Yeni ekoloji tehlukesiz prosesler-2


 İzopropilbenzoldan propilen oksidi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

 
93
3.7.4. İzopropilbenzoldan propilen oksidi,  
aseton və fenolun birgə alınması 
Hal-hazırda  propilen  oksidinin  ən  effektiv  alınma  üsulu  propilenin 
hidroperoksid birləşmələri ilə epoksidləşdirilməsindən ibarətdir. Bu üsulla “Oxirance” 
(ABŞ) firması il ərzində 1,1 mln ton propilen oksidi istehsal edir ki, bu da onun bütün 
dünyadakı  istehsalının  30%  -ini  təşkil  edir.  Lakin  propilen  oksidinə  olan  tələbatın 
artması  ilə  əlaqədar  olaraq  son  illərdə  propilen  oksidi,  aseton  və  fenolun  birgə 
alınması  texnologiyası  işlənib  hazırlanır.  Bu  halda  bir  texnoloji  proses  gedişində  bir 
neçə  məqsədli  məhsulun  alınması  reallaşdırılır.  Bu  üsulda  izopropilbenzol 
hidroperoksidinin  bir  hissəsi  parçalanaraq  fenol  və  asetonun  alınmasına  sərf  olunur, 
digər qalan hissəsi isə propilenin epoksidləşdirilməsi prosesinə gedir.  
 
                              O
2
                                   + CH
2
=CHCH

C
6
H
5
(CH
3
)
2
CH           C
6
H
5
(CH
3
)
2
COOH                            C
6
H
5
(CH
3
)
2
CHO+ CH
2

CHCH
3
  ...(3.34)          
                                                                                                               O  
Fenol,  aseton  və  propilenoksidinin  belə  birləşdirilmiş  istehsal  üsulunun  yaradılması 
iki əsas problemin həll olunması hesabına mümkün olmuşdur. 
     Birincisi,  molibdenil  propandiolatın  (azot  tərkibli  birləşmələr,  spirtlər) 
elektrodonor  liqandları  ilə  modifikasiya  olunmuş  yeni  katalitik  sistemlər  təqdim 
olunmuşdur. İzopropilbenzol hidroperoksidinin epoksidləşdirilməsi prosesinin şəraiti : 
temperatura – 115-120
0
C; propilen : izopropilbenzol hidroperoksidi  mol nisbəti 5:1;  
molubden  katalizatorunun  qatılığı    bir  mol  hidroperoksidə  görə   

6

10

4
  mol;  
promotorun  qatılığı  1  mol  katalizatora  görə  2  mol  ;  propanol-2  –nin  qatılıgı  10%  
(küt.);    prosesin  davamiyyət  vaxtı  -90  dəqiqə.  Propilen  oksidinin  sərf  olunan 
izopropilbenzol  hidroperoksidinə  görə  əmələgəlmə  selektivliyi    88-90%(mol.), 
propilenə  görə  hesablandıqda  isə 
>
98%  (mol.).  Bu  halda  izopropilbenzol 
hidroperoksidinin  konversiyası  99,5%-ə  çatır.  Promotor  və    propanol-2  olmadıqda 


 
94
izopropilbenzol  hidroperoksidi  ilə  propilenin  epoksidləşdirilməsi  prosesinin 
göstəriciləri pisləşir. 
      İkincisi, fenol, aseton və propilen oksidinin birgə alınması üsulunda epoksidləşmə 
prosesinin yan məhsullarının (dimetilfenilkarbinol və asetofenon) hidrogenləşdirilərək  
izopropilbenzol və etilbenzola çevrilməsilə  tam emal olunması mümkündür. Bu halda 
izopropilbenzol  kumol  metodu  ilə  fenol,  aseton  və  propilen  oksidinin,  etilbenzol  isə 
stirol və propilen oksidinin istehsalı prosesinə göndərilir.  
         Qeyd  etmək  lazımdır  ki,  izopropilbenzolun  hidroperoksidə  oksidləşməsi 
etilbenzol  və  izobutanın  oksidləşməsinə  nəzərən  xeyli  asan  baş  verir.  Bu  prosesdə 
izopropilbenzol oksigen daşıyıcısı kimi istifadə olunur və həm də az sərf olunur. Belə 
ki, burada  dimetilfenilkarbinolun hidrogenləşdirilməsi ilə izorpopilbenzolun alınması 
üçün xüsusi mərhələsi də nəzərdə tutulur. Odur ki, fenol, aseton və propilen oksidinin 
kumol metodu ilə birgə istehsalı iri həcmdə mümkündür .  
         Göstərilən texnologiya üzrə fenol , aseton və propilen oksidinin birgə alınması 2 
ə
sas  kimyəvi  prosesi  özündə  birləşdirir:  izopropilbenzolun  oksidləşməsi  və 
izopropilbenzol  hidroperoksidinin  parçalanaraq  99%  məqsədli  məhsula  çevrilməsi. 
Prosesin  yüksək  effektivliyi  təkcə  kimyəvi  reaksiyaların  optimal  parametrlərinin 
(temperatur,  təzyiq,  mühitin  turşulugu)  seçilməsi  ilə  deyil,  həm  də  katalizator  və 
inisiatorlardan  istifadə  edilməklə  təmin  olunur.  İstehsal  prosesində  alkilləşmə 
prosesləri  ilə  alınan,  çox  əlverişli  və  həm  də  nisbətən  ucuz  xammal– 
izopropilbenzoldan  istifadə  olunur.  Propilen  oksidinin  kumol  metodu  ilə  alınması 
xammala  görə  aseton  və  fenolun  birgə  alınması  prosesinə  çox  yaxındır  və  onunla 
ümumi  bir  texnoloji  sxemə  malikdir.  Odur  ki,  propilen  oksidi  və  asetonun  birgə 
istehsalı  prosesinin  yaradılması  həm  fenolun  alınması  prosesinin  selektivliyini  yan 
məhsulların – dimetilfenilkarbinol və asetofenonun emalı ilə artırmağa, həm də hər iki 
istehsal  prosesində  kapital  qoyuluşunun  benzolun  alkilləşməsi  və  izopropilbenzolun 
oksidləşməsi  mərhələlərinin  birgə  aparılması  hesabına  aşağı  salınmasına  imkan 
verəcəkdir.   


 
95
3.8. Parafinlərin oksidləşməsi yolu ilə sintetik 
 ali yağ turşularının alınması 
         Mono  ali  yağ  turşuları  səthi  aktiv  maddələrin  alınması  üçün  qiymətli  xammal 
hesab  olunur.  Bundan  başqa  sintetik  yağ  turşuları  sabun  istehsalında  ,yuyucu 
vasitələr,  motor  yağları,  korroziyaya  qarşı  ingibtorlar,  konservantlar  və  digər  başqa 
məhsulların  alınmasında  da  geniş  istifadə  olunur.  Ali  yağ  turşuları  (AYT) 
molekulunda 6-dan 24-ə qədər karbon atomu olan təbii və ya sintetik mənşəli, alifatik 
sıra  karbon  turşularının  qarışığının  texniki  adıdır.  Təbii  AYT  yağlarda  və  piylərdə 
qliseridlər  şəklində  ,  mumda  yüksəkmolekullu  spirtlərin  efiri  şəklində  olur.  Ali  yag 
turşuları  –  zəncirində  tək  və  cüt  sayda  karbon  atomu  olan,  normal  və  izoquruluşlu 
doymuş monokarbon turşularının qarışığıdır. Sintetik yağ turşuları adı altında texniki 
məhsullar təyinatından asılı olaraq müxtəlif tərkibli fraksiyalar halında buraxılır. C
5
-
C
6
,  C
7
-C
9
,  C
9
-C
10
    və  C
10
-C
13
  fraksiyaları  yağvari  mayelər  olub  200-dən  284
0
C  –yə 
qədər  temperaturda  qaynayırlar.  C
10
-C
16
    və  C
13
-C
16
  fraksiyaları  sürtküyə  oxşar 
məhsullar olub 270- dən 315
0
C –yə qədər temperatur intervalında qaynayırlar ( 2 kPA 
təzyiqdə  ).  C
17
-C
20
  fraksiyası  yumşalma  temperaturu  60-75
0
C    olan  bərk  maddədir. 
Ali  yağ turşuları  sudan  yüngül və  onda  həll olmayan  maddələrdir. Onlar qələvilərdə 
həll  olaraq  uyğun  duzlar  (sabun)  əmələ  gətirirlər  ki,    bu  duzlar  mineral  turşularla 
asanlıqla  parçalanaraq  hidrolizə  uğrayırlar.  Bütövlükdə  turşuların  buxarları  cəminin 
buraxıla  bilən  qatılığı  5  mq/m

–dir.
 
Yağ  (sintetik)  turşularının  istehsalının  sənaye 
üsulları olduqca müxtəlifdir. Onlar həm təbii xammallardan, həm də neft və qaz emalı 
məhsullarından alına bilərlər. Onlardan ən əsasları aşağıdakılardır: 
1. Bitki və heyvan yağlarınin hidrolizi ilə; 
2. Ali alkanların oksidləşməsilə.  
            Tərkibində karbon atomlarının sayı 16, 18, və 20 olan karbon turşularının əsas 
hissəsini bitki və heyvan yağlarının hidrolizi yolu ilə alırlar. Paltar sabunu və qiymətli 
C
12
-  C
14
  spirtlər  fraksiyasının  istehsalı  prosesinin  başlıca  xammalı    olan,  tərkibində  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə