574
da,hər halda gözəl bir harmoniyva yarandı. Mən səni təmiz vicdanlı insan,yalnız
ədəbiyyatımızın deyil, mədəniyyətimizin, ictimai fikrimizin görkəmdi nümayəndələrindən
biri hesab edirəm və bu yerdə artıq sözə də,elə bilirəm,ehtiyac yoxdur.
Və mən də arzu edirəm ki,sən bundan da artıq dərəcədə xoşbəxt olasan, «hər
yerindən kal duran alamın ağzına gələni yazmağını» «taleyimin bu mürəkkəb çağı»
dərəcəsində Şekspir faciəsinə çevirməyəsən(demirsən ki,yuxudan kal durublar? Kal
adamdan nə gözləyirsən?) mətbuatda sənin böyük yazılara kiçik qeydlərini yox,özünün
böyük yazılarını,uğurlu bədii əsərlərini oxuyub sevinək və bir də heç vaxt sənə təzədən
cavab yazmaq kimi qətiyyən xoşa gəlməyən bir məcburiyyət qarşısında qalmayaq,heç
zaman da dost itirməyəsən,həmişə köhnə və yeni dostlarınla bir yerdə olasan.Türkrlər
demiş,sayqılarımla.
ELÇİN
Gözəl bir sübh çağı
«525-c i qəzet» 4 iyul 2007
Anarın şərhi: Elçinlə bu yüngülvarı polemikanı kitaba daxil etməyi xahiş etdim ki,
bununla bağlı heç bir möhtəkirliyə imkan qalmasın.Axı bu yazılar dərc olunan kimi Elçinin
və mənim bədxahlarımız aləmə car çəkdilər ki,küsüşmüşük,bir də çətin barışaq.Əlbəttə,bu
onların xam xəyalları idi.Elçinin cavabı çıxan gün ona zəng elədim,dedim ki,yazıma görə
qəzetdən güclü qonorar almışam,gedək onu yüyaq.Görüşdük,anlaşdıq,aramızda heç bir
problem qalamdı.
Bir neçə onillik ortabab yazarlar Səməd Vurğunla Rəsul Rzanın irsini qarşı qarşıya
qoymaq istəmişlər. Məqsəd nə milli-mənəvi düşüncə sınırlarımıza bağlı olan qoşmanın
üstün özəlliklərini açmaq olub, nə də müasir dünya şeirinin incəliklərini incələmək. Orta
səviyyədən də aşağı yazarların (ədəbiyyatın bütün dedi-qodularının, qiybət və
böhtanlarının yaradıcılarının) burada əsas məqsədi iki qərqolmaz poeziya gəmisinin
ədəbiyyatda layiqli yer tutan oğullarını qarşı qarşıya gətirmək oldu. Və nə yaxşı ki,o hadisə
575
baş vermədi. Anarın ən əziz dostu Yusif oldu, Yusif Səmədoğlunun kitabına ön sözü Anar
yazdı, Anarı bütün haqsız hücumlardan əvvəl Yüsif, sonra Vaqif qorudu.
NATƏVAN DƏMİRÇİOĞLU.
«Vaqif Səmədoğlu yaradıcılığının 40 illiyinə»
Əziz oxucu! Bu kitabın içindəki şeirlərin əksəriyyətitini,poemaların hamısını mən
itmiş,ölmüş hesab edirdim.Elə bilirdim ki,onlar da 70-ci illər yaradıcılığımın aqibətinə
uğrayıblar.Xoşbəxlikdən
belə
olmadı.Xoşbəxtlikdən
yer
üzündə
Dostluq,Qayğıkeşlik,Məhəbbət və Etibar varmış.Anar varmış yer üzündə.Dost şeirlərini o
arxivində saxlayıb,özünün yaradıcılığı,ictimai fəaliyyəti,ailə qayğıları vaxtından kəsib,bu
yazıları makinada köçürən,sahmana salan Anar varmış.Nə deyim? Məni mənə qaytaran,ölü
sandığım yazılarımı mənə dipdiri bəxş edən bir insana dilimizin hansı sözləri ilə
minnətdarlığımı bildirim: Allah səni mənə çox görməsin Anarım…
VAQİF SƏMƏDOĞLU.
«Uzaq yaşıl ada» kitabına Ön sözdən:. 1999
Anarın son kitabının - üstü yaşıl rus meşələri ilə işlənmiş dörd rus şairindən
çevirmələr kitabının arxa səhifəsindəki portreti mənim rəsm sənətinə münasibətimi bir
qədər də dərinləşdirdi…
Portret Anar barədə yazılanlardan və deyilənlərdən qat-qat çox və daha dəqiq şeylər
deyir…
Portretdə,bir vaxtlar bu dünyadan küsərək çevrilib harasa uzaqlara -- reallığın,
maddiliyin olmadığı dünyaya üz tutan ağrılı,tənha bir şair təsvir edilib… Bu dünyadan bir
vaxtlar imtina edərək kənara çəkilən bu şairin sonradan bura tamam ayrı bir şəkildə --sayıq
düşüncəli ictimai xadim,məsələlərdən soyuq beyinlə nəticələr çıxarmağı bacaran
576
uzaqgörən bir siyasətçi kimi geriyə qayıtması,istər-istəməz bu qərib şairin əbədi itkisinə
ürəkgöynədən bir ağrı,izaholunmaz,dərin bir hüzn yaradır…
AFAQ MƏSUD.
Duyğular imperiyası. «525-ci qəzet» 14 mart 2000
Çıxıb getdim uzaqlara
Nə etmədim,nə yapmadım…
Mənə: qayıt,qayıt -dedin.
Qayıtdım,səni tapmadım.
ANAR
illərin, günlərin birində
Çox keçmədi ki, salonun o biri başında Anarla Vaqif Səmədoğlu göründü, İstanbula
- Turk yazarlarının qurultayına oradan da dəvət aldığımız Berlin Ədəbiyyat evinin
tədbirlərində iştirak etmək üçün Almaniyaya uçmalıydıq.
Anarla Vaqif yanaşı addımlayırdılar.Arada mənə elə gəldi ki,onlar ayaqlarını qəsdən
ya özlərindən asılı olmadan eyni ritmdə,eyni növbədə atırlar.Hər ikisinin əlində nəhəng
dəri çemodan var idi. Yaxınlaşıb salamlaşdılar,Anar hal-əhval tutdu,əyləşib çay sifariş
elədi.Vaqif isə dinmirdi.Anarın böyründə dinməz söyləməz elə oturmuşdu,edə bil hələ də
əlində ağır çemodan vardı…Vaqif bütün səfəri vurnuxurdu. Nə işgüzar türk yazarlarını
görürdü,nə Kölnün əzəmətli kilsəsini,nə də Reyn çayını.Bakıya dönən gecə isə :
-Bakıya getmək istəmirəm -- deyə təyyarədə lap böyürümdə pıçıldadı. Yenə ağır dəri
çemodan əlində idi. Üzü də elə idi,elə bil qorxutmuşdular onu,elə bil qolları da bağlı
idi,qollarını burub arxadan möhkəm-möhkəm bağlamışdılar.Ağır dəri çemodanı
boğazından asıb Bakıya - edama aparırdılar.Vaqifi kim edam edəcəkdi?Onda ürəyim
sıxıla-sıxıla onun aeroportun binasından uzaqlaşmağına baxa-baxa fikirləşdim. Sonra evə
qayıdanda bütün yol boyu Vaqifi xilas yolları barədə fikirləşdim.Vaqifi kimdən və nədən
xilas eləmək lazım idi? Anardan,yoxsa işgüzar türk yazarlarından?Bəlkə Bakı şəhərinin
Dostları ilə paylaş: |