242
dern yarandı? Sırf dəb xatirinə bu ədəbiyyatın arxasınca
düşənləri bir kənara qoyuram. Bizdə bir sıra tanınmış si-
malar da əsərlərində postmodern estetikanın tələblərinə
cavab verməyə çalışırlar. Niyə? Məncə, elə həmin gücsüz-
lüyümüzə görə. Onlar ətraf gerçəkliyin – yuxarıda adını
çəkdiyim və çəkmədiyim faciələrimizin sərt realist mən-
zərəsini yaratmaqdan sadəcə qaçırlar. Yalançı, qorxaq,
xalqını dolayan siyasətçi, vətən torpaqlarını hərraca qoy-
muş general, korrupsioner məmur oliqarx, qohumbaz,
tayfabaz vəzifə hərisi, vicdanını Avropa təmirli çoxmən-
zilli evə satmış ziyalı, yaxud düşmənin arxa cəbhəsinə
təkbaşına keçib, bir bölük əsgərini təkbaşına məhv edən
şəhid qəhrəman obrazlarını, dəhşətli həyat, mübarizə və
müharibə səhnələrinin geniş epik mənzərəsini yarat-
maqdansa, nağıllar, dastanlar, miflər dünyasına baş vur-
mağa, mistik hadisələrdən yazmağa, fikirləri qatıb-qarış-
dırmağa, uzaq simvolların dili ilə danışmağa üstünlük ve-
rirlər. Bax bu yerdə postmodern ədəbiyyat köməyə gəlir.
Postmodern estetika əslində “müasir” ədəbiyyatımıza
vaxtilə sosialist realizmi kimi yuxarıdan sırınır, daxili eh-
tiyacdan yaranmır. Maraqlıdır ki, vaxtilə realist nəsrin
şinelindən çıxmış köhnə nəsil yazarlar da bu ədəbi oyun-
da iştirak edirlər, halbuki onların bir çoxları son illərin
faciələrini və nəyin necə yazılmasını hamıdan daha yaxşı
bilirlər. Bilirlər, amma Tartüf maskasını taxaraq, insanla-
ra yalançı əxlaq dərsi keçir, diqqəti əsas mövzulardan
onuncu, on beşinci dərəcəli mövzulara yönəldirlər. Ədə-
biyyat cəmiyyətimizin həqiqi, daxili ağrı-acılarını gösrət-
243
məkdənsə, üzündəki sivilcələri, dərisinin rəng dəyişikli-
yini, uzaq başı soyuqdəyməni göstərir. Yəni, o, güzgü de-
yil, şirmaya çevrilmişdir. Bəlkə bu vəziyyətə onu zorla
salıblar? İnanmağım gəlmir. Sadəcə, elə vəziyyət yaranıb
ki, ən rahatı postmodern ədəbiyyatdır. Nəyinə lazımdır
real həyat? Yaşasın nağıl, mif, simvol.
Son olaraq, bir dana U. Ekonun tarixi varlıq haqqında
sözlərini xatırlamaq istəyirəm: “o, bizi buraxmır, şantaj
edir”. Biz istəsək də, istəməsək də, varlıq bizi buraxma-
yacaq, müdaxilə edəcək, həyatımıza yön yerəcək. Buna
qarşı çıxmaq lazımdımı? Qətiyyən! Nə qədər tez bunu an-
layıb onun müdaxilələrinə uyğun həyatımızı qursaq, bir o
qədər tez normal, sivil dünyaya qovuşarıq, bir o qədər
tez həqiqi böyük ədəbiyyatınız yaranar və nəhayət, bir o
qədər tez dünya ədəbi prosesinin bir hissəsinə çevrilib,
layiq olduğumuz dəyəri qazanarıq. Unutmayaq ki, hər
hansı xalqın ədəbiyyatı və incəsənətı hansısa müasir cə-
rəyana mənsubluğuna görə deyil, ilk növbədə həmin xal-
qın varlığını nə qədər həqiqi təqdim etdiyinə görə maraq
doğurur.
244
“HƏYATINI HƏQİQƏTƏ XİDMƏTƏ HƏSR ET!”
(Antik aforizm haqqında düşüncələr)
Yazının başlığı kimi Yuvenaldan gətirdiyim aforizmi,
yəqin ki, çoxlarınız müxtəlif dövrlərdə yaşayıb-yaratmış
bir sıra görkəmli filosofların, yazıçı və şairlərin əsərlərin-
də müxtəlif variantlarda oxumusuz. Elə də mürəkkəb fi-
kir deyil və çoxlarının ağlına gələ bilər. Ehtimal etmək
olar ki, Yuvenaldan öncə də bəzi antik mütəfəkkirlər ox-
şar fikirlər bildirmişlər. Müəllifliyin məhz Yuvenala aidli-
yini ona görə qeyd etdim ki, antik mənbələrin özündə be-
lə göstərilmişdir. Nəyə görə yazını məhz müəlliflik məsə-
ləsinə diqqəti çəkməklə başladığımı bilmək istəyənlər
heç darıxmasınlar, yazının sonunda hər şey aydınlaşa-
caq…
“Susmaq qınına salınmış söz uzun müddətli fəa-
liyyətsizlikdən zəifləyir” (Apuley). Mən də antik afo-
rizmlər haqqında uzun müddətdən bəri “susmaq qı-
nı”nda saxladığım sözləri nəhayət gün üzünə çıxarmaq
istəyirəm ki, gücdən düşməsinlər, vaxtını-vədəsini itir-
məsinlər. Axı antik aforizm bunu demək istəyir – sözü
gecikdirmə, yeri və zamanı gəldisə, susma, danış! Sus-
duqca sözünün kəsəri itəcək. Məhz “kəsəri”. Vaxtında de-
245
yilmiş söz bıçaq yağı kəsən kimi kəsir. Aforizmdə nahaq
yerə “qına salınmış” sözdən danışılmır… Kəsmək istəyir-
sənsə, sözünü kütləşməyə, paslanmağa qoyma! Bütün za-
manlar üçün aktual səslənir. Çünki bütün dövrlərdə haq-
sızlıq haqq sözü “susmaq qınına” salmağa çalışır…
“Çox danışmaq və çox demək eyni şey deyil” (So-
fokl). Antik aforizm həmişə çox danışmağa yox, çox de-
məyə çalışır. Dəmirçixanadakı usta kobud polad parçası-
nı odda qızdırandan sonra döyüb-döyüb ondan gözəl bir
əşya düzəltdiyi kimi, antik müəllif də çatdırmağa çalışdı-
ğı fikrini ürəyinin odunda yaxşıca qızdırandan sonra be-
ləcə döyüb-döyüb ondan mümkün qədər az sözlü afo-
rizm düzəldir. Yığcamlıq ağlın və istedadın əlamətidir.
Bununla müəllif özünün, mənsub olduğu toplumun kimli-
yi, intellektual keyfiyyətləri haqqında məlumat verir. Be-
lə ki, yalnız mədəniyyətin, düşüncənin və dilin müəyyən
inkişaf pilləsinə yüksəlmiş sivilizasiyalarda dərin məna
bir neçə sözlə ifadə edilə bilər. Fəqət, digər tərəfdən hə-
min bir neçə sözlə oxucunun intellekti də yoxlanılır. Ağ-
lın çatırsa, bu az sözün içində döyülüb-döyülüb sıxılmış,
içindən bütün suyu çıxarılmış fikri aşkarla…
“Yaltaq – əl heyvanlarından ən təhlükəlisidir”
(Diogen). Bu cümlənin məna yükü və deyiliş forması
möhtəşəmdir. Antik aforizm ikiqat həzz verir: həm müd-
rik fikir əldə edirsən , həm də bu fikir bədiiləşmiş forma-
da təqdim olunur. Ən maraqlısı nədir? Bəzən ayrı-ayrı
dövlət xadimlərinin, imperatorların, sərkərdələrin, yəni
bilavasitə qələm əhli olmayan şəxsiyyətlərin elə hikmətli
Dostları ilə paylaş: |