Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

 
84
qovşağı  və  axınları  göstərimişdir.  Təzə  və  qayıdan  propilen  oksidi  1  izomerləşmə 
reaktoruna    daxil  olur.  İzomerləşmə  reaktoru  litiumfosfat  katalizatoru  ilə  doldurulur 
və  izomerləşmə  prosesi  300-350
0
C  –də  aparılır.  Reaksiya  məhsulları  1  reaktorunun 
aşağısından  çıxaraq  ardıcıl  olaraq  2,3,4  rektifikasiya  kalonlarını  keçərək  əvvəlcə 
propilenoksidindən,  sonra  yüngül  qaynayan  qatışıqlardan,  daha  sonra  isə  allil 
spirtindən ayrılır. 
 
3.6. Allil spirtinin propilendən allilasetatın köməyi ilə alınması 
Qeyd  etmək  lazımdır  ki,  propilenin  oksidləşdirici  asetooksilləşməsi  ilə  allilasetat 
alınır ki, ondan da allil spirtinin alınması aşağıdakı reaksiyalar üzrə baş verir: 
 CH
2
 
=
 CH

CH
3  
+ CH
3
COOH  + 0,5 O
2
            CH
2
 
=
 CH

CH
2
OCOCH

+H
2

                                                                                                          ... (3.25) 
  CH
2
 
=
 CH

CH
2
OCOCH
3  

 
H
2
O               CH
2
 
=
 CH

CH
2
OH  +   CH
3
COOH 
                                                                                                          ...(3.26) 
İ
kinci  çevrilməni  həm  allilasetatın    sabunlaşması  həm  də  alkaqoliz    yolu  iə  də 
almaq olar. Lakin bu variantların heç birindən istifadə olunmur, çünki, bunlardan biri 
stexiometrik qələvi sərfi ilə, digəri  sirkə turşusunun hər hansı bir mürəkkəb efirinin 
istehsalı ilə baglıdır. Hidroliz reaksiyasından istifadə olunmasının üstünlükləri vardır. 
Belə  ki,  hidroliz  prosesində  əmələ  gələn  sirkə  turşusunu  allilasetat  sintezində  təkrar 
emal  etməklə    və  birinci  mərhələdə  ayrılan  suyun  allilasetatın  hidrolizi  prosesində 
istifadə olunması ilə  tullantısız istehsal prosesini yaratmaq mümkündür. 
       Allilasetatın  hidroliz  prosesini  maye  fazada  dənəvar  KU-2FPP  tipli  turş  formalı 
kationitlə doldurulmuş  ideal qarışmalı reaktorlar kaskadında həyata keçirirlər. Proses 
85-95
0
C  –də  allilasetat:su  =  1:(3–5)  nisbətində  və  0,75–1,5  saat

1
  həcmi  sürətində 
gedir.  Bu  halda  100  %  selektivlikdə  allilasetatın  konversiyası  70%  -ə  çatır. 
Katalizatorun işləmə müddəti 4000saat olur. Alınan reaksiya məhsullarını rektifkasiya 
üsulu ilə ayırırlar.  Şəkil  3.3-də  allilasetat vasitəsilə  allil  spirtinin  alınması  prosesinin 


 
85
texnoloji  sxemi  verilmişdir.  Təzə  və  qayıdan  allilasetat  və  su  1  hidroliz  reaktoruna 
daxil olur. Hidroliz məhsulları 1 reaktorundan 2 rektifikasiya kalonuna verilir. Burada 
hidroliz  məhsullarından  reaksiyaya  daxil  olmayan  sirkə  turşusu  ayrılaraq    7 
rektifikasiya kalonuna göndərilir. 7 rektifikasiya kalonunda sirkə turşusu ayrılır və su 
yenidən  1  hidroliz  kalonuna  qaytarılır.  Sonra  3  kalonunda  hidroliz  məhsullarının 
tərkibindən  reaksiyaya  girməyən  allilasetat  ayrılaraq  4  faza  ayırıcısını  keçir  və 
yenidən  hidroliz  prosesinə  qaytarılır.  3  kalonundan  çıxan  hidroliz  məhsulları  5 
kalonunda  qələvi  məhlulu  ilə  neytrallaşdırılır.  5  kalonunun  yuxarısından  xam  allil 
spirti  çıxır.  6  kalonunda  allil  spirtinin  mütləqləşdirilməsi  prosesi  gedir  və  kalonun 
yuxarısından mütləqləşdirilmiş allil spirti qovulur. 6 kalonunun kub qalığı isə qətranlı 
maddələrdən ibarət olur.  
     Allilasetatın  hidroliz  reaksiyasının  kinetikasının  tədqiqi  göstərir  ki,  bu  dönər 
reaksiyanın sürəti katalizatora və hər bir reagentə görə birinci dərəcəli tənliklə təsvir 
olunur. Aktivləşmə enerjisi 45,0 kcoul/mol –dur və temperatur artdıqca tarazlıq sağa 
tərəf    yönəlir.  Allil  spirtinin  alınmasının  fasiləsiz  işləyən  reaksiya-  rektifikasiya 
proseslərini birgə tətbiq etməyə əsaslanan yeni bir variantı işlənib hazırlanmışdır. Bu 
halda xammalın konversiyası suyun  molyar artıqlığı 1,5 olduqda  99% -ə çatır ki, bu 
da prosesin texniki iqtisadi göstəricilərinin yaxşılaşmasına səbəb olur. 
          Propilenoksidindən və allilasetatdan alınan əmtəə məhsulunu keyfiyyətinə görə 
fərqləndirirlər.    Allil  spirtinin  propilenoksidindən  alınması  zamanı  əksər  hallarda 
propanol-1–in  bir  sıra  xoşagəlməyən  qatışıqları  da  əmələ  gəlir  ki,  bu  da  məqsədli 
məhsulun  ayrılmasına    enerji  sərfini  xeyli  artırır.  Odur  ki,  kiçik  miqyaslı  istehsal 
proseslərində  xammal  kimi  propilenoksidindən,  orta  və  iri  miqyaslı  proseslərdə    isə 
xammal  kimi  allilasetatdan  istifadə  olunması  iqtisadi  cəhətdən  daha  əlverişli  hesab 
oluna bilər. 
 
 
 


 
86
3.7. İzopropilbenzoldan fenol və asetonun  istehsalı 
Hal hazırda fenolun müxtəlif alınma üsullarından istifadə edirlər: 
1.Toluolun katalitik oksidləşməsi; 
2. Benzolun birbaşa oksidləşməsi: 
3. Kumol metodu ilə fenolun alınması; 
4. 
Tsikloheksanın 
oksidləşməsilə 
tsikloheksanonun 
alınması, 
onun 
da 
dehidrogenləşməsilə fenolun alınması; 
5. Xlorbenzol metodu ilə fenolun alınması; 
6.  Benzolun oksidləşdirici xlorlaşması ilə (Raşiq metodu) fenolun alınması; 
7. Sulfonat üsulu ilə fenolun alınması. 
        Göstərilən  üsullardan  sənaye  miqyasında  ancaq  dördündən  istifadə  olunur  ki, 
bunlar  da  toluolun  katalitik  oksidləşməsi,  benzolun  birbaşa  oksidləşməsi,  Raşiq  və 
kumol  üsullarına  əsaslanır.  Ümumi  istehsal  olunan  fenolun  90%  -  dən  çoxu  kumol 
üsulu ilə alınır. Bu üsulun üstünlüyü ondan ibarətdir ki, burada eyni zamanda digər bir 
qiymətli  məhsul  olan  aseton  da  alınır.  Kumol  metodu  ilə  fenol  və  asetonun  birgə 
alınması  7  mərhələdən  ibarətdir:  benzolun  alkilləşməsi;  izopropilbenzolun 
oksidləşməsi; 
hidroperoksidin 
ayrılması; 
hidroperoksidin 
parçalanması; 
hidroperoksidin neytrallaşdırılması; fenolun ayrılması; asetonun ayrılması. 
 
3.7.1 Prosesin nəzəri əsasları
 
Izopropilbenzolun oksidləşmə reaksiyası: 
   C
6
H
5
(CH
3
)
2
CH   
   C
6
H
5
(CH
3
)
2
COOH           ................(3.27)   
mürəkkəb 
zəncirvari 
mexanizm 
üzrə, 
zəncirin 
ş
axələnməsilə 
baş 
verir. 
Izopropilbenzolun  oksidləşmə  reaksiyasında  hidroperoksidə  görə  100%-li  selektivlik 
ə
ldə  etmək  mümkün  deyil.  Belə  ki,  əsas  reaksiya  ilə  paralel  olaraq 
dimetilfenilkarbinol, asetofenon, qarışqa turşusu, cüzi dərəcədə dikumilperoksid tipli 
peroksid məhsulları da əmələ gəlir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə