214
qəhrəmanın daxilində analıq hissilə intiqam ehtirasının
necə gərgin mübarizə apardığını Medeyanın monoloqları
vasitəsilə tamaşaçıya çatdırır. Sanki analıq hissi qalib gəl-
mək üzrədir və o, uşaqlarını öldürməkdən vaz keçəcək.
Lakin bu vaxt Kreontun və qızının ölüm xəbəri gəlir və
Medeya uşaqlarını Kreont ailəsinin əlinə keçməməsi
üçün özü öldürür. Babası Helios onu qaçırmaq üçün qa-
nadlı əjdəhalara qoşulmuş araba göndərir və Medeya
uşaqlarının cəsədlərini götürüb arabada uçub gedir.
Əsər bir sıra cəhətlərinə görə xüsusi maraq doğurur.
İlk növbədə, o, Evripid yaradıcılığı üçün ən tipik faciələr-
dən biridir. Belə ki, burada obrazların daxili psixoloji və-
ziyyətləri bütün ziddiyyətləri ilə göstərilir, hisslərin gər-
ginliyi və dinamikası tamaşacını daimi maraq içində sax-
layır. Bundan əlavə, əsərdə analıq və atalıq hissləri, güclü
emosiyaların bəzən insana bədbəxtlik gətirməsi haqqın-
da fəlsəfi düşüncələrə geniş yer verilmişdir ki, bu da Ev-
ripid yaradıcılığına xas xüsusiyyətlərdən biri kimi qəbul
edilir. Faciədə antik mifoloji materiala da yaradıcı şəkildə
yanaşılmış, daha dəqiq olsaq, müəyyən dəyişikliklər edil-
mişdir. Məs., mifə görə, Medeyanın uşaqlarını, onun Ko-
rinfdəki hakimiyyətindən narazı qalan şəhər əhalisi öldü-
rür. Əsərdə isə Evripid Medeya obrazının xarakretirini
daha tam açmaq, qadının çılğın ehtirasını daha da qa-
bartmaq naminə məlum mifi istədiyi şəklə salmışdır. Be-
ləliklə, mifoloji material antik müəlliflər üçün getdikcə
daha artıq, sadəcə, xarici anturaj xarakteri daşıyır, möv-
215
zudan və süjet xəttindən asılı olaraq, onda istənilən for-
mada dəyişiklik etmək qəbahət sayılmır.
Digər tərəfdən, Evripidin qəhrəmanları getdikcə da-
ha çox sadələşir, Esxil və Sofoklda olan monumentallıq
keyfiyyətlərini itirirdi. Obrazlar artıq adi məişət düşün-
cəsi ilə yaşayırdılar, cılız merkantil maraqlar onlara yad
deyildi. Məs., Yason Medeyanın Korinfi sakit şəkildə tərk
etməsi üçün pul təklif edir və bu təklifin alçaqlığı Mede-
yanın onu necə ikrah hissi ilə rədd etməsi ilə aydın görü-
nür. Obrazların qəhrəmanlıq arealından məhrum edilmə-
si səhnəyə aşağı təbəqələrə məxsus personajların - di-
lənçilərin, şikəstlərin və b.-nın çıxarılması ilə də nail olu-
nurdu. Antik faciə daha yalnız allahların və imtiyazlı tə-
bəqənin – aristokratiyanın həyatını əks etdirmir. Burada
ən müxtıif sosial qrupların nümayəndələri görünür, ən
ağlasığmaz, çılğın fikirlər, davranışlar diqqət mərkəzinə
çəkilirdi. Bədii əsərin əsas məqsədi artıq düzgün davra-
nış normalarını insanlara öyrətmək deyil, sadəcə, polis
həyatını bütün çılpaqlığı ilə göstərmək idi. Antik drama-
turgiyada üzə çıxan bu yeni tendensiya sonrakı dövrdə
komediya janrında daha da inkişaf etdirildi və ədəbiyya-
tın funksiyaları sırasına cəmiyyətin mənfi cəhətlərinin
sərt tənqidi də əlavə olundu.
Antik faciəyə nisbətən daha gec formalaşmağa başla-
mış antik komediyanın ilk görkəmli nümayəndələri sıra-
sında Kratin, Evpolid kimi şairlərin göstərilməsinə bax-
mayaraq, antik ənənə Aristofanı (e.ə. 427-388) “qədim”
komediyanın ən tipik müəllifi kimi nəzərdən keçirirdi. Bu
216
da təsadüfi sayılmamalıdır. Digər komediya müəllifləri
(onların əsərlərindən yalnız ayrı-ayrı parçalar məlum-
dur) ilə müqayisədə məhz Aristofanın yaradıcılığından
daha çox əsər (44 komediyadan 11-i) qorunub saxlan-
mışdır ki, bunun özü də antik və sonrakı dövrlərdə ona
verilən dəyərin göstəricisi kimi dəyərləndirilə bilər.
