81
C
2
H
4
qaz
+ H
2
O
maye
C
2
H
5
OH
maye
,
∆
H = -41868 kcoul/mol
Bu reaksiya çoxlu miqdarda istiliyin ayrılması ilə gedir, odur ki, temperaturun
artırılması ilə etanolun çıxımı azalır. Lakin reaksiya həcmin azalması ilə getdiyinə
görə yüksək temperaturun mənfi təsirini yumşaldan faktor təzyiq hesab olunur. Belə
ki, yeganə qazşəkilli reagent olan etilenin kritik temperaturu 9,7
0
C olduğundan və bu
da praktiki olaraq həmişə prosesin işçi temperaturundan aşağı olduğuna görə təzyiqin
artırılması nəzərə çarpacaq məhdudiyyətlərə səbəb olmur.
Belə maye fazalı prosesin tədqiqini ZnO ilə aktivləşdirilən volfram oksidinin
W
2
O
3
daşıyıcı – silikagel üzərinə hopdurulması ilə hazırlanan katalizator iştirakı ilə,
250
0
C temperatur və P=30 MPa təzyiqdə axınlı reaktorlarda həyata keçirirlər. Bu cür
reaktorun yuxarı hissəsinə etilen və su verilir, aşağı hissəsindən isə etanolun 20%-li
məhlulu ayrılır. Proses çox aşagı məhsuldarlığı ilə xarakterizə olunur. Katalizator
kimi neytral iondəyişmə qətranlarından istifadə olunduqda da analoji nəticələr əldə
olunur.
Katalizator kimi sulfat turşusunun 1–10% -li məhlulundan istifadə olunarsa
200– 250
0
C –də və
≈
10 MPa təzyiqdə, bir keçiddə etilenin konversiyası 90%-ə
çatır.
Beləliklə, bu və ya digər variantla maye fazalı prosesi yerinə yetirmək üçün
aktiv katalizatorların (bərk və ya maye), həmçinin də anti korroziya xassəli
materialların geniş axtarışı hal-hazırda mühüm məsələlərdən hesab olunur. Bu
məsələlərin həlli etilenin birbaşa hidratasiya prosesinin əsaslı təkmilləşməsinə və
buxar fazalı proseslərə xas olan bütün çatışmamazlığın aradan qaldırılmasına imkan
verəcək.
82
3.5. Allil spirtinin alınması
Ə
sas üzvi və polimerlər sintezinin mühüm yarım məhsullarından biri də allil
spirti hesab olunur. Məsələn, praktiki əhəmiyyət kəsb edən bütün sintetik xlorsuz
qliserinin alınma üsulları allil spirtinə əsaslanır. Allil spirtini propilendən müxtəlif
üsullarla alırlar. Polimerlər sintezi üçün lazım olan bir sıra qiymətli monomerlərin
istehsalında və həmçinin də lak-boyaq kompozisiyalarının hazırlanmasında allil spirti
vacib xammallardan hesab olunur. Məsələn, allil spirtindən qlisidol, qliserinin
monoallil efirləri, sintetik liflər istehsalı prosesində xammal kimi istifadə olunan
allilqlisidil efiri, formalaşdırılmış məmulatlar, armaturlaşdırılmış şüşə plastiklər,
polimer məmulatları, yeyinti məhsulları, tibb ləvazimatları, ətriyyat məmulatları və s.
alınır. Beləliklə allil spirtinin əhəmiyyəti onun xalq təsərrufatının müxtəlif sahələrində
xeyli dərəcədə universal istifadə olunması ilə müəyyən edilir.
Ümumiyyətlə allil spirtini allilxloridin sabunlaşması, akroleyinin reduksiyası və
propilen oksidinin izomerləşməci yolu ilə almaq olar. Bu alınma üsullarının ümumi
xüsusiyyətləri ondan ibarətdir ki, hər üç üsulun əsas xammalı propilendir, çünki həm
allil xlorid, həm akroleyin, həm də propilen oksidi propilendən alınır. Eyni zamanda
allil spirtinin istehsalı prosesində daha perspektiv xammal allilasetat da ola bilər.
Allilxlorid vasitəsi ilə allil spirtinin alınması iki reaksiyaya – propilenin
xlorlaşmasına və allilxloridin sabunlaşmasına əsaslanır :
CH
3
−
CH
=
CH
2
+ CI
2
CH
2
=
CH
−
CH
2
CI + HCI ...(3.21)
CH
2
=
CH
−
CH
2
CI + NaOH CH
2
=
CH
−
CH
2
OH
+ NaCI ...(3.22)
Bu allil spirtinin sənaye miqyasında ilk alınma üsuludur. Lakin alınan əmtəə
məhsulunun yüksək keyfiyyətə malik olmasına baxmayaraq bu üsul indiki zamanda
ekoloji tələbata və texniki səviyyəsinə görə məqbul hesab oluna bilməz. İş ondadır ki,
birinci mərhələdə istifadə olunan xlor tullantıların tərkibinə keçir ki, onların da qeyri
ixtisaslı istifadə olunması və ya məhv edilməsi prosesin ümumilikdə iqtisadi
baxımdan rəqabət aparma qabiliyyətini azaldır.
83
Allil spirtinin propilenin oksidləşmə məhsullarından alınması üsulu daha
perspektiv hesab olunur. Propilenin oksidləşməsi yolu ilə alınan akroleyinin
reduksiyası ilə allil spirtinin sintez üsulu məlumdur. Akroleyin polimerləşmə
reaksiyalarına çox meyilli olduğuna görə bu üsul geniş tətbiq sahəsi tapa bilməmişdir.
Allil spirtinin daha perspektiv sintez üsulu – onun propilen oksidindən alınmasıdır.
Bu üsul iki reaksiyaya əsaslanır:
Birinci reaksiya oksigendən tutmuş hidroperoksid və peroksiturşular kimi bir sıra
oksidləşdiricilərin iştirakı ilə aparıla bilər. Həm də nəzərə almaq lazımdır ki,
oksidləşdiricilərin reduksiya olunmuş formasını suyun ayrılması ilə regenerasiya
etmək olar, ya da xalq təsərrüfatında istifadə etmək olar. Bu da propilen oksidinin
alınma üsulunu olduqca çevik və çoxvariantlı edir.
Propilen oksidinin qaz fazada izomerləşməsi yolu ilə allil spirtinin alınması
litiumfosfat katalizatorunun iştirakı ilə 300
−
350
0
C temperaturda, xammalın
verilməsinin həcmi sürətinin 1,5 saat
−
1
qiymətində aparılır. Bu halda propilen
oksidinin konversiyası 60 % - dən az olmur. Onun çevrilməyə görə selektivliyi allil
spirtinə görə 89 %, propion aldehidinə görə 6%, asetona görə 3%, n-propanola görə
1%, polimerlərə görə isə 1% olur. Alınan reaksiya məhsullarını rektifikasiya yolu ilə
ayırırlar. Ayrılan propiloksidini yenidən retsiklə qaytarırlar. Katalizatorun işçi
tsiklinin davamiyyət müddəti 250-300 saat olur. Hər işçi tsiklin sonunda 30 dəqiqəlik
regenerasiya tsikli yerinə yetirilir, katalizatorun işləmə müddəti isə 2500 saat olur.
Şə
kil 3.2-də propilen oksidindən allil spirtinin alınması prosesinin əsas texnoloji
CH
2
=
CH
−
CH
3
+
[
O
]
CH
2
CH
−
CH
3
...(3.23)
O
CH
2
CH
−
CH
3
CH
2
=
CH
−
CH
2
OH
...(3.24)
O
Dostları ilə paylaş: |