Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

 
99
təmizlənərək  atmosfrə  atılır.  2  oksidləşmə  kalonundan  çıxan  oksidat    soyudulur,  5 
çökdürücüsündə  katalizator  şlamından  ayrılır  və  sonra  6  skrubberinə  verilir. 
Katalizator  şlamı  isə  regenerasiyaya  göndərilir.  6  skrubberində  oksidatdan  suda  həll 
olan  C
1
-C
4
-  turşuları  ayrılır.  Turşuların  məhlulu  kalonun  aşağı  hissəsindən  etilasetat 
ilə  absorbsiyaya  və  sonrakı  ayrılmaya  göndərilir.  Suda  həll  olan  turşulardan  ayrılan 
oksidat  7  və  8  sabunlaşdırıcılarına  daxil  olur.  Burada    ali  yağ  turşuları  ,mürəkkəb 
efirlər  və  laktonlar    neytrallaşdırılır.  Neytrallaşma  natrium  karbonat  və  NaOH 
vasitəsilə həyata keçirilir: 
              2RCOOH  +  Na
2
CO
3
                   2RCOONa  + CO
2
  +  H
2
O     …(3.36) 
              RCOOR
1
    + NaOH                      RCOONa     + R
1
OH              …(3.37) 
 Çətin  hidroliz  olunan  maddələrin  sabunlaşması  9  istidəyişdiricisində    və  10 
avtoklavında  180
0
C-də  və  2  MPa  təzyiq  altında  başa  çatır.  10  avtoklavından 
reaksiyaya  girməmiş  parafinlər  1  qarışdırıcısına  qaytarılır,ali  yağ  turşularının 
məhlulları  11  borulu  sobasına  verilir  və  burada  320
0
C-yə  qədər  qızdırılır,    və  12 
drossel  ventilinin  köməyi  ilə  atmosfer  təzyiqinə  qədər  drosselləşdirilir  və  13 
separatoruna  verilir.  Bu  halda  sabundan  sabunlaşmamış  üzvi    faza  ayrılaraq  9 
istidəyişdiricisinə    göndərilir.  9  istidəyişdiricisində  buxarların  kondensasiyasından 
sonra kondensat 14 separatorunda su və üzvi hissəyə ayrılır. Üzvi hissə oksidləşməyə 
qaytarılır  və  ya    spirtlərin  ayrılmasına  göndərilir.  Əridilmiş  sabun,  40%  -li  məhlul 
alınana  qədər  15  hidroliz  kalonunda,  su  ilə  durulaşdırılır  və  16  hidroliz  aparatında 
sulfat  turşusu  ilə  işlənir.  Ayrılan  sərbəst  ali  yağ  turşuları  17  skrubberində  natrium 
sulfatdan  yuyulur  və  1  rektifikasiya  kalonuna  verilir.  Rektifikasiya  prosesində 
yuxarıda  qeyd  olunan  AYT  fraksiyaları  ayrılır.Sərf  olunan  parafinə  görə  ali  yağ 
turşusunun çıxımı 76-82% olur. 
 
 
 
 


 
100
3.8.1 Sintetik yag turşularının istehsal prosesində  
yaranan yan məhsullar və  onlardan istifadə 
 
  
Parafin  karbohidrogenlərinin  oksigenin  və  Mn  –  Na  tərkibli  katalizatorların 
iştirakı  ilə    maye  fazada  oksidləşdirilməsi  ilə  sintetik  yag  turşularının  istehsalı 
prosesində məqsədli məhsulla yanaşı tərkibində üzvi və qeyri üzvi turşular və onların 
duzları,  spirtlər,  aldehidlər,  ketonlar,  natrium  sulfat,  kalsium  duzları,  manqan,  dəmir 
və  üzvi  sintezin  digər  məhsulları  olan  xeyli  miqdar  çirkab  suları  və  kub  qalığı  da 
yaranır. Bununla əlaqədar olaraq sintetik yag turşularının istehsalı prosesində yaranan 
yan  məhsulların  və  çirkab  sularının  emalı,  onların  tərkibindən    çirkləndirici 
komponentlərin  ayrılması  və  istifadə  olunması  üçün  yeni  texnoloji  proseslərin 
yaradılması vacib məsələ hesab olunur. 
       Turş  çirkab  suları  parafinin  oksidləşməsi  ,  işlənmiş  havanın  soyudulması  və 
yuyulması  mərhələsində  yaranır.  Turş  çirkab  sularının  tərkibində  15%-ə  qədər  kiçik 
molekullu  C
1
-C
4
-  turşuları  olur.  Turş  su  axınında  onların  tərkibi  kütlə  faizi  ilə 
aşağıdakı kimidir: qarışqa turşusu – 5,48% ; sirkə turşusu – 5,04%; propion turşusu – 
2,40% ; yağ turşusu – 1,98%.    
         Turş  çirkab  sularının  tərkibində  kiçik  molekullu  C
1
-C
4
-  turşuları  ilə  yanaşı  az 
miqdarda  yüksək  molekullu  karbon  turşuları,  efir  və  karbonil  xarakterli  birləşmələr, 
neytral üzvi məhsullar da olur. Turş çirkab sularının (turşu ədədi 140-150 mq KOH/q 
olan) miqdarı bir ton ilkin parafinə görə 430-450 kq təşkil edir. Turş çirkab sularının 
destruktiv  təmizləmə  metodları  (bioloji  və  termiki  oksidləşmə,  əlektrokimyəvi 
təmizlənmə)  turş  sularda  olan  üzvi  birləşmələrin  parçalanmasına  əsaslanır.  Bu 
metodların ümumi çatışmayan cəhəti qiymətli kiçik molekullu turşuların itkisidir. Ona 
görə də son zamanlarda turş çirkab sularının regenerativ təmizləmə metodları – duzlu, 
ekstraksiyalı,  azeotrop  rektifikasiya    və  s.  geniş  yayılmışdır.  Bu  üsullar  kiçik 
molekullu turşuların və onların törəmələrinin çıxarılması ilə əlaqədardır.   


 
101
 
C
1
-C
4
-  turşularının  ammonium  duzları  azotlu  gübrə  kimi  istifadə  oluna  bilər. 
Turş  suların  amonyakla  neytrallaşdırılmasından  alınan  su  kondensatından  neftlərin 
susuzlaşdırılması  və  duzsuzlaşdırılması  zamanı  deemulqator  kimi  istifadə  olunlası 
zamanı  da  müsbət  nəticələr  əldə  olunmuşdur.  Su  kondensatından  qırmızı  kərpicin 
alınmasında,  istilik  energetik  aqreqatlarının  yuyulmasında,  həmçinin  də  sintetik 
solidolun  qatılaşdırıcısının  kiçik  molekullu  əsası  kimi  də  istifadə  oluna  bilər.  Kiçik 
molekullu  C
1
-C
4
-  turşuları  yemlərin  istehsalı  prosesində  də  istifadə  olunur.  Kiçik 
molekullu  C
1
-C
4
-  turşuları  konsentratının  tərkibində  qatışıqların  çoxlu  miqdarda 
olması onlardan geniş miqyasda istifadə etməyə imkan vermir. 
           Sulfatlı  çirkab  suları  tərkibində  üzvı  birləşmələr  qatışığı  ilə  birlikdə  8-12% 
natrium  sulfat  olan  məhlullardır.  Bu  çirkab  suların  tərkibində  olan  üzvi  qatışıqlar 
ə
sasən  C
1
-C
6
-  tərkibli  turşular  və  C
4
-C
11
-  tərkibli  dikarbon  turşularından  ibarətdir. 
Sulfatlı çirkab sularının istifadə dərəcəsi 20% -dən azdır. Bu cür suların utilizasiyası 
sellüloza-kağız,  şüşə,  kimya,  toxuculuq,  dərman  preparatlarının  istehsalı  və  digər 
sənaye  sahələrində  istifadə  olunan  natrium  sulfatın  ayrılmasından  ibarətdir.  Bunun 
üçün  ən  yaxşı  variant  çirkab  suyunun  əvvəlcə  üzvi  və  metal  qarışıqlarından 
təmizlənməsi  və  sonra  da  buxarlandırılması  hesab  olunur.  Bu  halda    natrium  sulfat  
98%  təmizliklə alınır və həm də keyfiyyətli hesab olunur. 
        Sintetik  yag  turşularının  istehsalı  prosesində  xeyli  miqdarda  laktonlar  alınır  ki, 
onlar  da  əsasən çirkab  sularında yığılırlar.  Laktonlar  oksiturşuların  natrium  duzları -  
beton  plastifikatorlarının  alınmasında  ilkin  xammal  kimi  istifadə  oluna  bilər. 
Oksiturşuların natrium duzu məhlulunun (tərkibi : i-C
5
-C
20 
tərkibli sntetik yag turşusu 
fraksiyası  –  25-38%;  lakton  və  efirlər  –  0,5-1,2%;  karbohidrogenlər  –  12-17%;  su)  
beton qarışığına əlavə olunması onun plastikliyini xeyli artırır. 
        Sintetik yag turşularının isrehsalı prosesində əsas məhsullardan biri də əsasən C
20 
və  daha  yüksək  turşu  fraksiyalarının  distilləsi  zamanı  əmələ  gələn    kub    qalıgından 
(çıxım 30%) ibarətdir. Kub qalıgı tökmə bərkidicilər istehsalında geniş istifadə sahəsi 
tapmışdır.  Onun  təsirini  müəyyən  etmək  üçün  kub  qalıgı  qətranlı  və  qətransız 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə