Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə55/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   62

226 
 
Bəlkə  ona  görə  ki,  keçmişin  yarıallah  qəhrəmanları 
ilə müqayisədə öz dövrünün insanlarını, yaxud ətrafında 
baş  verənləri  o  qədər  cılız  sayırdı  ki,  onları  əbədiləş-
dirməyə  layiq  bilmirdi?  Homerin  bu  aristokratizmini 
sonrakı  dövrlərdə  bütün  tədqiqatçılar  qeyd  etmiş,  hətta 
bəzi  sovet  klassik  filoloqları  onu  “saray  şairi”  belə 
adlandırmışlar.  Homer  müxtəlif  bədii  vasitələrlə  öz 
arxaikləşdirilmiş  və  ideallaşdırılmış  qəhrəmanlarını  adi 
insan obrazlarından fərqləndirir. Onlar həmişə himayəçi 
allahları  ilə  bilavasitə  əlaqədədirlər,  lazım  gəldikdə 
onlardan  məsləhət  alır,  yardımlarından  istifadə  edirlər. 
Məs., ilahə Afrodita Menelayla təkbətək savaşda məğlub 
olan  Parisi  döyüş  meyadanından  qaçırır  (“İlliada”,  III 
nəğmə),  yaxud  Briseidanın  əlindən  alınmasına  qəzəb-
lənən  Axilles  qılncı  ilə  Aqamemnonun  üstünə  atılmaq 
istərkən, ilahə Afina onu sakitləşdirir (“İlliada”, I nəğmə). 
Allahlarla  əlaqədə  olmamaq,  onlardan  məsləhət  və 
göstəriş  almamaq  insanın  əsil-nəcabətsizliyindən,  yük-
sək  zümrəyə  mənsub  olmamasından  xəbər  verir.  Məs., 
Fersitin döyüşçüləri öz evlərinə geri qayıtmağa səsləyən 
məşhur  çıxışı  onun  öz  alçaq  təbiəti  ilə  əlaqələndirilir 
(“İlliada”, II nəğmə).  
Məncə, müəllif öz müasiri olduğu dövrünün fersitləri 
ilə  uğraşmamaq  üçün  mifoloji  qəhrəmanlar  dünyasına 
müraciət  edir,  həmin  dövrün  geniş  epik  mənzərəsini 
yaratmaqla  müasirlərinə  nümunə  üçün  lazım  bildiyi 
istiqaməti göstərirdi. Zatən fersitlər hər zaman olmuş və 
yəqin hələ bundan sonra da olacaq. Müasir dövrümüzün 


227 
 
savaşlarında  onların  prototiplərinə  bol-bol  rast  gəl-
mişik...  Homeri  bütün  dövrlərdə  müasir  edən  cəhətlər-
dən  biri  də  bu  deyilmi?..  Əsərləri  klassik  insan  xislət-
lərinin antik, həm də müasir qalereyasıdır desək, çoxmu 
yanılmış olarıq?...           
“İlliada”  və  “Odisseya”da  Homerin  yaşadığı  dövrdən 
ən azı 4 əsr əvvəlki zamanın hadisələri canlandırılmışdır. 
Həvəskar arxeoloq Henrix Şlimanın 1870-ci ildə başladı-
ğı  və  ölümündən  sonra  da  müəyyən  fasilələrlə  II  dünya 
müharibəsinə qədər davam etdirilən qazıntılar nəticəsin-
də  aşkarlanmışdı  ki,  eposlarda  Troya  kimi  adlandırılan 
qala-şəhər e.ə. 1250-ci ildə dağıdılaraq yandırılmış, son-
ra  həmin  ərazidə  Avropadan  gələn  insanlar  məskunlaş-
mışlar. Homerə qədər keçən dörd yüz illik zaman ərzində 
həmin tarixi hadisələr mifə çevrilmiş, daha sonra o mif-
lərdən şifahi xalq ədəbiyyatının epik nəğmələri bəstələn-
miş, nəhayət xioslu kor aed o nəğmələrdən öz eposlarını 
yaratmışdır. Belə çıxır ki, o zamana qədər yazılı ədəbiy-
yat nümunələri olmamışdır?..  
Qərbdə  ədəbiyyat  tarixinə  dair  dərsliklərdə  hələ  də 
Homeri  yazılı  dünya  ədəbiyyatının  banisi  kimi  təqdim 
edirlər.  Görəsən  həqiqətənmi  bu  belədir?  Axı  eposlarda 
istifadə  olunan  bədii-sənətkarlıq  xüsusiyyətləri,  əsərin 
dili, ədəbi yazı texnikası, üslub özəllikəri aşkar sübut edir 
ki, poemalar özündən əvvəlki kifayət qədər zəngin ədəbi 
ənənəyə dayaqlanır.  Niyə bu ənənənin heç bir izləri qo-
runub  saxlanmamışdır?  Nəinki  qorunub  saxlanmamış, 
onların  mövcudluğu  haqqında  hətta  qədim  dövrün  filo-


228 
 
loqları  belə  heç  nə  bilməmişlər.  Bu  da  Homer  haqqında 
müəmallı suallardan biridir və bu müəmmalar zaman-za-
man bir yerə toplanaraq, qərb klassik filologiyasında bö-
yük “Homer sualı”nı yaratmışdır.  
Hələ antik dövrün  özündə “İlliada” və “Odisseya”nın 
bir  müəllif  tərəfindən  yazılmasından  şübhələnən,  hətta 
bunun  mümkünsüzlüyünü  bildirən  müəlliflər  (Ksenon, 
Hellanik və b.) olsa da, ilk dəfə antik nəğməkar haqqında 
bütün  cavabsız  suallara  sistemli  şəkildə  aydınlıq  gətir-
məyə  çalışan  alim  alman  klassik  filoloqu  Fridrix  Avqust 
Volf idi. “Homerə giriş” əsərində (1795) alim hesab edir-
di ki, poemalar improvizator nəğməkarlar – aedlər tərə-
findən əsrlər boyu nəğmələr şəklində şifahi şəkildə yayıl-
mış və yalnız e.ə. VI əsrdə Afina hökmdarı Pisistratın rəh-
bərliyi altında xüsusi olaraq bir yerə toplanaraq, ciddi re-
daktədən sonra yazıya köçürmüşdür.  
Daha bir alman filoloqu Karl Laxman Volfun dediklə-
rini təsdiq edərək daha da irəli getmiş, Homer eposları-
nın əsasında duran və ayrı-ayrı naməlum müəlliflər tərə-
findən yaradılmış 18 nəğməni ayırmışdır. Laxman hesab 
edirdi ki, məhz bu nəğmələr sonradan aedlərin improvi-
zəsi  nəticəsində  eposlara  çevrilmiş,  VI  əsrdə  isə  onların 
müəllifliyini Homer (onun da aed olması istisna edilmir-
di) adlı birisinə aid etmişlər.  
Lakin  heç  də    bütün  tədqiqatçılar  Homer  əsərlərini 
kollektiv  yaradıcılıq  məhsulu  hesab  etmirdilər.  Onların 
arasında  “unitarlar”  adını  almış  qrup  da  vardı  ki,  bura 
daxil olan filoloqlar hər iki eposun ayrıca bir fərdə məx-


229 
 
sus  olması  fikrini  müdafiə  edirdilər.  Yeri  gəlmişkən  de-
mək  lazımdır  ki,  alman  klassik  fəlsəfəsinin  zirvəsi  olan 
G.V.F. Hegel də “unitarlar”dan biri idi və hesab edirdi ki, 
“Homer poemalarında həqiqi, daxilən məhdudlaşdırılmış 
epik  bütövlük  var  ki,  bunu  da  yalnız  ayrıca  fərd  yarada 
bilər”.  “Volfçular”dan  fərqli  olaraq,  “unitarlar”da  yalnız 
hər iki eposun eyni şəxsə aidliyi mübahisəli qalırdı.  
Son dövrlərin tarixi araşdırmaları nəticəsində aşkar-
lanmış  daha  bir  məlumat  “unitarlar”ın  arqumentlərini 
möhkəmləndirmişdir. Sübut olunmuşdur ki, Homerin ya-
şadığı  VIII  əsrdə  İoniya  ərazisində  geniş  yayılmış  yazı 
mədəniyyəti  mövcud  idi.  Bununla  “volfçular”ın  əsaslan-
dıqları “yazı olmayan yerdə irihəcmli əsərlər yaradıla bil-
məz” arqumenti puç olmuşdur. Bu yerdə şəxsi fikrimi də 
söyləyim...  
 
Ulu Zevs qış fəslində səmadan qar yağdıranda, 
Qüvvətini-qüdrətini insanlara göstərməkçün  
Lopa-lopa qarla çulğar yer üzünü hər bir yanda. 
Küləkləri yatırdaraq, fasiləsiz səpər qarı –  
Dik dağlara, dənizlərə uzanan dar burunlara
Bərəkətli zəmilərə, gül-çiçəkli çəmənlərə... 
Dənizlərin sahilində körpüləri bürüyər qar,  
Yalnız coşub-daşan dalğa udar onu bircə anda
Qalan hər yer qar altında...- Zevs belə qar yağdırar. 
İndi burda hər tərəfdən daş yağırdı qar yağantək.  
(“İlliada”, XII nəğmə)  
 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə