Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə56/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   52   53   54   55   56   57   58   59   ...   62

230 
 
Belə misraları heç bir kollektiv yarada bilməzdi. On-
ları  yaradan  “dənizlərin  sahilində”  həmin  qar  bürüyən 
körpüləri gəzib müşahidə etmiş böyük şairdir. Fikrimcə, 
poemaların kollektiv tərəfindən (nəğməkar-aedlər) deyil, 
ayrıca şəxs tərəfindən yaradılmasını ən gözəl sübut edən 
elə  əsərlərin  özüdür:  ilk  növbədə  eposların  təhkiyyəsi, 
burada bir çox və rəngarəng obrazların verilməsi, bəzən 
mürəkkəb süjet xəttinin olması. Bütün bu bədii xüsusiy-
yətlər  folklor  nəğməsinin  deyil,  məhz  yazılı  ədəbiyyat 
nümunəsinin əlamətləridir. Homerdə epik təhkiyyə folk-
lor ədəbiyyatına nisbətən daha yüksək səviyyədədir. Bə-
li, o əsərlərini aed nəğmələri materialında yaratmışdı, la-
kin həmin materialı daha fərqli bədii səviyyədə və daha 
mürəkkəb estetik tələblərə uyğun yenidən işləyərək, bizə 
dünya ədəbiyyatı tarixində silinməz izlər buraxmış dahi-
yanə poemalar bəxş etmişdir.  
Burdan  çıxış  edərək,  milli  ədəbiyyatımızla  bağlı  bir 
məsələyə  də  münasibətimi  bildirmək  istərdim.  Məncə, 
biz  “Kitabi  Dədə  Qorqud”  və  “Koroğlu”  kimi  irihəcmli 
dastanlarımızı da birmənalı olaraq şifahi xalq ədəbiyyatı 
nümunələri  kimi  təqdim  etməməliyik.  Onların  da 
təhkiyyə  üslubu  Homer  eposları  kimi,  kollektiv  deyil, 
məhz  müəllif  yaradıcılığı  məhsulu  olmasından  xəbər 
verən  elementlərlə  zəngindir.  Xüsusilə,  “Kitabi  Dədə 
Qorqud”  bu  baxımdan  fərqlənir.  Şəxsən  mən  bu  dastanı 
oxuduğum  ilk  gündən  bu  vaxta  qədər  onun  şifahi  xalq 
ədəbiyyatı  nümunəsi  olmasına  şübhə  ilə  yanaşmışam. 
Əsərin müəllifinin naməlum olması heç də onu kollektiv 


231 
 
əməyin  məhsulu  kimi  təqdim  etməyə  əsas  vermir. 
Sadəcə,  bu  sahədə  tədqiqatlar  aparılmalı,  boyların  üslu-
bu,  dil  xüsusiyyətləri,  obrazlar  aləmi  arxasında  gizlənən 
müəllifin  adını  olmasa  da,  heç  olmasa  təfəkkür  tərzini, 
dünyagörüşünü, dəyərlər sistemini aşkarlamalıyıq. Bu iş-
də dastanın Homer eposları ilə müqayisəli təhlili, fikrim-
cə, ortaya bir çox maraqlı məqamları çıxara bilər. Xatır-
latmaq istərdik ki, milli dastanları olan bir çox xalqlar bu 
işi  görmüş,  dastanlarını  bütünlükdə  antik  ədəbiyyat  nü-
munələri  və  xüsusilə  Homer  yaradıcılığı  ilə  müqayisəli 
təhlil predmetinə çevirmişlər. Bizdə isə bu işə cəhd edən-
lər olsa da, etiraf etməliyik ki, aparılan tədqiqatlar öz da-
yazlığı ilə fərqlənir.     
Qədim  antik  ədəbiyyatın  digər  böyük  nümayəndəsi 
Hesioddan fərqli olaraq, Homer əsərlərində özü haqqın-
da heç bir məlumat saxlamayıb. “Odisseya”dakı feakların 
kor aedi Demodoku nəzərə almasaq. Bəziləri müəllifin bu 
obraz vasitəsilə özünü əbədiləşdirdiyi fikrindədirlər. La-
kin bu sadəcə bir ehtimal. Demək istədiyim odur ki, şəx-
siyyəti haqqında heç bir doğru-dürüst məlumat olmayan, 
haqqında  yalnız  əfsanələr  dolaşaan,  hətta  əsərlərinin 
müəllifliyi zaman-zaman şübhə altına alınan, amma eyni 
zamanda  özündən  sonra  yaranmış  dünya  ədəbiyyatına 
bu dərəcədə güclü təsir göstərmiş ikinci bir sənətkar ta-
nıyırsızmı?  Mən  tanımıram  və  tanıyanlarla  da  bu  haqda 
diskussiya aparmağa hazıram. 
 XIX əsrin görkəmli rus ədəbi tənqidçisi və maarıfçi-
mütəfəkkiri  V.Q.  Belinski  Homerə  heyranlığını  belə 


232 
 
bildirirdi:  “Homeri  oxuyarkən  siz  bədii  kamilliyin  son 
həddə çatmış bütövlüyünü görürsüz; lakin o, sizin bütün 
diqqətinizi  cəlb  etmir  və  siz  məxsusi  olaraq  tək  ona 
heyrətlənmirsiz: Homer poeziyasına yayılmış qədim ellin 
dünyaduyumu və qədim ellin dünyasının özü sizin daha 
böyük  hörmətinizə  və  marağınıza  səbəb  olur.  Siz 
Olimpdə  -  allahlar  arasında,  döyüşdə  -  qəhrəmanların 
yanındasız;  siz  ordakı  alicənab  sadəliyə,  bir  zamanlar 
bütün  bəşəriyyətin  təmsilçisi  olmuş  xalqın  qəhrəmanlıq 
əsrindəki  zərif  patriarxallığına  mat  qalırsız;  şair  özü  isə 
sanki  kənarda  qalır  və  onun  bədiiliyini  siz  poemanın 
ayrılmaz  tərkib  hissəsi  kimi  qəbul  edir,  ona  görə  də  bu 
bədiilik  üzərində  xüsusi  dayanmaq,  ona  heyrət  etmək 
heç sizin ağlınıza belə gəlmir”.
39
 Məncə, Homer haqqında 
məlumat  azlığının  əsas  səbəblərindən  biri  burada 
gizlənmişdir:  böyük  şair  özü  qəsdən  bu  yolu  seçmiş, 
müəllifliyini  kölgədə  saxlamağa  üstünlük  vermişdir  ki, 
daha  vacib  məsələ  -  əsərlərinin  bədii  keyfiyyətləri  və 
bundan  da  mühüm  olan  xalq  qəhrəmanlığı  göz  önündə 
olsun.  Qoy  hamı  Homerdən  deyil,  poemalardan  və  bu 
poemaların əsas məzmununu təşkil edən xalqdan danış-
sın.  Fikrimcə,  o,  öz  məqsədinə  artıqlaması  ilə  çatmışdır. 
Çünki  artıq  bir  neçə  minillikdir  ki,  bütün  dünya  həm 
“İlliada”  və  “Odisseya”,  həm  yunan  xalqı,  həm  də 
Homerin özü haqqında usanmaq bilmədən danışır.   
 
                                                           
39
 Белинский В.Г. Полн. Собр. Соч. 2-е изд., т.7, стр. 318 


233 
 
        BİR DAHA VARLIQ VƏ...  METOD HAQQINDA 
 
Sözlər öz əhəmiyyətini itirəndə xalq öz azadlığını itirir. 
Konfutsi 
 
 
 
 
 
 
“Bu  gün  varlıq  haqqında  sual  unudulmuşdur”  –    M. 
Haydegger  məşhur  “Varlıq  və  Zaman”  (“Бытие  и 
Время», 1927) əsərini bu cümlə ilə başlayır. Təsadüfi de-
yil. XX əsrin mədəniyyət və incəsənət tarixinə damğasını 
vurmuş  ekzistensialist  fələsəfə  Varlıq  –  “Dasein”  (“das 
Sein” – almanca hərfi mənada, “varolan”) anlayışının üzə-
rində qurulmaqla bərabər, onu yenidən digər elm sahələ-
rində,  o  cümlədən  estetikada  diqqət  mərkəzinə  çəkdi.  
Niyə Varlıq? Axı ilk baxışdan anlayış mənşəyini hələ an-
tik dövrdən alan klassik fəlsəfənin kateqoriyasıdır, hansı 
ki, XIX əsrin sonu - XX əsrin başlanğıcından öz mövqeyini 
qeyri-klassik  fəlsəfəyə  (Fenomenologiya,  Psixologizm, 
Ekzistensializm və d.) verdi. Yeni cərəyanlar  isə metafi-
zik anlayışlardan daha çox, konkret və real insanın, onun 
ruhi-mənəvi mahiyyətinin yenidən dərk olunması ilə, hu-
manitar  elmlərin,  o  cümlədən  ədəbiyyatın,  incəsənətin 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə