554
Neçə il qabaq İstanbul sinemalarında bir film göstərilimiş,böyük marağa səbəb
olmuşdur: «Spartak» filmi. Televiziyonda Azərbaycanda çəkilmiş «Dədə Qorqud»a
baxdığımda eyni səhnə,daha böyük əxlaqı dəyərlər,hüdudsuz bir fədakarlıq gördüm.
Düşündüm: mən ki, «Dədə Qorqud»u neçə dəfə oxumu-şam,ondan neçə dəfə bəhs
etmişəm,mən belə min il öncə yazılmış bu kitabda oxuduğum səhnələri «Spartak» qədər
dəyərləndirə bilməsmişəm. Deməmişəm ki,bunu mənim Dədə Qorqudumdan
almışlar…Bəli, «Dədə Qorqud» filmi göstərdi ki,bizim nağıl dediyimiz «Dədə Qorqud»da
16 dövlət qurmuş bir millətin mənəvi zənginliklərinin hamısı var.Azərbaycanla Türkiyənin
babası eyniymiş: Dədəm Qorqudumuz…
ERKÜN GÖZƏ
«Tərcüman» qəzeti. 1983
Keçənlərdə qəzetlərin televiziya guşələrinlə
«Dədə Qorqud» adını oxuyunca qürbətdə bir dostun səsmini duymuş kimi sevindim.
«Dədə Qorqud»un Azərbaycanda lentə alınmış bir neçə hekayəsi ekrana gəlirdi, Bu
müdhiş bir şeydi!
Sevinc Çokum
«Yeni düşüncə» qəzeti 8 iyul 1983
«Dədə Qorqud»un filmə alınıb televiziyada göstərilməsi böyük bir sənət və kültür
hadisəsidir. Bu əsərin Azərbaycanda yaradılmasının maddi tərəfdən əhəmiyyəti olduğu
kimi,mənəvi yöndən də ayrıca bir əhəmiyyəti vardır.Azərbaycan dəmir pərdə arxasındakı
bir türk yurdu olmasmına baxmayaraq,orada milli kültürə bizdən daha artıq və ciddi
ölçülərdə xidmət edildiyi gözdən qaçmamılıdır. Bu əsərin filmə alınması,ekrana gətirilməsi
azərbaycanlı qardaşlarımıız üçün İstiqlal dərəcəsində mənəvi həzz verəcək bir hadisədir…
Niyazi Yıldırım Gəncosmanoğlu
«Yeni düşüncə» qəzeti
8 iyul 1983
555
Dədə Qorqudla bağlı bu günə qədər səngiməyən mübahisələrdə mənə ən yaxın
Anarın mövqeyidir. O,alimlərin ağızlarında saqqız kimi çeynədikləri məsələyə yeni baxışla
yanaşdı və Oljas Süleymenovun «AZ i YA» əsərimnə bərabər olan «Dədə Qorqud
dünyası» essesini yaratdı.
TİMUR PULATOV
Biz «Kitabi-Dədə Qorqud» dastanını 13 hissədən ibarət bir televiziya filmi olaraq
ekranlaşdırmaq istəyirik.Bu məsələdə dünyanın böyük qorqudşünas-larından biri olan
yazıçı Anarla iş birliyi qurmağı düşünürük.Sual edilə bilər ki,niyə Anarı seçmişik? Çünki
həm bu sahənin mütəxəssisi,həm də çox dəyərli bir yaşıçıdır.Həmçinin Anar kinoya yaxın
bir adamdır.
O,rejissorluq fəaliyyəti ilə məşğul olub və ssenariləri var.
TRT-nin rəhbəri ŞENOL DƏMİRÖZÜN «Azərbaycanı dünyaya tanıtmaq üçün
əlimizdən gələni əsirgəməyəcəyik» başlıqlı müsahibəsindən.
«525-ci qəzet»
26 noyabr 2004
Anarın şərhi: Çox təəssüf ki,Şenol bəy TRT rəhbərliyindən uzaqlaşdırılandan sonra
bu niyyət baş tutmadı.Bunun əvəzinə çəkilən «Dədə Qorqud» serialı o qədər uğursuz
alında ki,ictimaiyyətin etirazına görə televiziyada nümayişi yarımçıq dayandırıldı.
YAZIÇI ANAR TÜRKMƏNBAŞINA İRAD TUTDU
Anar Türkmənistanda «Kitabi Dədə Qorqud» dastanının 1500 illik yubileyinin
keçirilməsini həmin ölkənin prezidenti Saparmurad Niyazovun «səhvi» hesab etdiyini
556
bildirib. Yazıçılar Birliyinin sədri qeyd edib ki,tədqiqatçıların araşdırmalarına
əsasən,dastanın 1300 yaşı var.Yazıçı «Kitabi Dədə Qorqud» dastanını yaşının guya ki,onun
tərəfindən gizlədilməsi haqqında mətbuatda dərc edilən fikirləri də təkzib edib.
(«525-ci qəzet» 5 oktyabr 2000,
«Zaman» qəzeti 5-6 oktyabr 2000
Anarın şərhi: Rəhmətlik Prezident Heydər Əliyevlə Qırğızıstana «Manas»
dastanının yubiley tədbirlərində iştirak etdiyimiz zaman ona: -Biz də Dədə Qorqudun
1300 illiyini belə geniş qeyd edə bilərdik-dedim.Dərhal:-Bakıya gələn kimi bu barədə mənə
yazın --dedi.Bakıya gələn kimi ətraflı məktub yazdım və o vaxtki Xarici İşlər Nazirimiz
Həsən Həsənovla bir yerdə imzalayıb Prezidentə göndərdik. «Kitabi Dədə Qorqud»u
ədəbiyyat tarixlərimizdə də,bütün başqa mətnlərdə də adətən X-X1 əsrlərə aid edirdilər və
bu «qorqudşünaslarımız» tərəfindən heç bir etiraza səbəb olmurdu. 1300 rəqəmini təklif
edən kimi,-niyə məhz 1300,gəlin 1500 rəqəmini qəbul edək - deyənlər oldu.Hətta birisi
mətbuatda: « Anar Dədə Qorqudun yaşını gizlədərək ona xəyanət edib» - kimi sərsəm fikir
də dərc etdirdi.
Prezidentlə görüşümüz zamanı o da bu rəqəmlə maraqlandı.Dastan
kökləri,qaynaqları motivləri etibarilə şübhəsiz çox daha qədim dövlərə,hətta eramızdan
əvvəlki minilliklərə aid edilə bilər-dedim-amma bu gün əlimizdə olan mətndə Dədə Qorqud
Həzrət Məhəmmədin müasiri kimi göstərilir,yəni 7-ci əsrdə yaşadığı təsbit olunur.Biz də
bunu əsas götürməliyik .
H.Əliyev: -Amma Tükrmənbaşı Dədə Qorqudun 1500 illiyini qeyd etmək istəyir - -
dedi.- Hikkəsindən -dedim- Biz Dədə Qorqud haqqında film çəkəndə,Dədə Qorqud
ensiklopediyasını nəşrə hazılayanda niyə görə dastan Türkmənbaşının yadına
düşmürdü?İndi Sizin bu barədə fərman verəcəyinizi eşidib qabağa düşmək istəyir və heç
bir fakta əsaslanmayaraq 1500 rəqəmini otaya atır,təki bizim qəbul etdiyimiz tarixdən
daha qabaq olsun.Onda niyə 1500, məsələn 2500 yox?