Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

 
81
 
         C
2
H
4
qaz
  +  H
2
O
maye 
                  C
2
H
5
OH
maye
 ,  

H  =  -41868 kcoul/mol 
 
          Bu reaksiya çoxlu miqdarda istiliyin ayrılması ilə gedir, odur ki, temperaturun 
artırılması  ilə  etanolun  çıxımı  azalır.  Lakin  reaksiya  həcmin  azalması  ilə  getdiyinə  
görə yüksək  temperaturun  mənfi  təsirini yumşaldan  faktor  təzyiq hesab olunur. Belə 
ki, yeganə qazşəkilli reagent olan etilenin kritik temperaturu 9,7
0
C olduğundan və bu 
da  praktiki olaraq həmişə prosesin işçi temperaturundan aşağı olduğuna görə təzyiqin 
artırılması nəzərə çarpacaq məhdudiyyətlərə səbəb olmur.   
     Belə  maye  fazalı  prosesin  tədqiqini  ZnO  ilə  aktivləşdirilən  volfram  oksidinin 
W
2
O
3
 daşıyıcı – silikagel üzərinə hopdurulması ilə  hazırlanan katalizator iştirakı ilə, 
250
0
C temperatur və P=30 MPa təzyiqdə axınlı reaktorlarda həyata keçirirlər. Bu cür 
reaktorun  yuxarı  hissəsinə  etilen  və  su  verilir,  aşağı  hissəsindən  isə  etanolun  20%-li 
məhlulu  ayrılır.  Proses  çox  aşagı  məhsuldarlığı  ilə  xarakterizə  olunur.  Katalizator 
kimi  neytral  iondəyişmə  qətranlarından  istifadə  olunduqda  da  analoji  nəticələr  əldə 
olunur. 
       Katalizator  kimi  sulfat  turşusunun  1–10%  -li  məhlulundan  istifadə  olunarsa    
200–  250
0
C  –də  və     

  10  MPa  təzyiqdə,  bir  keçiddə  etilenin    konversiyası  90%-ə 
çatır.     
        Beləliklə,  bu  və  ya  digər  variantla  maye  fazalı  prosesi  yerinə  yetirmək  üçün  
aktiv  katalizatorların  (bərk  və  ya  maye),  həmçinin  də  anti  korroziya  xassəli 
materialların  geniş  axtarışı  hal-hazırda  mühüm  məsələlərdən  hesab  olunur.  Bu 
məsələlərin  həlli  etilenin  birbaşa  hidratasiya  prosesinin  əsaslı  təkmilləşməsinə  və 
buxar  fazalı  proseslərə  xas  olan  bütün  çatışmamazlığın  aradan  qaldırılmasına  imkan 
verəcək. 
 
 
 


 
82
3.5. Allil spirtinin alınması 
 
  
Ə
sas  üzvi  və  polimerlər  sintezinin  mühüm  yarım  məhsullarından  biri  də  allil 
spirti  hesab  olunur.  Məsələn,  praktiki  əhəmiyyət  kəsb  edən  bütün  sintetik  xlorsuz 
qliserinin  alınma  üsulları  allil  spirtinə  əsaslanır.  Allil  spirtini  propilendən  müxtəlif 
üsullarla  alırlar.    Polimerlər  sintezi  üçün  lazım  olan  bir  sıra  qiymətli  monomerlərin 
istehsalında və həmçinin də lak-boyaq kompozisiyalarının hazırlanmasında allil spirti 
vacib  xammallardan  hesab  olunur.  Məsələn,  allil  spirtindən  qlisidol,  qliserinin 
monoallil  efirləri,  sintetik  liflər  istehsalı  prosesində  xammal  kimi  istifadə  olunan 
allilqlisidil  efiri,  formalaşdırılmış  məmulatlar,  armaturlaşdırılmış  şüşə  plastiklər, 
polimer məmulatları, yeyinti məhsulları, tibb ləvazimatları, ətriyyat məmulatları və s. 
alınır. Beləliklə allil spirtinin əhəmiyyəti onun xalq təsərrufatının müxtəlif sahələrində 
xeyli  dərəcədə universal istifadə olunması ilə müəyyən edilir. 
       Ümumiyyətlə  allil  spirtini  allilxloridin  sabunlaşması,  akroleyinin  reduksiyası  və 
propilen  oksidinin  izomerləşməci  yolu  ilə  almaq  olar.  Bu  alınma  üsullarının  ümumi 
xüsusiyyətləri ondan ibarətdir ki, hər üç üsulun əsas xammalı propilendir, çünki həm 
allil xlorid, həm akroleyin, həm də propilen oksidi propilendən alınır. Eyni zamanda 
allil spirtinin istehsalı prosesində daha perspektiv xammal allilasetat da ola bilər. 
Allilxlorid  vasitəsi  ilə  allil  spirtinin  alınması  iki  reaksiyaya  –  propilenin 
xlorlaşmasına və allilxloridin sabunlaşmasına əsaslanır : 
             CH
3

CH 
=
CH
2
   + CI
2
             CH
2
 
=
 CH

CH
2
CI   + HCI        ...(3.21) 
           CH
2
 
=
 CH

CH
2
CI   + NaOH          CH
2
 
=
 CH

CH
2
OH
 
 + NaCI      ...(3.22) 
Bu  allil  spirtinin  sənaye  miqyasında  ilk  alınma  üsuludur.  Lakin    alınan  əmtəə 
məhsulunun  yüksək  keyfiyyətə  malik  olmasına  baxmayaraq  bu  üsul  indiki  zamanda 
ekoloji tələbata və texniki səviyyəsinə görə məqbul hesab oluna bilməz. İş ondadır ki, 
birinci mərhələdə istifadə olunan xlor tullantıların tərkibinə keçir ki, onların da qeyri 
ixtisaslı  istifadə  olunması    və  ya  məhv  edilməsi  prosesin  ümumilikdə  iqtisadi 
baxımdan rəqabət aparma qabiliyyətini azaldır. 


 
83
        Allil  spirtinin  propilenin  oksidləşmə  məhsullarından  alınması  üsulu  daha 
perspektiv  hesab  olunur.  Propilenin  oksidləşməsi  yolu  ilə  alınan  akroleyinin 
reduksiyası  ilə  allil  spirtinin  sintez  üsulu  məlumdur.  Akroleyin  polimerləşmə 
reaksiyalarına çox meyilli olduğuna görə bu üsul geniş tətbiq sahəsi tapa bilməmişdir. 
Allil  spirtinin  daha  perspektiv  sintez  üsulu  –  onun  propilen  oksidindən  alınmasıdır. 
Bu üsul iki reaksiyaya əsaslanır: 
        
                                                                  
  
 
                                                                       
Birinci reaksiya oksigendən tutmuş hidroperoksid və peroksiturşular kimi bir sıra 
oksidləşdiricilərin  iştirakı  ilə  aparıla  bilər.  Həm  də  nəzərə  almaq  lazımdır  ki, 
oksidləşdiricilərin  reduksiya  olunmuş  formasını  suyun  ayrılması  ilə  regenerasiya 
etmək  olar,  ya  da  xalq  təsərrüfatında  istifadə  etmək  olar.  Bu  da  propilen  oksidinin 
alınma üsulunu olduqca çevik və çoxvariantlı edir. 
     Propilen  oksidinin  qaz  fazada  izomerləşməsi  yolu  ilə  allil  spirtinin  alınması 
litiumfosfat  katalizatorunun  iştirakı  ilə  300

350
0
C  temperaturda,  xammalın 
verilməsinin  həcmi  sürətinin  1,5  saat

1
  qiymətində  aparılır.  Bu  halda  propilen 
oksidinin konversiyası 60 % - dən az olmur. Onun çevrilməyə görə  selektivliyi allil 
spirtinə  görə 89  %, propion  aldehidinə görə  6%,  asetona görə 3%, n-propanola görə 
1%, polimerlərə görə isə 1% olur. Alınan reaksiya məhsullarını rektifikasiya yolu ilə 
ayırırlar.  Ayrılan  propiloksidini  yenidən  retsiklə  qaytarırlar.  Katalizatorun  işçi 
tsiklinin davamiyyət müddəti 250-300 saat olur. Hər işçi tsiklin sonunda 30 dəqiqəlik 
regenerasiya  tsikli  yerinə  yetirilir,  katalizatorun  işləmə  müddəti  isə  2500  saat  olur. 
Şə
kil  3.2-də  propilen  oksidindən  allil  spirtinin  alınması  prosesinin  əsas  texnoloji 
CH
2
 
=
 CH

 CH
3   

[
O
]
                CH
2
 

   CH

CH
3
   ...(3.23) 
                                                            
                                                            O      
            
CH
2
 

 CH

CH
3
                   CH
2
 
=
 CH

 CH
2
OH
           
...(3.24) 
                
       O                                                      
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə