Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə171/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   167   168   169   170   171   172   173   174   ...   189

565 

 

RİMMA KAZAKOVA     

Moskvalı şairə 

Anar unikal sənətkar,unikal üstadır.  



LEV  ANNİNSKİ 

Moskvalı tənqidçi 

 

Anar 


Azərbacan  ədəbiyyatı  və  mədəniyyətinin  akademiyasıdır  «Gecə 

düşüncələrində»  nə  qələr  müxtəlif  sücetlər,fikirlər  var  ki,hərəsi  bir  kitabın  əsası  ola 

bilərdi.Anar  bütün  bunları  səxavətlə  səpələyir.Elə  yazıçılar  var  ki,hər  mövzusunun,hər 

fikrinin üzərində xəsisiliklə əsir,qorxurlar ki,birdən  kimsə başqası mənimsəyər. Anara bu 

hiss 

yaddır.Bizim 



rus 

ədəbiyyatında 

bəlkə 

Puşkin 


belə 

olmuşdur,çox 

mövzuları,fikirləri,sucetləri ürək enişliyiyilə paylamışdır. 

LÜDMİLA  LAVROVA 

Moskvalı yazıçı və tənqidçi 

 

Gülmək istəyirsinizmi? Şən adamla tanış olmaq istəyirsinimi? Bakılı yazıçı Anarın 



«Molla  Nəsrəddin  66»  hekayətlərini  oxuyun.Anar  -  ağıllı,maraqlı  müsahib, 

hekayətçidir.Hiss  olunur  ki,o,çox  bilir,çox  şeyləri  görüb,çox  şeylər  barədə  düşünür.Mən 

çox şadam ki, zarafatcıl və istedadlı insanla tanış oldum. 

NİKİTA  BOQOSLOVSKİ 

Moskvalı bəstəkar 

 

80-ci  ilin  ortalarında  mən  Leninqradda  Repino  yaradıcılıq  evində  fantastik  filmlər 



üzrə  seminarda  iştirak  edirdim.Orada  məşhur  fantast  yaşıçılar  A.və  B.Struqatski 

qardaşlarına  oxumaq  üçün  Anarın  «Əlaqə»  povestini  verdim.Onlar  əsəri  yaxşı 

qarşıladılar.A.Struqatski kitabın üzərində bu sözləri yazdı: «Çto xoroşo,Anar!» 

GAHANGİR ZEYNALLI. 

 «Bu, yaxşıdır,Anar!»  




566 

 

 «Kino» qəzetinin Anara həsr olunmuş xüsusi buraxılışı.  



Mart 1997 

 

Anarın  hekayələri  az  müddətdə  nəinki  Sovet  İttifaqında,hətta  xaricdə  də  bir 



çoxlarının  diqqətini  çəkmişdir...  «Dantenin  yubileyi»  hekayəsinimn    bədii  təsiri  çox 

güclüdür…Həyatı  həssaslıqla,məhəbbətlə  müşahidə    etmək,insan  taleyi  haqqında  əsl 

insanpərvər kimi ciddi və səmimi düşünmək --  bu sifətlər Anarı yaşından böyük göstərir. 

Bu cəhətdən «Zəncir» hekayəsi öz ideya məzmunu və oricinal forması ilə kamil bir əsərdir. 

Hekayə  ictimai  həyatımızda  özünə  yer  tapan  ciddi  nöqsanlardan  birini  klassik  deyilə 

birləcək  bədii  üsulla  ümumiləşdirmişdir…  Anar  istedadlı  bir  yazıçıdır,onun  qüvvətli 

qələmi daha qüvvətli əsərlər yazmağa qadirdir. 

MƏMMƏD ARİF 

Akademik 

 

 «Şəhərin  yay  günləri»  həm  düşündürən,həm  də  həyacanlandıran  tamaşadır.Anarı 



oxucularımız  bir  sıra  gözəl  nəsr  əsərlərinin  və  ədəbi  məqalələrin  müəllifi  kimi 

tanıyırlar.İndi  isə  o,  teatra  süjeti,  kompozisiyası  bitgin,dili  səlis,  cazibədar  və  dramatik 

konflikti  həyati,həm  də  kəsgin  olan,dolğun  ictimai  mündərəcəli  dram  əsəri  təqdim 

etmişdir.Bu  əsər  həyat  hadisələrini  diqqətlə  müşahidə  edən,  onlara  öz  işıqlı  vətəndaş 

münasibəti olan,onları bədii təfəkkürün süzgəcindən keçirərək tipikləşdirməyi bacaran bir 

istedadın əsəridir. 