Aristofan öz əsərlərində hər nə qədər dövrünün icti-
mai davranış normalarını sərt tənqid atəşinə tutsa da,
prinsip etibarilə demokratik quruluşun əleyhdarı deyildi.
Sadəcə, onun arzuladığı zaman – Afina demokratiyasının
çiçəklənmə dövrü artıq arxada qalmışdı və yeni yaran-
maqda olan ictimai-siyasi vəziyyət, müxtəlif ideya-fəlsəfi
cərəyanlar şairin nəzərində böyük qarma-qarışıqlıq,
anarxiya kimi görünürdü. Aristofan komediyalarında öz
dövrünün iki bir-birinə zidd qüvvəsinin - bir tərəfdən po-
lis oliqarxiyasının, digər tərəfdən isə radikal demokratik
qruplaşmanın nümayəndələrini gülüş obyektinə çevir-
miş, aşağı təbəqənin, kəndlilərin maraqlarını müdafiə
edən mülayim demokratlar dəstəsinə isə rəğbət bəslən-
mişdir. Bu mənada “Atlılar” komediyası yaşadığı dövrün
ictimai-siyasi vəziyyətinə Aristofanın münasibətini gös-
tərən ən tipik nümunələrdən biridir.
Əsər e.ə. 424-cü ildə səhnələşdirilmişdir. Komediya
bir sıra cəhətləri ilə həm Aristofan yaradıcılığı, həm də
ümumilikdə “qədim” komediya üçün əlamətdardır. İlk
növbədə, əsərin mövzusu birbaşa Afina polis demokrati-
yasının mövcud real vəziyyətindən götürülmüşdür. Belə
ki, komediyanın baş qəhrəmanı yunan xalqının təcəssü-
217
mü kimi verilmiş qoca Demosdur. O, öz evinin hakimiy-
yətini dabbaq Paflaqonluya vermişdir. Bu obrazın sima-
sında isə antik tamaşaçı radikal demokratlar qruplaşma-
sının rəhbəri Kleonu asanlıqla tanıya bilərdi. Hətta onun
dabbaq olması da təsadüfi deyildi, belə ki, Kleonun atası
da dabbaq idi. Əsərin başlanğıcında evin iki qulu sərxoş
olandan sonra belə qərara gəlirlər ki, evdəki hakimiyyəti
dəyişsinlər. Buna görə onlara gələcəkdən xəbər verən
orakul lazımdır, çünki Demos yalnız onun sözlərini yeri-
nə yetirir. Orakul tapılandan sonra onun yeni “öncəgör-
məsi” məlum olur. Hakimiyyət dəyişikliyi baş verməlidir
və dabbağı kolbasaçı əvəz etməlidir. Kolbasaçı dərhal
üzə çıxsa da, Paflaqonlunun gəlişindən sonra qaçmağa
məcbur olur. Ona yardıma “atlılar”dan ibarət xor gəlir.
Xorun “atlılar”dan ibarət olması da təsadüfi deyil, belə ki,
həmin dövrdə aristokratik qruplaşmanın adı məhz bu
cür idi. Paflaqonlu ilə kolbasaçı üz-üzə gəlirlər və burada
xalq karnaval mərasimlərini xatırladan qarma-qarışıqlıq,
söyüş səhnələri baş verir və nəhayət, kolbasaçı öz həya-
sızlığı ilə dabbağa qalib gəlir. Növbəti səhnə Demosun iş-
tirakı ilə baş verir. Hər iki hakimiyyət namizədi özlərini
Demosa təsdiq etdirməlidirlər. Bu zaman kolbasaçı Paf-
laqonludan oğurladığı dovşandan bişirdiyi yeməyi De-
mosa verir və bununla onun rəğbətini qazanır. Beləliklə,
Demos evin hakimiyyətini kolbasaçıya verir. Komediya-
nın son səhnəsində tamaşaçı Demosu artıq tam dəyişmiş
şəkildə görür. Belə ki, kolbasaçı onu qaynar suda qayna-
dıb cavanlaşdırmışdır. Bu da Demosun doğru qərar qəbul
Dostları ilə paylaş: |