarın  da  taleyi  necə  olacaq?  Uzun  bir 

pauzadan sonra Stalin: -  Bir cüt yox, iki cüt belə opera, -deyib.  

 

   Xruşşov  Bakıya  gələndə  Neft  Daşlarında  onun  şərəfinə  ziyafət  verirlər.  Yerli 



rəhbərlərdən  biri  qonağa  xoş  gəlsin  deyə:  biz  burda  kiçik  bir  sahəyə  rəhbərlik  edəndə 

çətinlik çəkirik  - deyir  - görün əziz Nikita Serkeyeviç bu boyda nəhəng ölkəyə rəhbərlik 

etmək sizin üçün necə çətindir.  

Artıq möhkəm dəm olan Xruşşov: - Əsla - deyir - Bizim ölkəyə hər axmaq rəhbərlik 

edə bilər.  

Orta  Asiya  respublikalarının  birində  onu  qarşılayan  ağsaqqalara:  Salam  hörmətli 

saksaullar-deyən  və  BMT  toplantısında  ayaqqabısını  çıxaran  Xruşşov,  bu  sözlərinin 

həqiqətdən o qədər də uzaq olmadığını əyani sübut edirdi. Amma insaf naminə Xruşşovun 

Stalin  buz  sisteminin  sındırılmasında  rolunu  və  gələcəkdə  SSRİ-nin  dağılmasına  aparan 

yolda ilk addımları atmasını da unutmaq olmaz və bu baxımdan ona rəhmət oxumalıyıq.  

Brejnevlə  bağlı  qəmli  məzhəkələri  isə  artıq  mən  öz  gözümlə  görmüşəm,  Bakıda 

indiki  Respublika  sarayında  Brejnev  Azərbaycana  orden  təqdim  etməli  idi  və  bu 

təqdimatdan  qabaq  kürsüdən  yazılı  nitqini  oxuyurdu.  Amma  oxuduqca  görürdüm  ki, 

Prezidiumda həm Heydər Əliyev, həm də Moskvadan gələn qonaqlar həyacanla bir-birinə 

baxır,  him-cim  edirlər.  Az  sonra  Moskvalı  qonaqlardan  biri  Brejnev  nitq  irad  elədiyi 

kürsüyə  yaxınlaşıb  onun  qulağına  nə  isə  pıçıldadı.  Brejnev  "hm"  elədi  və  nitqinə  davam 

etdi.  Prezidium  masası  arxasında  yenə  bir-birlərinə  işarələr  etməyə,  nəsə  deməyə 

başladılar. Nəhayət, Heydər Əliyev yerindən qalxdı, kürsüyə yaxınlaşdı və qəti hərəkətlə 

Brejnevin  oxuduğu  mətni  alıb  yerinə  başqa  bir  mətn  qoydu.  Brejnev  əvvəlki  robot 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə