Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə59/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   62

242 
 
dern yarandı? Sırf dəb xatirinə bu ədəbiyyatın arxasınca 
düşənləri bir kənara qoyuram. Bizdə bir sıra tanınmış si-
malar da əsərlərində postmodern estetikanın tələblərinə 
cavab verməyə çalışırlar. Niyə? Məncə, elə həmin gücsüz-
lüyümüzə  görə.  Onlar  ətraf  gerçəkliyin  –  yuxarıda  adını 
çəkdiyim və çəkmədiyim faciələrimizin sərt realist mən-
zərəsini  yaratmaqdan  sadəcə  qaçırlar.  Yalançı,  qorxaq, 
xalqını dolayan siyasətçi, vətən torpaqlarını hərraca qoy-
muş  general,  korrupsioner  məmur  oliqarx,  qohumbaz, 
tayfabaz vəzifə hərisi, vicdanını Avropa təmirli çoxmən-
zilli  evə  satmış  ziyalı,  yaxud  düşmənin  arxa  cəbhəsinə 
təkbaşına keçib, bir bölük əsgərini təkbaşına məhv edən 
şəhid qəhrəman obrazlarını, dəhşətli həyat, mübarizə və 
müharibə  səhnələrinin  geniş  epik  mənzərəsini  yarat-
maqdansa, nağıllar, dastanlar, miflər dünyasına baş vur-
mağa, mistik hadisələrdən yazmağa, fikirləri qatıb-qarış-
dırmağa, uzaq simvolların dili ilə danışmağa üstünlük ve-
rirlər. Bax bu yerdə postmodern ədəbiyyat köməyə gəlir. 
Postmodern  estetika  əslində  “müasir”  ədəbiyyatımıza 
vaxtilə sosialist realizmi kimi yuxarıdan sırınır, daxili eh-
tiyacdan  yaranmır.  Maraqlıdır  ki,  vaxtilə  realist  nəsrin 
şinelindən çıxmış köhnə nəsil yazarlar da bu ədəbi oyun-
da  iştirak  edirlər,  halbuki  onların  bir  çoxları  son  illərin 
faciələrini və nəyin necə yazılmasını hamıdan daha yaxşı 
bilirlər. Bilirlər, amma Tartüf maskasını taxaraq, insanla-
ra  yalançı  əxlaq  dərsi  keçir,  diqqəti  əsas  mövzulardan 
onuncu, on beşinci dərəcəli mövzulara yönəldirlər. Ədə-
biyyat cəmiyyətimizin həqiqi, daxili ağrı-acılarını gösrət-


243 
 
məkdənsə,  üzündəki  sivilcələri,  dərisinin  rəng  dəyişikli-
yini, uzaq başı soyuqdəyməni  göstərir. Yəni, o, güzgü de-
yil,  şirmaya  çevrilmişdir.  Bəlkə  bu  vəziyyətə  onu  zorla 
salıblar? İnanmağım gəlmir. Sadəcə, elə vəziyyət yaranıb 
ki,  ən  rahatı  postmodern  ədəbiyyatdır.  Nəyinə  lazımdır 
real həyat? Yaşasın nağıl, mif, simvol.  
Son olaraq, bir dana U. Ekonun tarixi varlıq haqqında 
sözlərini  xatırlamaq  istəyirəm:  “o,  bizi  buraxmır,  şantaj 
edir”.  Biz  istəsək  də,  istəməsək  də,  varlıq  bizi  buraxma-
yacaq,  müdaxilə  edəcək,  həyatımıza  yön  yerəcək.  Buna 
qarşı çıxmaq lazımdımı? Qətiyyən! Nə qədər tez bunu an-
layıb onun müdaxilələrinə uyğun həyatımızı qursaq, bir o 
qədər  tez  normal,  sivil  dünyaya  qovuşarıq,  bir  o  qədər 
tez həqiqi böyük ədəbiyyatınız yaranar və nəhayət, bir o 
qədər  tez  dünya  ədəbi  prosesinin  bir  hissəsinə  çevrilib, 
layiq  olduğumuz  dəyəri  qazanarıq.  Unutmayaq  ki,  hər 
hansı xalqın ədəbiyyatı və incəsənətı hansısa müasir cə-
rəyana mənsubluğuna görə deyil, ilk növbədə həmin xal-
qın varlığını nə qədər həqiqi təqdim etdiyinə görə maraq 
doğurur.  
 
 


244 
 
“HƏYATINI HƏQİQƏTƏ XİDMƏTƏ HƏSR ET!” 
 
(Antik aforizm haqqında düşüncələr) 
 
 
 
 
 
Yazının başlığı kimi Yuvenaldan gətirdiyim aforizmi, 
yəqin ki, çoxlarınız  müxtəlif dövrlərdə yaşayıb-yaratmış 
bir sıra görkəmli filosofların, yazıçı və şairlərin əsərlərin-
də müxtəlif variantlarda oxumusuz. Elə də mürəkkəb fi-
kir  deyil  və  çoxlarının  ağlına  gələ  bilər.  Ehtimal  etmək 
olar ki, Yuvenaldan öncə də bəzi antik mütəfəkkirlər ox-
şar fikirlər bildirmişlər. Müəllifliyin məhz Yuvenala aidli-
yini ona görə qeyd etdim ki, antik mənbələrin özündə be-
lə göstərilmişdir. Nəyə görə yazını məhz müəlliflik məsə-
ləsinə  diqqəti  çəkməklə  başladığımı  bilmək  istəyənlər 
heç  darıxmasınlar,  yazının  sonunda  hər  şey  aydınlaşa-
caq… 
“Susmaq  qınına  salınmış  söz  uzun  müddətli  fəa-
liyyətsizlikdən  zəifləyir”  (Apuley).  Mən  də  antik  afo-
rizmlər  haqqında  uzun  müddətdən  bəri  “susmaq  qı-
nı”nda  saxladığım  sözləri  nəhayət  gün  üzünə  çıxarmaq 
istəyirəm  ki,  gücdən  düşməsinlər,  vaxtını-vədəsini  itir-
məsinlər.  Axı  antik  aforizm  bunu  demək  istəyir  –  sözü 
gecikdirmə,  yeri  və  zamanı  gəldisə,  susma,  danış!  Sus-
duqca sözünün kəsəri itəcək. Məhz “kəsəri”. Vaxtında de-


245 
 
yilmiş söz bıçaq yağı kəsən kimi kəsir. Aforizmdə nahaq 
yerə “qına salınmış” sözdən danışılmır… Kəsmək istəyir-
sənsə, sözünü kütləşməyə, paslanmağa qoyma! Bütün za-
manlar üçün aktual səslənir. Çünki bütün dövrlərdə haq-
sızlıq haqq sözü “susmaq qınına” salmağa çalışır… 
“Çox danışmaq və çox demək eyni şey deyil” (So-
fokl). Antik aforizm  həmişə çox danışmağa yox, çox  de-
məyə çalışır. Dəmirçixanadakı usta kobud polad parçası-
nı odda qızdırandan sonra döyüb-döyüb ondan gözəl bir 
əşya düzəltdiyi kimi, antik müəllif də çatdırmağa çalışdı-
ğı fikrini ürəyinin odunda yaxşıca qızdırandan sonra be-
ləcə  döyüb-döyüb  ondan  mümkün  qədər  az  sözlü  afo-
rizm  düzəldir.  Yığcamlıq  ağlın  və  istedadın  əlamətidir. 
Bununla müəllif özünün, mənsub olduğu toplumun kimli-
yi, intellektual keyfiyyətləri haqqında məlumat verir. Be-
lə ki, yalnız mədəniyyətin, düşüncənin və dilin müəyyən 
inkişaf  pilləsinə  yüksəlmiş  sivilizasiyalarda  dərin  məna 
bir neçə sözlə ifadə edilə bilər. Fəqət, digər tərəfdən hə-
min bir neçə sözlə oxucunun intellekti də yoxlanılır. Ağ-
lın çatırsa, bu az sözün içində döyülüb-döyülüb sıxılmış, 
içindən bütün suyu çıxarılmış fikri aşkarla… 
“Yaltaq  –  əl  heyvanlarından  ən  təhlükəlisidir” 
(Diogen).  Bu  cümlənin  məna  yükü  və  deyiliş  forması 
möhtəşəmdir. Antik aforizm ikiqat həzz verir: həm müd-
rik fikir əldə edirsən , həm də bu fikir bədiiləşmiş forma-
da  təqdim  olunur.  Ən  maraqlısı  nədir?  Bəzən  ayrı-ayrı 
dövlət  xadimlərinin,  imperatorların,  sərkərdələrin,  yəni 
bilavasitə qələm əhli olmayan şəxsiyyətlərin elə hikmətli 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə