234
roluna yenidən qiymət verməklə məşğul olurdular. Ca-
vab üçün elə həmin varlığın özünə müraciət etməliyik.
XX əsr bir sıra elmi ədəbiyyatlarda hər nə qədər “el-
mi-texniki inqilab”, “sürət və kosmos” əsri adlandırılsa
da, unutmaq lazım deyil ki, məhz bu əsrdə bəşəriyyət
özünün ən amansız faciələrini, iki dünya müharibəsini,
ayrı-ayrı xalqların soyqırımını, kütləvi qırğın silahlarının
sınaqdan keçirilməsini yaşadı. İntibah epoxasının dünya
sivilizasiyasına qazandırdığı maddi-mənəvi dəyərlər –
feodal istehsal münasibətlərinin yeni ictimai münasibət-
lərlə əvəzlənməsi, bunun ardınca gələn bolluq, insanın
ortodoksal dini ideologiya basqısından qurtulması, fəlsə-
fə və incəsənətdə orta əsrlərin sxolastik təmayüllü, mis-
tik-ezoterik təlimlərinin öz yerini rasionalist, dialektik
təlimlərə verməsi nəticə olaraq bütünlükdə cəmiyyət hə-
yatında müsbət dəyişikliklərə səbəb olsa da, sonrakı bir
neçə əsr ərzində bu inkişaf özünün əks üzünü göstərdi.
İnsan maddi cəhətdən zənginləşib yüksəldikcə, ruhi-mə-
nəvi cəhətdən yoxsullaşıb alçaldı. Dini-əxlaqi normalar
sistemi (“öldürmə, oğurlama, zina etmə, ata-anaya hör-
mət qoy, yaxınını sev və s.) şübhə altına alınınca, qəddar-
lıq, istismar, pozğunluq həyat normalarına çevrildi. Artıq
XIX əsrin sonlarına doğru Avropa cəmiyyətində mənəvi
böhran o həddə çatmışdı ki, yeni yaranmaqda olan qeyri-
klassik fəlsəfi ənənə bunu mütləq substansiyanın yox ol-
ması (“Allah öldü” - Nitsşe), tarixin bitməsi kimi qiymət-
ləndirir, bu isə öz növbəsində varlıqda, o cümlədən insan
varlığında, onu çərçivələyən ətraf gerçəklikdə baş
235
verənlərin yeni dəyərləndirilməsini tələb edir, bunların
inikası kimi incəsənət qarşısına yeni estetik ideallar çıxa-
rırdı. Əsrin əvvələrində meydana gəlmiş çoxsaylı avan-
qardizm cərəyanlarının (Futurizm, Dadaizm, Sürrealizm
və s.) fəlsəfi əsası estetikada pozotivizmin, incəsənət nə-
zəriyyəsində isə realizmin inkarı idi. Yeni cərəyanlar sə-
nayeləşmiş, güclü urbanizasiya prosesləri yaşayan və ic-
timai həyatı sürətlə dəyişən dünyanın bədii sənət proq-
ramlarını yaradarkən, varlığın sırf psixoloji artikulyasi-
yası (Şopenhauer), insan şüurunun yetərsizliyi
(Kyerkeqor), bunlardan irəli gələn pessimist ideyalar zə-
minində ətraf gerçəkliyə qarşı sərt tənqidi münasibətə
əsaslanırdılar. Dünyanın harmoniyası pozulmuşsa, sənət-
də niyə harmoniya olmalıdır? İnsanın həyat tərzi dəyişir-
sə, sənətin də inikas metodu dəyişməlidir. Yalnız ənənəvi
varlıq ideyasına deyil, ənənəvi olan hər şeyə - qanuna,
davranış normalarına, mədəniyyətə, sağlam düşüncəyə
qarşı çıxmaqla avanqard-modernist cərəyanlar yeni dün-
yanın yeni ədəbiyyatını, rəssamlığını, heykəltaraşlığını
yaratmağa can atırdılar. P. Pikasso deyirdi ki, “mənim
rəsmim bir sıra dağılmaların nəticəsidir, belə ki, mən əv-
vəlcə rəsmi yaradır, sonra onu dağırtmağa başlayıram”.
Həyatda olduğu kimi - əvvəlcə min bir əziyyətlə yaradı-
rıq, sonra bütün məntiqi arqumentləri kənara qoyub öz
yaratdıqlarımızı dağıdırıq. J.P. Sartr başlıca fəlsəfi “Varlıq
və heçlik. Fenomenoloji ontologiya təcrübəsi” (“Бытие и
ничто. Опыт феноменологической онтологии», 1943)
əsərində insan şüuru ilə ətraf dünyanın varlıq münasi-
236
bətlərini tədqiqata cəlb edir və nəticədə insan üçün
azadlığın yeni mənasını aşkarlayır: Azadlıq elə şüurun
özüdür; o, varlığın, dünyanın, tarixin özəyi, daxili sruktu-
rudur. Bununla dəyişən dünyada baş verən ilk baxışdan
ən amansız hadisələrin belə əsasında öz fərdi azadlıq ru-
hunu dərk etmiş insanın durması ehtimalı irəli sürülür.
Nə Allah var, nə də mütləq substansiya. Mütləq azad in-
san özü həm Allahdır, həm də Mütləq. Beləliklə, düşmən
xarici aləmin təsrilərindən qaçan, bariz individual duy-
ğulardan başqa obyektiv, rasional heç nə qəbul etməyən,
özündə qapanıb qalan dağılmış insan obrazı yeni yara-
nan incəsənət və ədəbiyyat nümunələrində tipikləşdi. O,
hər şeyə üsyan edir, məntiqi olanı qəbul etmir, çünki
“məntiq həmişə yalandır” (T. Tsara). Ənənəvi şüur, din,
əxlaq, gözəllik normaları onun azadlığını məhdudlaşdır-
dığı üçün asanlıqla rədd edilir. İnsan ətraf varlığı unut-
maq istəyir, bir çox hallarda bunu bacarır, amma onu da
unudur ki, həmin varlığın bir parçası elə onun yorulmuş
şüurudur.
Fenomenoloji cərəyanın və metodun banisi E.
Husserl ölümündən (1938) 3 il öncə “Vyana mədəniyyət
cəmiyyəti”nin dəvəti ilə bu şəhərdə “Fəlsəfə və Avropa
insanlığının böhranı” («Философия и кризис европей-
ского человечества», 1935) adlı proqram xarakterli mə-
ruzə ilə çıxış edərək, unudulmaq istənən bir sıra anlayış-
lara yüksək tribunadan aydınlıq gətirmək məcburiyyə-
tində qaldı. Filosofa görə, Avropada insanlığın böhranı
“dünyanın öz mənasını qazandığı mütləq şüura inamın,
237
tarixin mənasına, insanlığın mənasına...insanın öz indivi-
dual və ümuminsanı varlığına şüurlu məna verə bilmə
gücünə və bacarığına inamının” dağılması ilə bağlıdır. Al-
maniyada və İtaliyada faşistlərinin hakimiyyətə gəlməsi
ilə bütün qitəni bürüyən ictimai-siyasi və ideoloji gərgin-
lik şəraitində yaranmış böhranın kökləri haqqında gör-
kəmli alimin sözləri böyük əks-səda doğurdu. Məlum ol-
du ki, varlığın “unudulması”, insanın ifrat inqilabi ideya-
larla ətraf gerçəkliyə qarşı çıxması, ona düşmən kəsilmə-
si bəşəriyyət üçün yaxşı heç nə vəd etmir, hətta onun so-
nunu gətirə bilər. Sonrakı hadisələr bu ehtimalların nə
qədər həqiqətəuyğun olduğunu sübut etdi. Dünya hələ 1-
ci müharibənin yaralarından tam sağalmamış, 2-ci və da-
ha amansız müharibə girdabına sürükləndi. Ekzistensia-
list-modernist fəlsəfənin azad etdiyi insan öz enerjisini
avanqard əsərlər yaratmağa sərf etməkdən bezib, bir az
da “dava-dava” oynamaq qərarına gəldi. Niyə də yox? Axı
o, artıq mütləq azadlığını dərk etmişdi. Amma gerçək
varlıq çox sərt şəkildə ona mövcudluğunu xatırlatdı ki,
bu da hər sahədə olduğu kimi incəsənətdə və ədəbiyyat-
da ideal və metod dəyişikliklərini ardınca gətirdi. Bir za-
manlar ögey uşaq münasibəti görən realizm Avropanın
dağıdılmış şəhərlərini, parça-parça olmuş insan taleləri
ilə yanaşı, həm də cəsədlərini böyük parlaqlıqla yaddaş-
lara, şüurlara qazıdı və sübut etdi ki, “insanın öz indivi-
dual və ümuminsanı varlığına şüurlu məna verə bilmə
gücü və bacarığına inamı” bərpa etmək imkanına malik-
dir. Modernizmin söküb-yıxdığı şüuru, nizamı, gözəlliyi
Dostları ilə paylaş: |