568
də olsun hər hansı konyuktür şirnikləndirmələrə uymamışdır,möhkəm şəxsiyyətinin özülü -
içində, dərinlikdə gizlədilmişdir.
Anar mənim üçün mən onunçün olduğumdan daha yaxşı dostdur,o,dostluğun qədrini
biləndir,vəfalıdır,etibarlıdır.
Onun parlament fəalyyəti də çox səmərəli olmuşdur.Mədəniyyət üzrə Komissiyanın
sədri olaraq fəal işə qatılımış,daima çox gərəkli və faydalı təkliflər irəli sürmüş,nəticəyə
nail olmaq üçün səylərini əsircgəməmişdir.İstərldim ki,bilməyənlər nəhayət anlasınlar,
deputatlıq
yazıçıya
yox,cəmiyytə
yazıçının
deputatlığı
lazımdır.
Anarın
aravuranları,intiraqabazları görməyə gözü yoxdur. Hər şey haqqında öz adından fikir
söyləyir, heç kəsə həsəd aparmır və dözümlülüyünü, tolerantlığını aləmə car cəkmədən
əsilzadə kimi yaşayır.
MAQSUD İBRAHİMBƏYOV
Anar yaradıcılığının həqiqətən Renessanas genişliyinin istedad və maraq dairəsindən
başqa,mənəvi qaynaqları da var: «özgə» əməllərilə,talelərilə, işləriylə bu qədər ürəkdən
məşğul olmaq yalnız ölümü unutmayan və həyatı sevən adama xas cəhətdir
Anarın şəxsiyyət, sənətkar, ictimai xadim kimi Azərbaycan mədəniyyətində
unikallığı aydın həqiqətdir.İstedadın,geniş erudisiyanın,xalqına, ölkəsinə gərəkli olmaq
yolunda xidmətin və zamanı son dərəcə dəqiq duymağın belə üzvü vəhdətini mən başqa
heç kəsdə görməmişəm.
RÜSTƏM İBRAHİMBƏYOV
-Yazıçı Anarın belə bir sözü var ki,ömrümün ən ağır məqamlarında dostlarımdan ilk
yada düşən Elçin oldu.Bəs Elçin ömrünün ağır vaxtlarında dostlarından öncə kimi yada
salıb
-İndi mətbuatda belə şayiələr baş alıb gedir ki,guya, Əkrəmin,Anarın,Elçinin
arasında intriqa mövcuddur,bir-biri ilə yola getmirlər.Düzü,Əkrəmin haqqında danışmaq
istəmirəm,amma Anarla aramızdakı uzun illərin isti münasibətiləri dəyişməz qalır.Mən də
569
Anarın xətrini çox istəyirəm.Və belə hesab edirəm ki,Anar doğrudan da ləyaqətli
Azərbaycan ziyalısıdır,yazıçıdır,vətəndaşdır. Sadəcə olaraq yaş üstünə yaş gəldikcə
görüşlər bir qədər seyrəkləşir,istər-istəməz cavanlıq illdərindəki çılğınlığını itirirsən.Onu
deyə bilərəm ki,Anarla məni çox işıqlı,isti xatirələr birləşdirir.Və mən belə güman edirəm
ki,ömrümüzün axırına qədər elə bu cür olacaq.
ELÇİNLƏ müsahibə(«Vəzifə müvəqqəti bir şeydir»)
« Alternativ cəmiyyət» qəzeti
5-11 may 1999
BÖYÜK BİR MÜSABHİBƏYLƏ BAĞLI KİÇİK QEYDLƏR
«525-ci qəzet»in üç nömrəsində Xalq yaşıçısı Elçinin geniş müsahibəsi dərc
olunub.Müsahibədə ədəbiyyatımızın bugünkü durumu haqqında bəzi məqamlarında
subyektiv olsa da maraqlı mülahizələr var. Bu barədə fikir mübadiləsi etmək niyyətində
deyiləm.Hərənin öz meyarı,öz baxışı,öz zövqü olur.Amma söhbətin bir yeri - adım
çəkilməsə də mənə aid olduğu üçün məsələni aydınlaşdırmaq ehtiyacı duydum.
Dostlarım məni çox vaxt qınayırlar ki,hər yazıya cavab verirəm.Bu düz deyil,mən
haqqımda olan qərəzli yazıların yüzdə birinə də cavab vermirəm. Əvvəla ona görə ki, bu
sayaq yazıların müəllifləri cavaba layiq deyil,ikincisi də mənim tayım-tuşum deyillər
ki,onlarla ağızbağıza verim.Lakin bizim nəsldən olan nüfüzlu bir yazıçının,həm də özü
dediyi kimi qırx ilin dostunun qərəzli deyilsə də həqiqətə uyğun olmayan iradlarına
aydınlıq gətirmək istərdim.
Dediyim kimi, Elçin mənim adımı çəkmir,amma mən də,özü də yaxşı bilirik ki,bu
sözlər mənə aiddir,qoy oxucular da məsələnin mahiyyətindən agah olsun. Necə deyərlər
«örtülü bazar dostluğu pozar».
Söhbətin «525-ci qəzet»in 29 iyun nömrəsində çap olunmuş hissəsində Elçin deyir:
«Misal üçün,hərgah qırx ilin dostu üç günlük gözəl bir xarici səfəri mənim üçün çox
570
əhəmiyyətli və prinsipial məqamda üstün tutursa,yəqin ki, daxili pərtlik hissini başa
düşmək çətin bir şey deyil. Bilirsən necədir? Beyin o qırx ilin dostununa bəraət
qazandırır,ancaq onu ürək bağışlamır. Beyin deyir ki,həmin dostun yorulub,üç gün də bir
fürsətdir,gedib
dincələcək,
yeyib
içəcək,amma
ürək
belə
bir
beyin
rasionallığını,praqmatizmini qəbul etmir… Ona görə də həyatda beynin işi asandı,ürəyin
işi çətin»
Elçinin nə ürəyini,nə beynini çətinə salmamaq üçün bu məsələri bütün təfərrüatıyla
izah etməliyəm.
Bir çox illər bundan qabaq Türkiyədə « Dialoq Avrasiya platforma» adlanan
təşkilatın ilk sədri seçilmişdim.Bu təşkilatın işində Elçin özü də fəal iştirak edir,onun
toplantılarına qatılır. Türkiyədə bəzi kitabları o təşkilatın xəttiylə nəşr olunub. «Dialoq
Avrasiya platform»na sədrllik müddəti iki ildir. Təşkilat sədri kimi işimi
qiymətləndirdikləri üçün məni iki yox, dörd il, yəni iki müddət sədr seçdilər. Növbəti
toplatıda öz xahişimlə sədrlikdən gedəcəyimi bildirdim. Belə oldu,yerimə Türkiyənin
tanınmış tarixçisi və yazıçısı İlbər Ortaylı seçildi və yenə də xüsusi hörmət əlaməti olaraq
məni «Dialoq Avrasiya platformu»nun ömürlük fəxri sədri seçdilər. Bunları ona görə
deyirəm ki, mənə belə hörmətlə yanaşan təşkilata hörmətsizlik edə bilməzdim.İş elə gətrdi
ki,həmin tarix,yəni Antalyada təhvil-təslim tədbiri Bakıda unudulmaz yazıçımız İlyas
Əfəndiyevin yubileyi keçiriləcək günlə eyni vaxta düşdü. Dəqiqləşdirirəm ki, İlyas
müəllimin anadan olduğu gün yox,onun bir qədər gecikmiş yubiley tədbirini keçiriləcək
gün nəzərdə tutulur.
Bu tarix qəti müəyənləşdirilmədiyindən düz iyirmi gün qabaq Elçinə dedim ki,
nəzərdə tutulan həmin vaxt mən mütləq Türkiyədə olmalıyam,xahiş edirəm,yubiley
tədbirini ya iki gün əvvələ,ya iki gün sonraya keçirin,mən də iştirak etmək istəyirəm.Elçin:
- Olmaz - dedi
Mən Türkiyəyə uçmalı oldum,özü də Elçin zənn etdiyi kimi dincəlməyə, yeyib-
içməyə yox,işləmək,tutduğum vəzifəni təhvil vermək üçün.
Dostları ilə paylaş: |