MİRZƏ İBRAHİMOV 

 

Əzizim  Anar,sən  son  30-40  illik  ədəbiyyatımızda  öz  dəst-xəttini  qoyan,bu  aləmdə 



özünəməxsus təzə iz açan və bu izin dolaylarında xalqına namusla xidmət edən qüdrətli bir 

sənətkar-san. 



BƏXTİYAR VAHABZADƏ 

 



567 

 

 «Ağ  qoç,qara  qoç»  şedevrini  yaradan  Anarın  bədii  yaradıcılığının  başladığı  dövrü 



xatırlayıram,  «Molla  Nəsrəddin  66»  adıyla  çap  eldirdiyi  felyetonlar  kitabından  təxmin 

etmək  olardı  ki,  Anar  kimdir  və  kim  olacaq.Ömrü  boyu  Cəlil  Məmmədquluzadəyə 

vurğunluğunu  sədaqətlə  saxlayan  ədibin  kino  aləmində  də  Mirzə  Gəlillə  yanaşı,daha  iki 

dahimizə  --Üzeyir  bəyə,Hüseyn  Cavidə  müraciəti  onun  ədəbiyyatda  böyük  amallara 

xidmət  etdiyini  sübut  edir.Böyük  amal  böyük  şəxsiyyətlərə  məxsus  xüsusiyyətdir. 

Hekayələrinin,  povestlərinin,  romanlarının  cahanşümul  ideyaları  arasında  ən  müdrik 

əsərləridən    birini  doğma  Azərbaycana  həsr  etməsi,  geniş  əhatəli  ictimai  fəaliyyəti, 

qurultaylarda,  Milli  Məclisdə,ictimai-siyai  tədbirlərdə  nitqləri,məqalələri  də  Anar 

şəxsiyyətinin böyüklüyünü göstərir. 

İSA MUĞANNA 

 

Zənnimcə Anarın «Uzun ömrün akkordları» filmi incəsənət tarixi salnaməsində.elə 



başlanğıc  kadrlarında  təcəssüm  edilmiş  dahiyanə  tapılan  ideya  sayəsində  -  səfalı  təbiətin 

intəhəsız 

ənginlikləri,şəffaf 

bulaqlar,dərin 

dərələr,qədim 

ağacların 

yarpaq 

xüşültüları,pak,bullur sehrli uzaq səsləri,- bir şah əsər kimi qalacaqdır. 



GÜLRUX   ƏLİBƏYLİ   

 

Anarın,  Anar  yaradıcılığının  həyatiliyi,realizmi,bugünlülüyü  bizə  əsl  ədəbiyyat 



haqqında  danışmağa  tam  haqq  verir.  Bu  gün  biz  ədəbiyyatdan  danışanda,müasir 

Azərbaycan nəsrinin son illərdə keyfiyyətcə yeni bir mərhələyə qalxdığını iqrar edəndə  - 

yeni  fikirli,yeni    məzmunlu,yüksək  realist  mövqeli,geniş  miqyaslı  sənətdən  danışmalı 

oluruq. Bu sənətin ön sıralarında Anar öz səsi və öz nəfəsi ilə uğurlu addımlarla gedir. 



  YUSİF  SƏMƏDOĞLU 

 

Qırx  il  əvvəl  Anarla  tanış  olmuşam  və  həmin  vaxtdan  bəri  o,diqqətimi  cəlb 



etməkdədir.  Anarda  mənim  xüsusən  bəyəndiklərim  nələrdir?  Onda  hər  şey  incə  zövqlə 

cilalanmışdır,bu mənim üçün çox vacibdir. Zahirən yumşaq,loyal kimi görünsə də, bir dəfə 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə