218
etməsinin sübutu kimi görünür – Demos yenə də bir za-
manlar olduğu kimi möhkəm və cəlbedicidir. Göründüyü
kimi, əsər öz dövrünün ən aktual ictimai-siyasi tablosunu
mübaliğəli-metaforik tərzdə əks etdirmişdir və burada
müəllifin istehza obyekti heç də Demos deyil, onun “evi-
ni”, başqa sözlə yunan polisini idarə edən konkret şəxs-
lərdir. Qeyd etmək lazımdır ki, dövrün tarixi hadsilərini,
real tarixi şəxsiyyətləri gülüş obyektinə çevirmək xüsu-
siyyəti yalnız Aristofana deyil, bütünlükdə “qədim” ko-
mediyaya xas spesifik keyfiyyətdir.
“Qədim” komediyanın spesifik cəhətlərindən biri də
antik dövrün müxtəlif yeni ideya-fəlsəfi, ədəbi-bədii cə-
rəyanlarını, onların görkəmli nümayəndələrini yumoris-
tik tərzdə təsvirini vermək və bu zaman müəyyən ideolo-
ji məsələləri tamaşaçıların gözü qarşısında diskussiya
predmetinə çevirməkdir. Aristofanın digər parlaq əsəri
olan “Qurbağalar” (e.ə. 405-ci il) məhz bu tip komediya-
lardandır. Əsər həm də ona görə dəyərlidir ki, burada an-
tik dövr ədəbi tənqidinin ilk nümunələrindən birinə rast
gəlmək mümkündür. Komediya əslində “ən yaxşı şair ne-
cə olmalıdır?” sualına cavab axtarır. Əsərin süjet xətti də
buna uyğunlaşdırılmışdır: faciələrin göstərildiyi dini bay-
ramların əsas allahı olan Dionisi ölülər dünyasına enir ki,
Evripidi yenidən yer üzünə qaytarsın, çünki faciələr artıq
əvvəlki şöhrətini itirmişdir. Komediyanın ilk səhnələri
gülməli məqamlarla zəngindir, belə ki, Dionisi ölülər
dünyasına səyahətdən qorxduğu üçün Heraklın şir dəri-
sini geyinir, özü ilə götürdüyü qulu Ksanfla tez-tez yerini
219
dəyişir, lakin bunlara baxmayaraq, hər dəfə özü pis və-
ziyyətdə qalır. Tamaşaçıda səmimi gülüş doğuran bu ko-
mik vəziyyətlərdən sonra əsərin ciddi hissəsi gəlir. O
dünyaya yeni enmiş Evripid faciənin “atası” sayılan Esxil-
dən ən yaxşı şair adını almaq istəyir, buna görə yarış təş-
kil edilir və Dionisi ora hakim təyin olunur. Nəticədə, Es-
xil və Evripid arasında çox maraqlı dialoq baş tutur. Hər
iki şair razılaşır ki, şairin əsas vəzifəsi “doğruçu nitqləri”,
“gözəl məsləhətləri” ilə “vətənin vətəndaşlarını daha yax-
şı və daha ağıllı” etməkdir. Məhz bu baxımdan yanaşanda
məlum olur ki, Esxilin möhtəşəm obrazları, dəbdəbəli dili
Evripidin sadə personajlarından, danışıq dilinə yaxın
ədəbi dilindən daha üstündür. Nəticədə, Esxil ədəbi mü-
bahisədə qalib gələrək ən yaxşı faciənəvis adını özündə
saxlayır. Yeraltı dünyaya Evripid üçün gələn Dionisi özü
ilə Esxili aparmalı olur.
Göründüyü kimi, Aristofan əsərlərində öz dövrünün
yeni ictimai-siyasi, ədəbi-fəlsəfi cərəyanlarını, onların
polis həyatına, etik davranış normalarına, ədəbiyyata,
fəlsəfəyə gətirdiyi yenilikləri yalnız gülüş obyektinə çe-
virməklə kifayətlənmir, eyni zamanda onları qiymətlən-
dirir, əsaslandığı nəzəri, bədii-estetik prinsipləri açıqla-
yırdı. O, yalnız güldürmür, həm də düşündürür, prinsipial
mövqeyini açıqlayır və müdafiə edirdi. Müəllif Afina de-
mokratiyasının böhranı dövründə ən müxtəlif zümrə nü-
mayəndələrini eyni dərəcədə özünün öldürcü gülüş ob-
yektinə çevirirdi. Aristofan ən yüksək vəzifəli şəxsə də,
filosofa da, şəhər və kəndlərin adi sakinlərinə də, qullara
220
da eyni mənəvi-əxlaqi dəyərlər prizmasından yanaşırdı.
Komediyanın daha sonrakı inkişaf mərhələlərində (“or-
ta” və “yeni” komediya) “qədim” komediyanın məhz bu
prinsipiallığı, ən sərt ictimai-siyasi mövzuları səhnəyə çı-
xarmaqdan çəkinməməsi, aktual problemləri daim diq-
qət mərkəzində saxlaması xüsusilə vurğulanmış, bəzən
təqdir, çox zaman isə tənqid olunmuşdur. Belə ki, məhz
“qədim” komediyaya xas bu ictimai-siyası aktuallığın ara-
dan götürülməsi, adi məişət problematikasının üstün
mövqe qazanması sonrakı dövr antik komediyanın
(“məişət komediyası”) spesifik xüsusiyyətləri kimi nəzər-
dən keçirilirdi. Yalnız çox sonralar, Yeni eranın XVIII-XIX
əsrlərindən başlayaraq, Avropa ədəbiyyatında romantik
və inqilabi-demokratik cərəyan nümayəndələri Aristofa-
nın prinsipiallığını, sərt satirasını yenidən yüksək dəyər-
ləndirilmiş və antik müəllif komediya tarixində özünün
layiqli yerini qazanmışdır.
Beləliklə, antik dramaturgiyanın dörd görkəmli nü-
mayəndəsinin yaradıcılığı haqqında yuxarıda səsləndiril-
miş fikirlərdən onun spesifik keyfiyyətlərinə dair bəzi
nəticələrə gəlmək mümkündür. İlk növbədə, qeyd etmə-
liyik ki, bu dramaturgiya öz dövrünün dini, daha sonralar
ictimai-siyasi ideologiyası ilə sıx bağlı olduğundan, onun
ən parlaq nümunələrində hər zaman ideya ön plana çı-
xırdı. Dionisi allahının şərəfinə keçirilən dini mərasimlər,
orada ifa edilən istər faciəvi, istərsə də əyləncəli nəğmə-
lər antik dramın forma baxımından təşəkkülünə nə qə-
dər əhəmiyyətli təsir göstərmişlərsə, e.ə. VI-V əsrlərin
221
polis həyatı, Afina demokratik dövlət quruluşu əsərlərin
məzmun keyfiyyətində bir o qədər güclü təsir buraxmış-
dır. Yuxarıda gətirdiyimiz nümunələrdən də aydın gör-
mək mümkündür ki, yarandığı ilk dövrdə antik dram da-
ha çox hansısa bir hiss, yaxud hər hansı bir ideya üzərin-
də qurulmuş, ayrıca obraz isə hələ zəif cizgilərə malik ol-
muşdur. Sonralar antik teatrın texniki imkanları geniş-
ləndikcə və ən başlıcası isə xordan ayrılmış müstəqil akt-
yorların sayı artdıqca əsərlərdəki obrazların partiyaları
da həcm etibarilə artmış və bu da öz növbəsində müəllifə
yaratdığı obrazları daha dolğun işləməyə imkan yarat-
mışdır. Obrazlar getdikcə daha çox insanı keyfiyyətlər
qazanmış, onların mənəvi-əxlaqi, emosional-psixoloji
dünyası bütün ziddiyyətli cəhətləri ilə daha parlaq ifadə
olunmuşdur. Egər Esxilin Prometeyi yalnız allahlar tərə-
findən ədalətsizliyə uğradığına görə faciə qəhrəmanına
çevrilirdisə, Evripidin Medeyası həm ədalətsizliyin, həm
ehtiraslı sevgisinin, həm də ürəkdən sevdiyi şəxsin xəya-
nətinin, vicdansızlığının, şərəfsizliyinin qurbanı olurdu.
Obrazlar, onların hisslər və düçüncə dünyası getdik-
cə daha çox mürəkkəbləşir, antik komediya personajları
artıq ironiya, sarkazm, satira kimi ifadə vasitələrindən is-
tifadə edirlər. Antik dram müəllifi üçün yalnız hər hansı
bir ideyanın parlaq ifadəsi deyil, parlaq və rəngarəng hə-
yati obraz yaratmaq başlıca məqsədə çevrilirdi. Belə de-
mək mümkünsə, antik dramaturgiyada enerjinin itmə-
məsi qanunu özünü biruzə verirdi: teatr sənəti inkişaf et-
dikcə, əsərlərin ideya məzmunu getdikcə bəsitləşir və
Dostları ilə paylaş: |